MTK-lar sənədlərdə böyük göstərir, faktiki mənzil kiçik olur: vətəndaşın haqqı ayaqlar altındadır - AÇIQLAMA
Mənzil almaq bir ailə üçün həyatdakı ən böyük addımlardan biridir. Lakin MTK-ların bəzi hallarda sənədlərdə mənzilin sahəsini şişirdərək göstərməsi alıcıları böyük zərərə uğradır. Sonradan faktiki sahənin gözləniləndən xeyli az olduğu ortaya çıxanda, ödədikləri pulla əslində daha az sahəyə sahib olduqları aydın olur. Bu yalnız maddi itkidir deyil - vətəndaşın haqqı, onun etibarı və ümidləri ayaqlar altına atılır. Belə vəziyyət ailələr üçün həm maddi, həm də psixoloji sarsıntıya çevrilir və insanlar etibar edə biləcəkləri bir prosesin yoxluğunu acı şəkildə hiss edirlər.
Mövzu ilə bağlı əmlak eksperti Ramil Osmanlı BiG.AZ-a açıqlamasında bildirdi ki, bu məsələ Azərbaycan Respublikasında dövlət şəhərsalma və tikinti məcəlləsi, eyni zamanda Arxitektura və Şəhərsalma Komitəsinin 4 dekabr 2012-cü il tarixli kollegiyasının qərarı ilə tənzimlənir. Onun sözlərinə görə, məcəllənin 59-cu maddəsində qeyd olunur ki, yaşayış sahələri ayrılarkən mütləq şəkildə bu qaydalara əməl olunmalıdır. Qaydalar ondan ibarətdir ki, nəyinki mənzilin kənar divarlarının, həttda mənzilin arakəsmə divarlarını belə yaşayış sahəsi kimi vətəndaşa satmaq qanunsuzdur. Eyni zamanda tikinti şirkətləri həttda çöl divarları və ümumi istifadə üçün nəzərdə tutulmuş şaxta sahələrini belə mənzil sahəsi kimi vətəndaşa satırlar. Bu qanunsuzdur və qeyd etdiyim normativ hüquqi aktlara ziddir. Bundan başqa qanunvericilikdə nəzərdə tutulub ki, balkon, eyvan, teras, dəhliz kimi sahələrin ayrılması zamanıda əmsallar tətbiq olunmalıdır. Məsələn balkonların ayrılması üçün 0,3% əmsal tətbiq olunur.
Eyvanda isə 0,5% əmsal tətbiq olunur. Dəhlizlər isə 1% əmsal ilə satıla bilər. Vətəndaş aldadıldığını öryəndiyi andan 10 il müddətinə qeyd olunan probelmin aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etmək hüququna malikdir. Yəni vətəndaş məhkəmə qaydasına mübahisələndirib, ona satılmış sahənin bazar dəyəri ilə əvəzini MTK-dan tələb etmək hüququna malikdir. Vətəndaş ilə MTK arasında idarə etmə üçün nəzərdə tutulan xidmət haqqının məbləği yaşayış sahəsinin həcmi ilə hesablanmalıdır. MTK-ların vətəndaşlarının aldatmasının səbəbi MTK-ların üzərində nəzarətin olmamasıdır.
Nəzarətin olmadığına görə MTK-lar bundan sui istifadə edirlər. Ancaq tədricən məhkəmə təcrübəsi yaranmağa başlayır. Son illərdə bu hallarla bağlı məhkəmədə iddia qaldırıb MTK-nı udan xeyli sayda vətəndaş var. MTK-lar deyir ki, biz bunu alıcı ilə alqı-satqı müqaviləsində göstəririk. Lakin heç bir müqavilə normativ hüquqi aktdan üstün deyil. Vətəndaş məhkəmədə iddia qaldırdıqda, məhkəmə Azərbaycan Respublikasının qanunvericiliyini əsas götürərək qərar qəbul edir.
Bayaqda qeyd etdiyim kimi Azərbaycan qanunvericiliyində vətəndaş aldadıldığını bildiyi andan 10 il müddətinə məhkəməyə müraciət edə bilər. Məsələn, vətəndaş 15 il bundan əvvəl mənzil alıbsa və 15 il sonra çıxarış alanda bilibki, ona ayrılmış sahə azdır. Yəni MTK tərəfindən aldadılıb. Aldadıldığını bildiyi andan 10 il ərzində məhkəməyə müraciət edə bilər" deyə o qeyd edib.
Gördüyünüz kimi Azərbaycan qanunları vətəndaşın tərəfindədir. Min bir əziyyətlə qazandığınız pulun MTK tərəfindən aldadılaraq əlinizdən alınmasına icazə verməyin. Aldadıldığınızı öryəndiyiniz an dərhal məhkəməyə müraciət edin.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər
Bu ölkədə 1,5 milyon bakteriya daşıyan ağcaqanad buraxıldı - Məqsəd nədir?
Azərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək
96 yaşlı milyarder Uorren Baffett 48 ildir su içmirmiş
Plastik pəncərələr də evə soyuq buraxır - Bu cür həll edin
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
XƏBƏRDARLIQ! Bu tarixdə yağış yağacaq, QARA KEÇƏCƏK...
Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama
Salyanda ağır qəzada ölən şəxslərin FOTOLARI
Qədim Şuşada gözəllik yaradılır