"Tezliklə bütün laçınlılar əvvəlkindən də abad və gözəl Laçına dönəcəklər" - Kamilə Əliyeva

"Tezliklə bütün laçınlılar əvvəlkindən də abad və gözəl Laçına dönəcəklər" - Kamilə Əliyeva"Azərbaycan Vətən Müharibəsində Şanlı Qələbə qazandı və 10 noyabr 2020- ci il tarixdə imzalanmış Bəyannaməyə əsasən dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi.
Artıq azad edilmiş Laçında abadlıq və quruculuq işləri aparılır. Rayonun yol - nəqliyyat infrastrukturu yenidən qurulur. Uzunluğu 72,8 km olan Laçın - Kəlbəcər yolu inşa edilir. Yol üzərində ümumi uzunluğu 9450 m olan üç tunelin tikintisi aparılacaq. 2025-ci ildə Laçın Beynəlxalq Hava Limanı istifadəyə veriləcək. Limanın inşası bölgənin beynəlxalq statusunu artıracaq, sosial - iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artmasına səbəb olacaq".

Bu sözləri Milli məclisin deputatı Kamilə Əliyeva Sonxeber.az-a bildirib.

O həmçinin bildirib ki, Ermənistan işğalçılıq siyasəti həyata keçirməklə yanaşı daha bir hərbi cinayət törətdi. Rayonun təbii resursları talan edilib satılmış, Suriyadan olan erməni əsilli qaçqınları məqsədyönlü şəkildə burada yerləşdirildi. Ermənistan rəhbərliyi bütün bu qanunsuzluqları beynəlxalq təşkilatların, dünya ictimaiyyətinin gözü qarşısında həyata keçirdi:

"Azərbaycanın dağlıq ərazisində yerləşən Laçın rayonu 1930-cu ildə inzibati ərazi vahidi statusu alıb. Kəlbəcər, Qubadlı, Xocalı, Şuşa, Xocavənd rayonları ilə yanaşı Ermənistanla da həmsərhəddir. Laçın münbit torpaqlara, zəngin meşə massivinə malik strateji bir ərazidə yerləşir.

18 may 1992-ci ildə Ermənistan ordusu Laçın rayonunu işğal etməklə erməni silahlılarının böyük bir hissəsi məhz Laçın dəhlizi vasitəsilə ərazilərimizə daxil olmuşdur. Rayonun işğalı nəticəsində Ermənistanla Dağlıq Qarabağ arasında çoğrafi bağlantı yarandı.İşğal zamanı erməni hərbiçiləri 300-dən çox azərbaycanlı hərbiçi və mülki şəxsləri qətlə yetirmiş, 79 mindən çox laçınlı respublikamızın müxtəlif şəhər və rayonlarında məskunlaşdırılmışdı. 28 illik işğal zamanı ermənilər digər işğal olunmuş rayonlarımızda olduğu kimi Laçın rayonunda da dəhşətli dağıntılar törətmişlər. Evlər, binalar, sosial obyektlər tamamilə dağıdılmışdır. Ermənistan işğalçılıq siyasəti həyata keçirməklə yanaşı daha bir hərbi cinayət törətmişdir. Rayonun təbii resursları talan edilib satılmış, Suriyadan olan erməni əsilli qaçqınları məqsədyönlü şəkildə burada yerləşdirilmişdir. Ermənistan rəhbərliyi bütün bu qanunsuzluqları beynəlxalq təşkilatların, dünya ictimaiyyətinin gözü qarşısında həyata keçirmişdi.

Azərbaycan Vətən Müharibəsində Şanlı Qələbə qazandı və 10 noyabr 2020- ci il tarixdə imzalanmış Bəyannaməyə əsasən dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl noyabrın 9-da Azərbaycan Silahlı Qüvvələri Laçının Güləbürd, Səfiyan və Türklər kəndlərini işğaldan azad etmişdi.
2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.
2020-ci il noyabrın 26-da "Laçının azad olunmasına görə" medalı təsis edilmişdi. Prezident cənab İlham Əliyevin sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin 8397 hərbi qulluqçusu "Laçının azad edilməsinə görə" medalı ilə təltif edilmişdir.
Artıq azad edilmiş Laçında abadlıq və quruculuq işləri aparılır. Rayonun yol - nəqliyyat infrastrukturu yenidən qurulur. Uzunluğu 72,8 km olan Laçın - Kəlbəcər yolu inşa edilir. Yol üzərində ümumi uzunluğu 9450 m olan üç tunelin tikintisi aparılacaq. 2025-ci ildə Laçın Beynəlxalq Hava Limanı istifadəyə veriləcək. Limanın inşası bölgənin beynəlxalq statusunu artıracaq, sosial - iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artmasına səbəb olacaq.
Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyev işğaldan azad edildikdən sonra üç dəfə Laçın rayonuna səfər etmişdir. Səfərləri zamanı ölkə başçımız Laçında Azərbaycan bayrağını ucaltmış və çox sayda sosial obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirak etmişdir. Tezliklə bütün laçınlılar öz doğma ocaqlarına, əvvəlkindən də abad və gözəl Laçına dönəcəklər".

Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1172   Tarix: 01 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr