Qarabağdakı Rusiya sülhməramlılarının geyimində "Z" işarəsi - VİDEO
Xəbər verdiyimiz kimi, dekabrın 3-də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə gedərək, Xocalıda sülhməramlı qüvvələrin qərargahında sülhməramlıların komandanlığı ilə müzakirələr aparıblar.
Müzakirələr əsnasında Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində aparılan qeyri-leqal iqtisadi fəaliyyətlər çərçivəsində faydalı qazıntıların qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlarla bağlı narazılıq ifadə olunub.
3 dekabr tarixində 18:00 radələrində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Şuşa şəhərinə qayıdıblar.
Gorus-Xankəndi yolunun Şuşa şəhəri yaxınlığından keçən hissəsində Azərbaycan nümayəndə heyətini qarşılayan və onlarla söhbət aparan Rusiya sülhməramlı kontingentinin əsgərlərinin geyimindəki "Z" işarəsi diqqət çəkib.
Qeyd edək ki, Rusiya ordusunun Ukraynadakı müharibədə iştirak edən hərbçilərinin geyimində və hərbi texnikasının üzərinə "Z" işarəsindən istifadə olunur.
Rus əlifbasında olmayan "Z" hərfi Rusiyanın Ukraynada başlatdığı müharibədə bir simvola çevrilib.
Rusiya Müdafiə Nazirliyi Ukrayna müharibəsinin əvvəlində verdiyi açıqlamada hərbçilərin və hərbi texnikanın üzərindəki "Z" işarəsinin açıqlamasını "Za pobedu" ("Qələbə uğrunda") mənasına gəldiyini bildirmişdi.
Onda Ukraynada qələbə uğrunda döyüşən Rusiya ordusunun Qarabağda bu işarədən istifadə etməsinin anlamı nədir?!/Modern
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb