"500 manatlıq"lar mağazalarda niyə işləmir? - RƏSMİ AÇIQLAMA
Azərbaycanda 500 manatlıq pul əsginaslarından istifadə edən vətəndaşlar bəzən müəyyən problemlərlə üzləşirlər. Belə ki, bəzi market və mağazalar bu pulun dövriyyədə olmadığını, bəzən isə bu pulu götürməyə ehtiyat etdiklərini bildirirlər.
BAKU.WS məsələ ilə bağlı rəsmi mövqe öyrənmək və 500 manatlıq əsginaslarla bağlı yaranan çaşqınlığa son qoymaq üçün Azərbaycan Respublikasının Mərkəzi Banka müraciət etdik.
Qurumdan BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağın azadlığı uğrunda 2020-ci ildə aparılmış 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun tarixi zəfəri münasibəti ilə Azərbaycan Mərkəzi Bankı tərəfindən 04 noyabr 2021-ci il tarixində 500 manat nominallı xatirə pul nişanı tədavülə buraxılıb:
"Qeyd edək ki, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Qanunu"nun 33.6-cı bəndinə əsasən Mərkəzi Bankın buraxdığı pul nişanları, o cümlədən yubiley və xatirə pul nişanları Azərbaycan Respublikasının bütün ərazisində nominal dəyərləri ilə hər növ ödənişlərin həyata keçirilməsi, hesablara daxil edilməsi və pul köçürmələri zamanı hökmən qəbul edilir".
Mərkəzi Bankdan həmçinin açıqlanıb ki, tədavüldə olan pul nişanları (əsasən kağız pullar) əhali tərəfindən istifadə zamanı tez-tez çirklənməyə və zədələnməyə məruz qalır:
"Bununla əlaqədar, tədavüldə olan milli pul nişanlarının daim yenilənməsi, keyfiyyətinin yüksək səviyyədə saxlanılması və tədavülün təmiz pul nişanları ilə təmin olunması məqsədilə Mərkəzi Bank tərəfindən davamlı tədbirlər həyata keçirilir.
Bildiririk ki, tədavüldən qayıdan pullar xüsusi avtomatlaşdırılmış sistemlərdə keyfiyyətinə görə emal olunur. Emal zamanı çirklənmiş və yararsız hala düşmüş pul nişanları tədavüldən çıxarılır. Tədavülə isə yalnız yararlı pul nişanları buraxılır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2504 Tarix: 07 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO
Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri
18 sentyabr 2021İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda
18 sentyabr 2021Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO
Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca
17 sentyabr 2021Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18 sentyabr 2021Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO
Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini
18 sentyabr 2021Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib
İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund
18 sentyabr 2021Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO
Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb
17 sentyabr 2021