Qorxu filmlərində uşaq aktyorları necə çəkirlər?
Xorror janrında (dəhşət və qorxu) çəkilən filmlər ekrana çıxmazdan öncə 18+ deyə xəbərdarlıq gəlir. Çünki qorxu filmlərinin insanda yaratdığı gərginlik illər sonra da psixoloji problemlərə səbəb ola bilər.
Lakin xeyli qorxu filmləri var ki, uşaqlar da rol alırlar. Bəs onları filmə necə çəkirlər? Lent.az bu barədə araşdırmanı təqdim edir.
Rejissor və operatorlar belə filmləri çəkərkən uşaqların psixikasına ziyan verməmək üçün bir neçə fənddən istifadə edirlər. İlk növbədə filmə çəkiləcək uşaqların valideynləri ilə iş aparılır. Onlar qorxu filmini uşağa qorxunc bir şey kimi deyil, sadəcə əyləncə kimi təqdim etməlidirlər. İkincisi qorxunc kadrlar çəkilərkən valideynlər mütləq uşaqların yanında, çəkiliş meydançasında olurlar.
Uşaqlar çəkilərkən mimikaları təbii alınsın deyə ani reaksiyalarına səbəb olacaq hərəkətlər etmək, qorxunc effektlər vermək qadağandır.
Uşaq mütləq eyni kadrda oynayacağı kabusu, qorxunc məxluqat rolunu ifa edən aktyoru görməlidir. Görür, tanış olur, anlayır ki, bütün bunlar sadəcə filmdir və oyundur.
O, hətta aktyorların qorxunc obraza bürünmələrinin, qrimlənmə anlarının da şahidi olur.
Əgər uşaq doğrudan da qorxursa, bir çox səhnələr geridən əvvələ doğru çəkilir. Uşaq sonluğun nə olacağını öncədən görür, bilir.
Film çəkilərkən gurultu, qorxulu səslər, musiqi effektləri olmur. Bu da aktyor uşaqların çəkilməsini rahatlaşdırır. Uşaq özü qorxunc varlıq rolunu oynayanda onunla psixoloqlar komandası işləyir. Çünki uşağın özünü fövqəladə gücləri olmasına inandırmasına yol vermək olmaz.
Uşaq qrimlənmək istəmirsə rejissor razılaşır və uşağın qrimi vizual effektlərlə tamamlanır.
Qorxu filmlərində insanları səksəkəyə salan əsas momentlər montaj zamanı əlavə olunduğu üçün çəkiliş zamanı heç də hər şey qorxulu görünmür, əksinə iş prosesi çox zaman gülüşlə müşaiyət olunur.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO