"Cənab prezidentin Şuşa ilə bağlı bu sərəncamı bütün türk dünyasının birlik və həmrəyliyinin yeni rəmzinə çevriləcək" - DEPUTAT
Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, Şuşa Azərbaycan mədəniyyətinin beşiyi, Qafqazın incisi, müasir sivilizasiyanın mədəniyyət xəzinələrindən, mənəviyyat nümunələrindəndir:
"2020-ci ilin noyabrın 8-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!" ifadələri Azərbaycan xalqının bütün acılarını dindirdi. Şuşa şəhəri 1992-ci ilin mayın 8-də ermənilər tərəfindən işğal olunmuşdu. İşğal illərində erməni vandalizmi şəhərdəki Azərbaycan izlərini, şəhərin həqiqi tarixini məhv etməyə çalışsalar da, bunu bacarmadı. Şuşanın erməni vəhşiliyindən geriyə qalan hər daşında, torpağında belə Azərbaycanın ruhu duyulur. Azərbaycan xalqı heç vaxt Şuşanın işğalı ilə barışa bilməzdi və buna gec-tez son qoymalı idi.30 ildən sonra Şuşa Ali Baş Komandan İlham Əliyev rəhbərliyi ilə Azerbaycanın Müzəffər Ordusu tərəfindən işğaldan azad edildi. Vətən müharibəsi dövründə Şuşa döyüşləri tarixə qəhrəmanlıq dastanı kimi həkk olunub. Çünki Şuşa döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir. Belə ki, sıldırım qayaları dırmaşaraq əlbəyaxa döyüşlər həyata keçirən Azərbaycanın igid oğulları Şuşadan Ermənistan hərbi birləşmələrini bir gün ərzində məhv etdi. Bilirsiniz ki, Şuşa döyüşlərini xarici hərbi ekspertlər əfsanə adlandırdılar. Məhz buna görə də Şuşa döyüşləri tək Azərbaycanın deyil, dünya tarixinə qəhrəmanlıq dastanı kimi həkk oldu".
Deputat vurğulayıb ki, Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan olunması bu dövlətlər arasındakı əməkdaşlığı inkişaf etdirəcək:
"Şuşa Azərbaycanın mədəniyyət beşiyidir.Hesab edirəm ki, Azərbaycan xalqı üçün yüksək mədəni-mənəvi dəyər kəsb edən Şuşa ilə bağlı bu qərar bütün türk dünyasının birlik və həmrəyliyinin yeni rəmzinə çevriləcək. Ən önəmlisi isə türk xalqları arasında əməkdaşlıq perspektivlərini daha da genişləndirəcək".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1597 Tarix: 07 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO
Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri
18 sentyabr 2021İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda
18 sentyabr 2021Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO
Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca
17 sentyabr 2021Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18 sentyabr 2021Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO
Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini
18 sentyabr 2021Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib
İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund
18 sentyabr 2021Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO
Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb
17 sentyabr 2021