Mağazanı yandırıb izi itirmək istədi - FOTO
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı şəhər ərazisində yerləşən obyektlərdən oğurluq edən şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sonxeber.az-a verilən məlumata görə, şəhər ərazisində yerləşən mağazaların birindən dəyəri 800 manatdan artıq olan spirtli içkilər oğurlanması, orada olan ödəmə terminalına zərər yetirilməsi və obyektin yandırılmasına cəhd edilməsi ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər də bir neçə dəfə məhkum olunmuş Tehran Həsənov tutulub. Həmin şəxs ifadəsində oğurladıqlarını satdığını və hadisəni törədərkən iz itirmək məqsədilə mağazanı yandırmaq istədiyini bildirib. Araşdırma zamanı T.Həsənovun obyekt sahibinə məxsus ümumvətəndaşlıq pasportunu, eləcə də bəzi əşyaları yandırdığı məlum olub.
İstintaq zamanı keçmiş məhkumun daha bir cinayət əməlinin də üstü açılıb. Belə ki, onun rayon sakini Yaqub Məmmədovla birlikdə şəhər ərazisində yerləşən köşkdən də lotereya, tütün məmulatları və pul oğurladıqları müəyyən edilib. Oğurluqda əlbir olan dostlardan digəri - Yaqub Məmmədov da polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.




Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 954 Tarix: 08 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zelenski Ukraynada növbəti seçkilərin nə zaman olacağını açıqlayıb.
Ukrayna lideri Vladimir Zelenski növbəti seçkilərin nə zaman olacağını açıqlayıb. xəbər verir ki, bu barədə "Corriere della Sera" informasiya yayıb. Vladimir Zelenski növbəti seçkilərin müharibə bitdikdən sonra keçiriləcəyini vurğulayıb. Zelenski ölkədə prezident seçkisinin müvəqqəti atəşkə
3 martABŞ-nin və NATO-nun hərbi obyektlərini izləyən azərbaycanlı saxlanılıb
Krit adasında yerləşən NATO bazasını və ABŞ-nin "Gerald R.Ford" aviadaşıyıcısını izləyən Gürcüstan vətəndaşı saxlanılıb. xəbər verir ki, bu barədə yunan KİV-i məlumat yayıb. Yunanıstanın hüquq mühafizə orqanları tərəfindən saxlanılan Gürcüstan vətəndaşının Azərbaycan əsilli olması bildirilir
3 mart18 spiker, yüzlərlə iştirakçı: "YeniSƏN" yenidən səhnədə
1 Mart tarixində 2ci dəfə olaraq "YeniSƏN" adlı qadınların şəxsi inkişaf forumu keçirildi. Forumda müxtəlif peşə sahəsindən olan və sahibkar xanımlarla yanaşı öyrənmək və yenilənmək istəyən hər kəs iştirak etdi. Forumun Açılışı Xarı Bülbül Events Qrupun forum üçün özəl hazırladığı Qadını sül
3 martBəşarət Məmmədova ağır itki
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, mətbuat katibinin anası Əsmər Məmmədova vəfat edib. Mərhumun üç mərasimi sabah Şəkinin Turan qəsəbəsinin Çayqaraqoyunlu kəndində keçiriləcək
3 martMəhkəmənin şöbə rəisi vəfat etdi
Bakı Ağır Cinayətlər Məhkəməsinin İcra şöbəsinin rəisi Mübariz Abdullayev vəfat edib. E- -a istinadən xəbər verir ki, o, ötən gün xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, M.Abdullayev bu vəzifəyə 2024-cü ildə təyin edilmişdi
4 martTonqal üzərindən atılarkən ehtiyatlı olun! - Müraciət
Fövqəladə Hallar Nazirliyi Od çərşənbəsi ilə əlaqədar əhaliyə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Bu gün xalqımız milli-mənəvi dəyərlərimizi özündə yaşadan Novruzun gəlişi ilə əlaqədar Od çərşənbəsini qeyd edir. Lakin bu çərşənbədə keçirilən mərasimlərdə, xüsusilə tonqal qalanmas
3 mart