"Anam Şəmkirdəndir" - İngiltərənin azərbaycanlı gözəli
İngiltərənin Azərbaycan əsilli makiyajsız gözəli kimi tanınan Melisa Rauf "BBC Azərbaycanca"ya müsahibə verib.
Axşam.az xəbər verir ki, Melisa yarışmaya qatılmasından, makiyajsız çıxışından bəhs edib. O, bildirib ki, anası azərbaycanlı, atası İran azərbaycanlısıdır.
"Atamdakı İran və azərbaycanlı qarışığını sevirəm. Ancaq əlbəttə ki, mən burada böyümüşəm. Mən bunların hamısını sevirəm. Hər şeyin yaxşısını götürürəm. Yəqin ki, qarışıq ailədən olmağın üstünlüyü budur" deyə, Melisa bildirib.
Yarışmaya makiyajsız qatılmasından danışan model "Makiyajsız çıxış etməyim qadınlara onu göstərir ki, gözəl görünmək üçün standartlara uyğunlaşmaq məcburiyyətində deyilsiniz. Edə biləcəyiniz ən gözəl şey özünüz olmaqdır: makiyajlı və ya makiyajsız. Əvvəlcə Londonda yarışmaya qatıldım, sonra İngiltərədə çıxış mərhələsi var. Burada qızlar makiyaj və effektin olmadığı şəkillər paylaşırlar. Bundan sonra anladım ki, özümü gözəl hiss etməyim üçün makiyaj və filterə ehtiyacım yoxdur" sözlərini əlavə edib.
Melisa Azərbaycana tez-tez gəldiyini deyib:
"Nənəmə baş çəkirəm. Nənə-babamı görürəm. Qohumlarımla görüşürəm. Anam əslən Şəmkirdəndir. Orada çoxlu qohumlarım var. Bakını çox sevirəm. Bakı mənim ürəyimdir. Olduğum ən gözəl yerlərdən biridir".
İranda baş verənlərə münasibət bildirən İngiltərə gözəli xüsusilə qadınları dəstəklədiyini vurğulayıb:
"İranda və bütün dünyada qadınlar azad seçim və özlərini ifadə etmək istəyi ilə etirazlar edirlər. Heç bir qadın özünü necə təqdim etməsi ilə bağlı mühakimə edilməməlidir və ya hücumlara məruz qalmamalıdır. Dünyada bu mərd qadınların seçim ideyası uğrunda həyatlarını riskə atması heyrətamizdir. Onlarla fəxr edirəm".
Qeyd edək ki, Melisa Rauf "Miss England" gözəllik müsabiqəsinə qatılıb. Yarımfinalda "Face Top Model" nominasiyasının qalibi olub. Kollec tələbəsi olan 20 yaşlı Melisa "Miss İngiltərə"nin 94 illik tarixində makiyajsız yarışan ilk iştirakçıdır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO