Bakıda nəzir yığan gözdən əlilin pulunu götürüb qaçdı
Bakının Xəzər rayonu, Türkan qəsəbəsində "İmam Hüseyn" məscidi qarşısında nəzir yığan şəxsə qarşı soyğunçuluq edən 1988-ci il təvəllüdlü Ağakərim Məmmədovun (soyad şərtidir) məhkəmə prosesi başa çatıb.
Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, Xəzər Rayon Məhkəməsinin hökmünə əsasən, onun azadlığı 1 il 10 ay 6 gün müddətində məhdudlaşdırılıb.
Qeyd edək ki, hadisə ötən ilin avqustun 9-da baş verib. Belə ki, Rzali adlı gözdən əlil məscidinin önündə sədəqə yığan zaman, Ağakərim ona yaxınlaşıb və 10 manatı xırdalamasını istəyib. Rzali həmin vaxt ona pulları tanımadığını və xırdalaya bilməyəcəyini deyib. Ağakərim də pula ehtiyacı olduğundan əlini qəflətən onun şalvarının sol cibinə salıb və cibində olan 1 manatlıq əskinaslardan ibarət pulları götürərək qaçıb. Bu, cəmi 30 manat olub.
Maraqlıdır ki, Ağakərimin özü də əvvəllər Rzaliyə bir neçə dəfə sədəqə verib.
Hadisənin səhəri gün polislər Ağakərimi görüntü kamerası vasitəsi ilə müəyyənləşdirib və saxlayaraq Xəzər RPİ-nin 1-ci PŞ-nə gətiriblər. O, orada
törətdiyi cinayət əməlini səmimi olaraq etiraf edib.
Əlavə edək ki, zərərçəkmiş şəxsin 1992-ci ildən gözləri görmür və 1-ci qrup əlildir. O, məhkəmədə ona dəyimiş ziyanın ödənilmədiyini, bu səbəbdən Ağakərimdən şikayətçi olduğunu bildirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 785 Tarix: 09 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib - Foto
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Türkiyə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib. "Qarabağın azadlığının altıncı ildönümündə qardaş Azərbaycan xalqını və dövlətini Zəfər Günü münasibətil
8 noyabrXankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub
Xankəndi şəhərində yerləşəcək Zəfər Muzeyinin məkanı bəlli olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışıb. Dövlətimizin başçısı deyib: "Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm. Bu
8 noyabrNaxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabrBloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabrAzərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali
8 noyabr