Rusiyada həbsdə olan azərbaycanlı müharibədə yoxa çıxıb - FOTO
Rusiyada həbs edilmiş 1996-cı il təvəllüdlü Cavadzadə Teymur Rahim oğlundan 2 aydan artıqdır xəbər yoxdur.
Bu barədə "Qafqazinfo"ya müraciətində T.Cavadzadənin bacısı Nümunə Ağayeva bildirib.
Onun sözlərinə görə, qardaşı həbsxanadan Ukraynaya müharibəyə aparılıb və xeyli vaxtdır itkin düşüb:
"Qardaşım 1996-cı ildə Masallı rayonunun Hacıtəpə kəndində anadan olub, həmin kənddə pasport qeydiyyatındadır. 2018-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərinə işləməyə getdi. Lakin 2019-cu ildə bir davaya qarışdı və ittiham edilərək orada həbs olundu, 7 il cəza aldı".
N.Ağayeva əlavə edib ki, qardaşı cəzaçəkmə müəssisəsindən vaxtaşırı olaraq yaxınları ilə telefonla əlaqə saxlayıb. Sonuncu dəfə isə o, bu ilin 25 sentyabr tarixində ailəsi ilə danışıb: "Telefonda bizə dedi ki, Rostov şəhərindədir. Bildirdi ki, telefonları və sənədləri toplayırlar, bir müddət əlaqə saxlaya bilməyəcək. Lakin həmin vaxt müharibəyə aparıldığını demədi".
Bundan sonra xeyli vaxt Teymurdan xəbər ala bilməyən yaxınları narahat olmağa başlayıblar və onun əmisi Əfqan Cavadov qardaşı oğlunu axtarmaq üçün Rusiyaya yollanıb:
"Məlum oldu ki, qardaşım oktyabr ayının əvvəlində müqavilə imzalayaraq Rusiya ordusunda döyüşməyə gedib. Rusiyanın Ədliyyə Nazirliyi və Müdafiə Nazirliyinin əməkdaşları qardaşıma və bir neçə digər məhbusa müqavilə imzaladıb və söz veriblər ki, Rusiya üçün döyüşə getsə, qalan cəza müddəti əfv olunacaq".
Şikayətçi məsələnin aidiyyəti qurumlar tərəfindən araşdırılmasını və qardaşı Teymur Cavadzadənin tapılması üçün köməklik göstərilməsini xahiş edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1476 Tarix: 09 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib - Foto
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Türkiyə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib. "Qarabağın azadlığının altıncı ildönümündə qardaş Azərbaycan xalqını və dövlətini Zəfər Günü münasibətil
8 noyabrXankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub
Xankəndi şəhərində yerləşəcək Zəfər Muzeyinin məkanı bəlli olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışıb. Dövlətimizin başçısı deyib: "Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm. Bu
8 noyabrNaxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabrBloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabrAzərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali
8 noyabr