MEDİA Agentliyi tərəfindən 300 nəfərə yaxın gəncin iştirakı ilə "Media savadlılığı" konfransı keçirilib

MEDİA Agentliyi tərəfindən 300 nəfərə yaxın gəncin iştirakı ilə "Media savadlılığı" konfransı keçirilibDekabrın 9-da Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə media savadlılığı mövzusunda məlumatlılığın artırılması məqsədilə Bakı şəhəri və regionlarda yaşayan 300 nəfərə yaxın gəncin iştirakı ilə Bakı Gənclər Mərkəzində "Media savadlılığı" konfransı keçirilib.

Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyev və Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov vurğulayıb ki, hazırda elektron informasiya cəmiyyətinin əhatə dairəsinin sürətlə genişlənməsi, rəqəmsal reallıq şəraitində məlumatlara əlçatanlığın asanlaşması, cəmiyyətin məlumatın obyektiv tərəfini müəyyənləşdirməkdə çətinliklərlə qarşılaşması media savadlı istehlakçıların yetişdirilməsinə zərurət yaratmaqla yanaşı, medianın öz peşəkar funksiyasını effektiv yerinə yetirməsi istiqamətində ardıcıl və təxirəsalınmaz addımların atılmasını tələb edir.

Daha sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun moteratorluğu ilə "Müasir informasiya mühitində media təhsili" mövzusunda panel sessiya keçirilib.

Panel sessiyada çıxış edən Azərbaycan Respublikasının elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli bildirib ki, məktəbdə və məktəbdənkənar hazırlanan və tədris edilən proqramlar, təlimlər, konfranslar, rəqəmsal media bacarıqlarının təkmilləşdirilməsinə və media məlumatlılığının artırılmasına istiqamətlənən tədbirlər gənclərin sosial-mədəni potensialının gücləndirilməsi, eləcə də cəmiyyətin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev çıxışında gənclər arasında media savadlılığının artırılması üçün maarifləndirmə işlərinin genişləndirilməsinin, həmçinin məlumat istehsalı və istehlakı proseslərində savadlılıq anlayışının müasir dövrün tələblərinə uyğunlaşdırılmasının vacibliyini vurğulayıb.

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev diqqətə çatdırıb ki, beynəlxalq təcrübəyə nəzər saldıqda, media savadlılığının formal təhsil səviyyəsində tədris edilməsinin uşaq, yeniyetmə və gənclərin medianın mənfi təsirlərinə qarşı məlumatlılığının artırılmasında mühüm qoruyucu rol oynadığını görə bilərik.

Çıxışı zamanı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev qeyd edib ki, araşdırmalar göstərir ki, media savadlılığı üzrə göstəriciləri yüksək olan ölkələr tərəfindən media savadlılığının artırılması istiqamətində ən çox istifadə edilən strategiya mövzunun bir çox səviyyələrdə tədris sisteminə daxil edilməsi və bununla bağlı koordinasiyalı tədbirlərin görülməsidir.

Daha sonra "Gənclərin ictimai və sosial inkişafında media savadlılığının əhəmiyyəti" mövzusunda ikinci panel sessiya keçirilib. Panel sessiyaya moderatorluq edən "ASAN Radio"nun direktoru Emin Musavi MEDİA Agentliyi ilə birgə həyata keçirilən "Smart media" layihəsinin əhəmiyyətini vurğulayıb.

Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İndira Hacıyeva qeyd edib ki, media savadlılığının artırılması medianın mənfi nəticələrini minimuma endirmək, rəqəmsal platformalarda iştirakın potensial zərərli təsirlərini azaltmaq, eləcə də gənclərə rəqəmsal dünyada tənqidi istehlakçılar və yaradıcılar olmağa kömək etmək üçün ən əsas alətlərdəndir.

Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov bildirib ki, qlobal informasiya mühitinin modernləşməsi bir çox həssas istifadəçi qrupları, yəni uşaq, yeniyetmə və gəncləri medianın mənfi təsirlərinin birbaşa hədəfi halına gətirir. Ona görə də, beynəlxalq təcrübədə bu sahədə görülən işlər ilkin olaraq gənclər üçün maarifləndirmə və təhsil proqramlarının icrası istiqamətindədir.

ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media proqramının rəhbəri Şəfəq Mehrəliyeva media savadlılığı bacarıqlarının artırılmasının məqsədindən, media kontentinin dəyərləndirilməsi ilə bağlı geniş və davamlı xarakter daşıyan maarifləndirmə işlərinin aparılmasının vacibliyindən danışıb.

Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev son illərdə ölkədə informasiya kommunikasiya texnologiyaları sektorunun sürətlə və dinamik şəkildə inkişaf etməsinin gənclər arasında media savadlılığının artırılmasını, bununla bağlı koordinasiyalı tədbirlərin görülməsini zəruri etdiyini vurğulayıb.

Konfrans çərçivəsində MEDİA Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova və Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti Vəfa İsgəndərovanın təqdimatında gənclərin iştirakı ilə "Dezinformasiyaya qarşı: Faktların araşdırılması" mövzusunda vörkşop baş tutub.

Daha sonra "TEDx" formatında "#MEDİAtalks" tədbiri keçirilib. "Rəqəmsal mediada təhlükələr: Dezinformasiya və kiberzorakılıq", "İnformasiyanın gücü və məsuliyyəti", "Media savadlı istehlakçıların formalaşdırılması" mövzularında çıxış edən İctimai Televiziyanın aparıcısı, "Cəhənnəmdə böyük çığırtı" və "Əsir düşərgəsi" kitablarının müəllifi Vüsalə Məmmədova dezinformasiyaların müxtəlif insanların həyatında yaratdığı mənfi təsirlərdən, media savadlılığının həyatımızda oynadığı önəmli roldan bəhs edib.

Sonda interaktiv müzakirə sessiyaları olub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
MEDİA Agentliyi tərəfindən 300 nəfərə yaxın gəncin iştirakı ilə "Media savadlılığı" konfransı keçirilibMEDİA Agentliyi tərəfindən 300 nəfərə yaxın gəncin iştirakı ilə "Media savadlılığı" konfransı keçirilibMEDİA Agentliyi tərəfindən 300 nəfərə yaxın gəncin iştirakı ilə "Media savadlılığı" konfransı keçirilibMEDİA Agentliyi tərəfindən 300 nəfərə yaxın gəncin iştirakı ilə "Media savadlılığı" konfransı keçirilibMEDİA Agentliyi tərəfindən 300 nəfərə yaxın gəncin iştirakı ilə "Media savadlılığı" konfransı keçirilibMEDİA Agentliyi tərəfindən 300 nəfərə yaxın gəncin iştirakı ilə "Media savadlılığı" konfransı keçirilibMEDİA Agentliyi tərəfindən 300 nəfərə yaxın gəncin iştirakı ilə "Media savadlılığı" konfransı keçirilibMEDİA Agentliyi tərəfindən 300 nəfərə yaxın gəncin iştirakı ilə "Media savadlılığı" konfransı keçirilibMEDİA Agentliyi tərəfindən 300 nəfərə yaxın gəncin iştirakı ilə "Media savadlılığı" konfransı keçirilibMEDİA Agentliyi tərəfindən 300 nəfərə yaxın gəncin iştirakı ilə "Media savadlılığı" konfransı keçirilibMEDİA Agentliyi tərəfindən 300 nəfərə yaxın gəncin iştirakı ilə "Media savadlılığı" konfransı keçirilib


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 934   Tarix: 09 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib - Foto

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Türkiyə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib. "Qarabağın azadlığının altıncı ildönümündə qardaş Azərbaycan xalqını və dövlətini Zəfər Günü münasibətil

8 noyabr
.

Xankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub

Xankəndi şəhərində yerləşəcək Zəfər Muzeyinin məkanı bəlli olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışıb. Dövlətimizin başçısı deyib: "Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm. Bu

8 noyabr
.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto

"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər

8 noyabr
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

8 noyabr
.

Üçrəngli bayrağımız - müstəqilliyimizin və milli qürurumuzun simvolu - KÖŞƏ YAZISI

Bayraq sadəcə bir dövlətin rəmzi deyil. O, bir xalqın tarixini, milli kimliyini, azadlıq arzusunu və gələcəyə olan inamını özündə birləşdirir. Azərbaycan bayrağı da xalqımızın keçdiyi çətin və şərəfli yolun, müstəqillik uğrunda mübarizəsinin ən böyük simvollarından biridir. Hər il noyabrın 9-da qey

8 noyabr
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

8 noyabr
.

Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO

Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar

8 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?

Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali

8 noyabr