Kəbirə Məmmədovanın avtovağzalı bağlanır - Böyük məbləğdə CƏRİMƏ

Kəbirə Məmmədovanın avtovağzalı bağlanır - Böyük məbləğdə CƏRİMƏ"Binə" Ticarət Mərkəzinin ərazisində avtovağzal aşkarlanıb.

"Qaynarinfo"nun məlumatına görə, "Binə" Ticarət Mərkəzində araşdırma aparılıb və müəyyən edilib ki, müxtəlif rayonlardan gəlmiş sərnişin avtobusları mərkəzin ərazisinə daxil olmaqla, oradan yenidən sərnişinləri toplayaraq müxtəlif ünvanlara çatdırmaqla qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olurlar. Bir sıra nəqliyyat vasitələrinə Şirvan şəhər avtovağzalından verilmiş arayışda da təyinat nöqtəsinin "Binə" Ticarət Mərkəzi olması qeyd olunub.

Bütün bu işlər isə "Binə" Ticarət Mərkəzi kimi tanınan, rəsmi adı isə "Arazaviya" MMC olan şirkətin adı ilə görülüb.

O da məlum olub ki, "Binə" Ticarət Mərkəzindən kənar saxlayan sürücülərin sərnişindaşıma fəaliyyətinə mane olurlar. Onlara yalnız yüksək "yer haqqı" ödəməklə ticarət mərkəzinin daxilində fəaliyyət göstərməyə icazə verilir.

"Binə" Ticarət Mərkəzi ərazisində sərnişindaşıma fəaliyyəti göstərən avtobuslara nəzarət edən Ağa adlı şəxsdən xeyli sayda sürücü dövlət qurumlarına şikayət ərizəsi ünvanlayıb. Artıq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşları sözügedən avtovağzalın fəaliyyətinin dayandırılması üçün iş aparır.

Agentliyin vəzifəli şəxsi bildirib ki, hazırda da müxtəlif rayonlardan gəlmiş sərnişin avtobusları "Binə" Ticarət Mərkəzinin ərazisinə daxil olmaqla, öz qanunsuz fəaliyyətlərini davam etdirirlər. Həmin əraziyə daxil olmaq üçün ancaq müvafiq nəzarət-buraxılış məntəqəsindən keçmək mümkündür.

"Binə" Ticarət Mərkəzi ərazisində icazə olmadan avtovağzal fəaliyyəti ilə məşğul olduğu müəyyən edildiyindən, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 325.1-ci maddəsinə əsasən, 1 sentyabrda protokol da tərtib edilib.

"Arazaviya"nın vəkili deyib ki, ərazi "Binə" Ticarət Mərkəzinin tərkibinə aid olsa da, həmin ərazidə və ona yaxın yerlərdə sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinin onlarla heç bir əlaqəsi yoxdur. Eləcə də şikayət "Binə" Ticarət Mərkəzinin daxilində deyil, çölündə olan avtobusların fəaliyyəti ilə bağlıdır. Bu səbəbdən ticarət mərkəzi heç bir məsuliyyət daşımır. Əvvəllər, yəni pandemiyadan öncə ticarət mərkəzinin ərazisində başqa bir MMC tərəfindən müqavilə əsasında avtovağzal fəaliyyəti mövcud olub. Lakin pandemiyadan sonra həmin şirkət fəaliyyətini dayandırıb və bundan sonra "Arazaviya" MMC-yə məxsus "Binə" Ticarət Mərkəzinin ərazisində hər hansı bir avtostansiya fəaliyyət göstərməyıb.

Məhkəmənin qərarı ilə "Arazaviya" MMC İnzibati Xətalar Məcəlləsinin 325.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1500 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, "Arazaviya" MMC-nin təsisçisi Kəbirə Məmmədova olsa da, qanuni təmsilçisi "Binə" Ticarət Mərkəzinin direktor müavini, "Araz-Avia" firmasının prezidenti Əmirova Dilşad Camşidovnadır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4299   Tarix: 09 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib - Foto

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Türkiyə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib. "Qarabağın azadlığının altıncı ildönümündə qardaş Azərbaycan xalqını və dövlətini Zəfər Günü münasibətil

8 noyabr
.

Xankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub

Xankəndi şəhərində yerləşəcək Zəfər Muzeyinin məkanı bəlli olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışıb. Dövlətimizin başçısı deyib: "Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm. Bu

8 noyabr
.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto

"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər

8 noyabr
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

8 noyabr
.

Üçrəngli bayrağımız - müstəqilliyimizin və milli qürurumuzun simvolu - KÖŞƏ YAZISI

Bayraq sadəcə bir dövlətin rəmzi deyil. O, bir xalqın tarixini, milli kimliyini, azadlıq arzusunu və gələcəyə olan inamını özündə birləşdirir. Azərbaycan bayrağı da xalqımızın keçdiyi çətin və şərəfli yolun, müstəqillik uğrunda mübarizəsinin ən böyük simvollarından biridir. Hər il noyabrın 9-da qey

8 noyabr
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

8 noyabr
.

Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO

Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar

8 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?

Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali

8 noyabr