Tiktokerlərin universitetlərə çağırılması ilə bağlı ŞOK FAKT
İKT üzrə ekspert Osman Gündüz Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbələrlə tiktokerlər arasında görüşünə münasibət bildirib.
BAKU.WS xəbər verir ki, bu barədə o, feysbukda paylaşım edib. O. Gündüz bildirib ki, hazırda TikTok Azərbaycanın informasiya mühitində xüsusi yer tutur:
"Milyonlarla istifadəçisi var. Artıq onun üzərində bizneslər qurulur. Marketinq aləti olaraq və tanıtım üçün effektiv istifadə olunur. Baxıram ki, son zamanlar çox doğru olaraq dövlət mediası və TV-lər də bu sosial platformaya inteqrasiya edir. Belə bir anda UNEC-i, universitetləri TikTok-dan kənar tutmaq çağırışları doğru bir yanaşma olmazdı".
O. Gündüz əlavə edib ki, hökumətdən, Elm və Təhsil Nazirliyindən, UNEC-dən və digər universitetlərdən TikTok-la bağlı bunları xahiş etməliyik:
"- TikTok-da faydalı kontent istehsalına resurslar ayrılsın,
- Azərbaycandilli faydalı kontentin yaradılması, xüsusilə gənclər üçün təhsil və intellektual yönümlü kontentin yaradılmasına dəstək verilsin,
- TikTok-da təhsil yönümlü, intellektual yönümlü , vətənpərvərlik istiqamətində video resursların hazırlanması üçün qrantlar verilsin,
- TikTok-dan, onun marketinq alətlərindən startap ekosistemin, sahibkarların biznes və tanıtım üçün necə effektiv istifadə olunması ilə bağlı təlimlər keçirilsin, maarifləndirici resurslar hazırlansın,
- Bu sosial platformada zərərli və qanuna zidd kontentin yayılmasının qarşısının alınması, uşaqların informasiya təhlükəsizliyinin qorunması istiqamətində fəaliyyəıt dəstəklənsin və s.
Məsələn, müşahidə etsək ki, UNEC tiktokerlərlə bu cür görüşdən sonra öz tələbələrini də cəlb etməklə təhsil, marketinq yönümlü faydalı video resurslar hazırlamaq üçün auditoriyası geniş olan tiktokerlərə qrantlar ayırıb, bunu ancaq alqışlamaq olar".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO