"Ulu öndər Heydər Əliyev Prezident seçildikdən sonra güclü Azərbaycan dövlətinin təməli qoyuldu"-Deputat

"Ulu öndər Heydər Əliyev Prezident seçildikdən sonra güclü Azərbaycan dövlətinin təməli qoyuldu"-Deputat"Ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra respublikada sənaye, kənd təsərrüfatı sürətlə inkişaf etməyə başladı, çətin sosial vəziyyətdə yaşayan azərbaycanlıların həyat səviyyəsi, rifahı yüksəldi. SSRİ-nin müttəfiq respublikaları arasında Azərbaycan sosial-iqtisadi cəhətdən ön sıralara yüksəldi".
Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva Sonxeber.az-a Heydər Əliyevin anım günü ilə bağlı danışarkən deyib.
O həmçinin qeyd edib ki, Məhz Heydər Əliyevin siyasi peşəkarlığı sayəsində YAP ölkənin ən böyük və güclü bir partiyasına çevrildi. Ulu öndər Heydər Əliyevin dahi şəxsiyyət, güclü siyasətçi olması, öz xalqına olan sadiqiyi, Azərbaycanın görkəmli ziyalılarını onun ətrafında birləşdirdi:
"Bütün ömrünü canından artıq sevdiyi xalqına fəda verən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1923-cü ol mayın 10- da Azərbaycanın qədim diyarı olan Naxçıvanda anadan olmuşdur. Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Naxirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsində sədr müavini, 1967-ci ildən isə sədr vəzifəsində işləyib, general - mayor rütbəsinə qədər yüksəlmişdir. 1969-cu ildən Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkızi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub.
1987-ci ilin oktyabrından Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin siyasi bürosunun və Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz edərək tutduğu vəzifədən istefa verib. 1970-1980-ci illərdə Heydər Əliyev Sovet Azərbaycanının inkişafında müstəsna rol oynamışdır. 1969-cu ilə qədər Azərbaycan Respublikası Sovet İttifaqının respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra respublikada sənaye, kənd təsərrüfatı sürətlə inkişaf etməyə başladı, çətin sosial vəziyyətdə yaşayan azərbaycanlıların həyat səviyyəsi, rifahı yüksəldi. SSRİ-nin müttəfiq respublikaları arasında Azərbaycan sosial-iqtisadi cəhətdən ön sıralara yüksəldi.
1990-cı il yanvarın 20-də Sovet qoşunları Bakı şəhəri və bir sıra rayonlarımızda azərbaycanlılara qarşı qətliam törətdilər. Səhərisi gün 21 yanvarda həyatını təhlükə altına ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ulu öndər Heydər Əliyev hadisənin təşkilatçılarını ittiham edərək cəsarətli bəyanatla çıxış etdi. Dağlıq Qarabağla bağlı Sovet rəhbərliyinin ikiüzlü, riyakar siyasətinə etiraz əlaməti olaraq ulu öndər Heydər Əliyev 1991-ci ilin iyul ayında Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi.
1990-cı ildə Azərbaycana qayıdan ulu öndər həmin il Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur.
YAP-ın Naxçıvanda keçirilən təsis qurultayında Heydər Əliyev partiyanın sədri seçilir. Məhz Heydər Əliyevin siyasi peşəkarlığı sayəsində YAP ölkənin ən böyük və güclü bir partiyasına çevrildi. Ulu öndər Heydər Əliyevin dahi şəxsiyyət, güclü siyasətçi olması, öz xalqına olan sadiqiyi, Azərbaycanın görkəmli ziyalılarını onun ətrafında birləşdirdi. 1990-cı ilin əvvəlində Azərbaycanda ictimai-siyasi vəziyyət çox ağır durumda idi. Ölkə parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Azərbaycan xalqı başa düşürdüki ölkəni bu çətin durumdan ancaq ulu öndər Heydər Əliyev çıxara bilər. Xalqın haqlı tələbi ilə Heydər Əliyev Bakıya gəldi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçildi və iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də Azərbaycan xalqının səsinin əksəriyyətini qazanan Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu öndər Heydər Əliyev Prezident seçildikdən sonra güclü Azərbaycan dövlətinin təməli qoyuldu və Azərbaycan xalqını rifaha aparan yolun başlanğıcı oldu. Ölkəmiz bütün sahələrdə böyük inkişaf mərhələsinə qədəm qoydu.
Azərbaycanın uğurlu inkişafını davam etdirmək, insanların rifahını daha da yüksəltmək üçün xalqımız 1998-ci il oktyabrın 11-də Heydər Əliyevi növbəti dəfə Prezident seçdi. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti öz müstəqilliyini qorudu, dövlətçiliyin əsasları qoyuldu, böyük iqtisadi islahatlara başlanıldı. Xalq Heydər Əliyevə inanırdı və bilirdi ki, məhz Heydər Əliyev zəkası, müdrikliyi dövləti, xalqı xoşbəxt gələcəyə apara bilər. Ulu öndər Heydər Əliyev milli dövlətçilik ənənələrini də bərpa etdi. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edilmişdir.
Heydər Əliyev Prezident seçildikdən sonra bütün silahlı dəstələri bir komandanlıq altında birləşdirdi. Heydər Əliyevin başçılığı ilə Azərbaycan Ordusu uğurlu hərbi əməliyyat keçirərək Füzuli rayonunun bir neçə yaşayış məntəqəsini işğaldan azad etdi. Hərbi uğursuzluqla üzləşdiyini görən təcavüzkar Ermənistan rəhbərliyi 1994- cü ilin mayında atəşkəs haqqında protokola imza atdı. Atəşkəsin əldə edilməsi ilə Azərbaycan iqtisadi, siyasi, hərbi sahələrdə böyük inkişaf mərhələsinə qədəm qoydu.
1994-cü il sentyabrın 20-də Azərbaycan Dövlət Neft Şirkəti ilə 6 ölkənin 10 nəhəng neft şirkəti arasında bağlanan Əsrin müqaviləsi Azərbaycanın gələcək iqtisadi inkişafına, ölkəmizin siyasi nüfuzunun artmasına şərait yaratdı. 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü güclü Azərbaycan dövlətinin bünövrəsini qoydu.
Ulu öndər fenomenal şəxsiyyət, universal biliyə, qeyri adi yaddaşa malik şəxsiyyət idi. Dünya liderləri Heydər Əliyevi dünyanın ən güclü siyasətçilərindən biri olduğunu etiraf edirdilər. Heydər Əliyev eyni zamanda idarəetmənin ustadı və dünya siyasətinin kamil bilicisi, uzaqgörən bir siyasətçi, mahir diplomat idi. Ulu öndər Heydər Əliyev milli ideologiyanın, azərbaycançılıq məfkurəsinin yaradılmasının banisi olmuşdur.
Bugünkü güclü Azərbaycan Ordusunun əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. 1971-ci ildə Heydər Əliyev Çəmşid Naxçıvanski adına Hərbi litseyin yaradılmasına nail oldu. Bununla da Azərbaycanda milli hərbi kadrların hazırlanmasına başlanıldı. 1999-cu il yanvarın 20-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaradılması haqqında Heydər Əliyev tərəfindən imzalanmış fərman hərbi zabitlərin yetişdirilməsində böyük addım oldu.
Müasir Müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqının xilaskarı, ümumilli lider Heydər Əliyev əbədi olaraq Azərbaycan xalqının yaddaşında, qəlbində yaşayacaq.
2003-cü il dekabrın 12-də dünyasını dəyişən Heydər Əliyevi anım günü milyonlarla azərbaycanlı qəbrini ziyarət edir və ən böyük azərbaycanlıya öz sonsuz məhəbbətini nümayiş etdirir".

Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1372   Tarix: 12 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr