"Siyasi partiyalar haqqında qanun partiyaların fəaliyyətini əngəlləmir" - Razi Nurullayev

"Siyasi partiyalar haqqında qanun partiyaların fəaliyyətini əngəlləmir" - Razi Nurullayevİstiqamət: vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu
"Siyasi partiyalar haqqında qanun ayrı-ayrı partiyaların və şəxslərin fəaliyyətinin məhdudlaşdırlmasına yönəlmir. Təəssüf edirəm ki, ayrı-ayrı siyasi qurumlar və şəxslər qanun üzərinə kölgə salmaq istəyir. Digər tərəfdən, ölkəmiz qarşısında ciddi çağırışlar var və gərək bunu da nəzərə alaq. Bununla bərabər, partiyaların maliyyələşməsinə yeni yanaşmalar var ki, bu da partiyalara stimul verəcək".

Bu sözləri Milli Məclisin deputatı Razi Nurullayev Sonxeber.az-a siyasi partiyalar haqqında qanun layihəsi haqqında danışarkən deyib.

Deputat həmçinin bildirib ki, son zamanlar siyasi partiyalarla iqtidar arasında dialoq mühiti yaranıb və nəticəsində siyasi partiyaların qərarvermə məsələlərinə təsiri də yüksəlib:

"Siyasi partiyalar haqqında qanun yeni çağırışlara cavab verir və siyasi partiyaların fəaliyyətini əngəlləmir. Onsuz da neçə illər siyasi partiyalar haqqında qanunun dəyişdirilməsini tələb edirdik. Mitinqlərdə belə bu tələb tez-tez səslənirdi. Bu gün də qanunun dəyişməsi labüddür və lazımdır. Həm də son zamanlar siyasi partiyalarla iqtidar arasında dialoq mühiti yaranıb və nəticəsində siyasi partiyaların qərarvermə məsələlərinə təsiri də yüksəlib.

Qeyd etməliyəm ki, bu qanun ayrı-ayrı partiyaların və şəxslərin fəaliyyətinin məhdudlaşdırlmasına yönəlmir. Təəssüf edirəm ki, ayrı-ayrı siyasi qurumlar və şəxslər qanun üzərinə kölgə salmaq istəyir. Digər tərəfdən, ölkəmiz qarşısında ciddi çağırışlar var və gərək bunu da nəzərə alaq. Bununla bərabər, partiyaların maliyyələşməsinə yeni yanaşmalar var ki, bu da partiyalara stimul verəcək.

Qanun Milli Məclisdə ictimai müzakirəyə də çıxarılıb. Tədbirdə 40- yaxın siyasi partiya rəhbəri, 20-yə yaxın Milli Məclisin deputatı və parlamentin iki vitse spikeri iştirak edib və bu, özlüyündə çox vacib bir məsələdir. Orada iştirak edən partiyaların çoxu heç Milli Məclisin binasında olmamışdı. Müsbət haldır ki, o partiyalar da parlamenti içdən gördülər, deputatların iş mexanizmini gördülər. O cümlədən, parlament binasında çox ciddi, dinamik müzakirə getdi. Sərt tənqidlər səsləndirildi, çox xoş sözlər deyildi, təkliflər verildi. Bu müzakirə, həm də Azərbaycanda siyasi plüralizmin inkişafına dəstək vermiş oldu və siyasi partiyaların öz arasında fikir formalaşdırdı ki, doğrudan da Azərbaycanda müsbətə gedən siyasi proseslər var. Bu qanun layihəsi siyasi proseslərin daha da dərinləşməsinə vətandaşların siyasi proseslərə qoşulması üçün şərait yaradır.
Siyasi partiyalar üçün imkan yarandı ki, qərar verənlərin iştirakı ilə təkliflərini verməklə prosesə daha yaxşı töhfə versinlər. Amma kənarda qalmaqla faydalı olmadılar. Onlar üçün bu qanun partiyaların bağlanması anlamına gəlir. Necə olur ki, müzakirəyə qatılan partiyalar üçün bu bağlanma anlamına gəlmir, amma bir neçə partiya üçün bağlanma anlamına gəlir? Bu, düzgün yanaşma deyil.
Özünü bu cür fərqləndirməyi də doğru hesab etmirəm. Hesab edirəm ki, bütün proseslərdə iştirakçı olmaq daha sərfəli, daha faydalıdır, kənarda dayanıb sosial şəbəkədən, öz profilindən ayrıca danışmaq heç də prosesdə iştirak deyildir".
Material Azərbaycan Respublikasının

Medianın İnkişafı Agentliyinin maliyyə

dəstəyi ilə hazırlanmışdır.
"Siyasi partiyalar haqqında qanun partiyaların fəaliyyətini əngəlləmir" - Razi NurullayevŞəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1182   Tarix: 13 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Gorus-Qafan yolunda post qurub - DİN-dən AÇIQLAMA

Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində də nazarət-keçid məntəqəsi quraşdırıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, məntəqə Goruş-Qafan yolunda quraşdırılıb. Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Bərdə regiona

11 sentyabr 2021
.

Rusiya Dumasında pedofillər üçün edam cəzası müzakirə olunur

Rusiyada pedofillər üçün edam cəzasının geri qaytarılması zəruridir. Bu təklifi deputat, Rusiya Dövlət Dumasının Dövlət Tikintisi və Qanunvericilik Komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov irəli sürüb. Yemelyanov Kiselyovskda əvvəllər cinsi təcavüzə görə məhkum edilmiş şəxs tərəfindən on yaşl

8 sentyabr 2021
.

Prezident siyasi partiyaların ofisləri ilə bağlı göstəriş verdi

Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160B ünvanındakı binanın həyəti Baki Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır. Bu barədə -a siyasi partiyalardan məlumat daxil olub. Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işlər

4 sentyabr 2021
.

Fəxrəddin Altun: "Dezinformasiyaya qarşı ümumi mübarizədə strateji proses aparılmalıdır"

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun "Həqiqət Sonrası Bir Dövrdə Milli Təhlükəsizlik Təhdidi Olaraq Dezinformasiya və Manipulyasiya Siyasəti" adlı məqaləsində "Dezinformasiyaya qarşı ümumi mübarizədə qısa, orta və uzunmüddətli stratej

11 sentyabr 2021
.

Bakının erməni-bolşevik işğalçılarından azad edilməsindən 103 il ötür

Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündən 103 il keçir. xatırladır ki, 1918-ci ilin martından başlayaraq erməni-bolşevik birləşmələri azərbaycanlıların etnik təmizləməsinə başlayır. Bu zaman Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə Azərbaycanın xilasına gəlir. Qafqa

15 sentyabr 2021
.

"15 qəpiklə heç kim kasıblamaz" - Deputatdan bahalaşmaya reaksiya

"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğ

15 sentyabr 2021
.

Sülhməramlıların sayı niyə gün-gündən artır? - Deputatdan AÇIQLAMA

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülməramlıları, üçtərəfli 10 noyabr bəyənatına zidd olaraq, bölgəyə 1960 hərbçi deyil, 8 minə yaxın sülhməramlı qüvvələrə xidmət edən hərbi-tibbi personalın dislokasiyasını təmin ediblər. Məsələ ilə bağlı saytına açıqlama verən deputat Bəhru

10 sentyabr 2021
.

Türkiyənin Baş Ombudsmanı "Türk Şəhidliyi" abidəsini ziyarət etdi - FOTO

Bakının işğaldan azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının ombudsmanı Səbinə Əliyeva və türkiyəli həmkarı Şərəf Malkoç, həmçinin hər iki ölkənin nümayəndələri Şəhidlər Xiyabanı və Türk Şəhidliyi abidəsini ziyarət ediblər. xəbər verir ki, ombudsmanlar Əbədi Məşəl abidəsinin önün

15 sentyabr 2021
.

Yeni "Taliban" hökumətində kimlər olacaq? - ARAŞDIRMA

Avqustun 15-də "Taliban"ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra bütün gözlər yeni hökumətin necə qurulacağına yönəldi. Euronews-a istinadən xəbər verir ki, "Taliban" mənbələrindən əldə edilən məlumata görə, Şeyx əl-Hadis Məvləvi Abdulhakim Sahib Əmir əl-Muminun (Möminləri

4 sentyabr 2021