"Rayonlarda fabrik və zavodlar açılmalıdır ki, sakinlər öz güzəranlarını təmin edə bilsinlər" - AÇIQLAMA
"İşsizlik bölgələrdə bir nömrəli problem kimi özünü göstərir" Bu sözləri Milli Məclisin deputatı Jalə Əliyeva deyib.
Bəs görəsən bölgələrdəki işsizliyin qarşısının alınması üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı sosioloq Lalə Mehralı Sonxeber.az - a açıqlama verib:
"Bölgələrdə insanlar iş yeri baxımından çox çətinlik çəkir. Bu bütün yaş kateqoriyaları üçün keçərlidir. Əkin sahəsi olan insanlar bundan gəlir əldə edə bilir, hərçənd həmin gəlir onların maddi rifahını təmin etmir. Çünki, əkindən bol məhsul ala bilmək üçün yaxşı sərmaye olmalıdır. Bu isə yoxdur. Suvarma, dərmanlama problemləri var. Düzdür dövlət bir qədər kömək edir, amma bu həmin sahələr üçün çox azdır. Ciddi şəkildə bazara çıxa bilmə məhdudiyyətləri var. Yəni məhsullar sahədə çox ucuz qiymətə satılır. Bizim Bakıdan kilosunu 2 manata aldığımız meyvə, sahədə kəndlidən 30 qəpiyə alınır. Belə olan halda təbii ki, kəndlilər əkinçiliyə maraqlı olmur, yeni iş axtarmağa başlayırlar. Nəzərə alsaq ki, rayon mərkəzlərində yaşayan, pay torpağı olmayan insanlar var - bu zaman böyük ehtiyaclar yaranır. Rayonlarda fabrik və zavodlar açılmalıdır ki, sakinlər öz güzaranlarını təmin edə bilsinlər. Burda həm kişilər, həm də qadınlar nəzərə alınmalıdır. Dövlət müəssiələri istisna olmaqla, rayonlarda başqa iş yerləri yoxdur. Bu da əhalinin neçə faizini təmin edə bilər? Belə olan halda bölgələrdəki işsiz əhali Bakıya axın edir. Bu da Bakının yükünü artmasına səbəb olur. Bölgələrdə mütləq qaydada iş yeri təminatı yaradılmalıdır. İnsanlar öz rayonlarını tərk etmək məcburiyyətində qalmamalıdırlar"
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2968 Tarix: 27 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl
3 noyabrHərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular
Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb
2 noyabrXırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr
4 noyabrAzərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl
2 noyabrNovxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy
3 noyabrTeatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq
2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind
4 noyabrLeylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabrAnasını döyən bloqer saxlanıldı - Video
Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib
2 noyabrAğır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA
Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi
4 noyabr