Arvadını öldürmək istəyən mədəniyyət evi işçisinə ağır cəza: "Onu namus üstündə bıçaqladım"
Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkirdə arvadını bıçaqlamaqda təqsirləndirilən Elçin Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Sonxeber.az pravda.az-a istinadən xəbər verir ki, hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. E.Əliyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, hadisə bu ilin iyulunda Şəmkir ərazisində qeydə alınıb.
Belə ki, Şəmkir rayon sakini Elçin Əliyev həyat yoldaşı, 1985-ci il təvəllüdlü Talehə Əliyeva Nizami qızına bədəninin müxtəlif nahiyələrindən çoxsaylı bıçaq xəsarətləri yetirib. Qadın yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub.
Daha sonra Elçin Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb və onun barəsində qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmədə ifadə verən Elçin Əliyev deyib ki, arvadını namus üstündə bıçaqlayıb.
Belə ki, o, həyat yoldaşının "WhatsApp"da başqa şəxslə yazışmasını tutub. Buna görə də cinayət əməlini törədib.
Xatırladaq ki, Elçin Əliyev mədəniyyət evində çalışıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 859 Tarix: 17 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub
Xankəndi şəhərində yerləşəcək Zəfər Muzeyinin məkanı bəlli olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışıb. Dövlətimizin başçısı deyib: "Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm. Bu
8 noyabrƏməkhaqlarında kəskin artım gözlənilir?
Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d
8 noyabrKombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
8 noyabrŞəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabr