Dəhşətli qəzada həlak olan 30 yaşlı dəmiryolçunun FOTOSU
Dekabrın 15-i Bakı-Quba yolunda baş vermiş dəhşətli yol qəzasında həyatını itirənlərin bir neçəsinin dəmiryolçu olması barədə xəbər vermişdik.
Sonxeber.az report-a istinadən xəbər verir ki, dünyasını dəyişən dəmiryolçulardan biri də 1992-ci il təvəllüdlü Quliyev Emin Ramiz oğludur. O, digər həmkarları ilə birgə Bakıdan Rusiya sərhədinə yeni çəkilən dəmiryolu xəttinin tikintisində çalışırmış.
Emin Quliyevin fotosunu təqdim edirik:
Qeyd edək ki, Bakı-Quba yolunun 98-ci kilometrliyində "Mercedes Vito" markalı mikroavtobusla TIRın toqquşması nəticəsində mikroavtobusda olan 6 nəfər: Məmmədov Kamran Məmmədşah oğlu (1976), Balakişiyev Akif Yusif oğlu (1979), Musayev Vüqar Tərxan oğlu (1980), Əhmədov Elməddin Osman oğlu (1982), Quliyev Emin Ramiz oğlu (1992) və Qubadbəyli Nəsimi Əlimuxtar oğlu (sürücü -1977) həlak olub.
Qəzada TIR-ın sürücüsü, 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlu xəsarət alıb və daha sonra o, saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3425 Tarix: 17 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub
Xankəndi şəhərində yerləşəcək Zəfər Muzeyinin məkanı bəlli olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışıb. Dövlətimizin başçısı deyib: "Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm. Bu
8 noyabrƏməkhaqlarında kəskin artım gözlənilir?
Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d
8 noyabrKombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
8 noyabrŞəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabr