Azərbaycanın göndərdiyi humanitar yardımın bir hissəsi Ukraynaya çatıb - FOTO
Azərbaycanın göndərdiyi növbəti humanitar yardımın bir hissəsi artıq Ukraynaya çatıb.
"Report" xəbər verir ki, Ukraynanın Çernovis vilayətində yardım yüklərinin təhvil verilməsi mərasimi keçirilib.
Mərasimdə çıxış edən Azərbaycanın Ukraynadakı səfirliyinin müvəqqəti işlər vəkili Sabir Rzayev bildirib ki, son humanitar yardım Ukraynanın müraciəti əsasında göndərilib:
"Azərenerji" ASC-nin təmin etdiyi 45 güc transformatoru və 50 generatorun bir hissəsi artıq Ukraynaya çatıb. Digərlərinin isə yaxın günlərdə ölkəyə çatdırılması gözlənilir".
O qeyd edib ki, Azərbaycanın bu günə qədər Ukraynaya göndərdiyi humanitar yardımın məbləği 30 milyon ABŞ dolları həcmindədir.
Mərasimdə iştirak edən Ukraynanın Energetika Nazirliyinin rəsmisi Lutsi Petroviç isə humanitar yardıma görə Azərbaycan dövlətinə və xalqına təşəkkür edib.
L.Petroviç söyləyib ki, ağır günlərdə Azərbaycan hər zaman Ukraynaya dəstək olub:
"Azərbaycanın göndərdiyi humanitar yardımlar döyüşlərdən, xüsusən də Rusiyanın endirdiyi raket zərbələrindən daha çox zərər çəkən Xerson, Xarkov, Nikolayev və Çernoqov vilayətlərinə göndəriləcək".
Qeyd edək ki, Ukrayna tərəfindən daxil olmuş müraciətlərə cavab olaraq, dekabrın 10-da mövcud vəziyyətlə əlaqədar zərərçəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası məqsədilə Azərbaycan tərəfindən Ukrayna xalqına əsas elektrik avadanlıqlarından ibarət humanitar yardım göndərilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər