Məleykə Abbaszadənin 80 minlik yemək servisi - DİM-in işçiləri evə getmir?
Dövlət İmtahan Mərkəzi (DİM) "Yuni Servis" MMC ilə satınalma müqaviləsi imzalayıb.
Maliyyə dəyəri 81 809.4 AZN təşkil edən müqavilədə yeməklərin hazırlanması və çatdırılması xidmətinin satın alınması nəzərdə tutulur.
Tenderin şərtlərindən məlum olur ki, "Yuni Servis" MMC DİM üçün səhər, nahar və şam yeməyi hazırlayacaq. Bunun hansısa tədbir üçün nəzərdə tutulub-tutulmadığı bəlli deyil. Hətta tədbir üçün nəzərdə tutulmuş olsa belə, şam yeməyinin siyahıya əlavə olunması başa düşülmür. Ortaya sual çıxır: Hansı əhəmiyyətli tədbirdir ki, şam yeməyinə qədər davam edəcək.
Bir qədər də "Yuni Servis" MMC haqqında. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, şirkət 24 iyul 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN, qanuni təmsilçisi isə Manafov Rauf Əhməd oğludur. O, həm də şirkətin direktorudur.
"Yuni Servis"MMC 15 ildir fəaliyyət göstərməsinə baxmyaraq, açıq mənbələrdə barəsində heç bir məlumat yoxdur. Şirkətin nə əlaqə telefonları, nə veb-səhifəsi var.
Rauf Manafova gəlincə, Azərbaycan Türkiyə İş Adamları Birliyinin üzvüdür. Bundan başqa, onun haqqında hər hansı məlumat yoxdur.
DİM-in sədri Məleykə Abbaszadədir. O, 1994-2000-ci il illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədr müavini, 2000-2016-cı illərdə TQDK-nın sədri vəzifəsində çalışıb. 2016-cı ildə TQDK-nın bazasında DİM yaradılıb və Məleykə Abbaszadə qurumun Direktorlar Şurasının sədri təyin edilib. Beləliklə, xanım Abbaszadə faktiki olaraq 22 ildir ki, sədr vəzifəsini daşıyır./Qaynarinfo
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər