"Qəbul edilən yeni qanun cəmiyyətimizdəki demokratik prunsiplərin təzahürüdür"- Aydın HÜSEYNOV

"Qəbul edilən yeni qanun cəmiyyətimizdəki demokratik prunsiplərin təzahürüdür"- Aydın HÜSEYNOV"Bu ilin oktyabr ayında Milli Məclisdə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin ictimai müzakirəsinin keçirilməsi, müzakirələrdə parlamentdə təmsil olunan və parlamentdən kənar siyasi partiyaların nümayəndələrinin iştirak etməsi, siyasi partiyaların maliyyələşdirilməsi ilə bağlı maddənin dəyişməsi, siyasi partiya anlayışı, partiyaların təsis edilməsi və digər məsələlərin qanunvericilikdə konkret şəkildə göstərilməsi demokratik cəmiyyət üçün xarakterik, xas olan plüralizmin ölkəmizdə olduğunu və inkişafını təsdiq edir. Təbii ki, müzakirələrdə səslənən fikirlər, hətta iradlar belə ölkəmizin siyasi partiyalarla bağlı yeni qanun layihəsinin hazırlanmasına öz töhfəsini verəcək və deməli, Azərbaycanda plüralizmin, söz, fikir, məlumat azadlıqlarının bundan sonra da inkişafı barədə nikbin proqnozlar verməkdə hər kəs haqlıdır. Ona görə ki, Azərbaycanda fikir, söz və məlumat azadlığı, plüralizmin inkişafı təmin olunur".

Bunu Sonxeber.az-a açıqlamasında deputat Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkədə həyata keçirilən ardıcıl və sistemli islahatlar nəticəsində dövlət və cəmiyyət həyatında baş verən bu böyük dəyişikliklər prosesinə Milli Məclis qanunvericilik müstəvisində öz töhfəsini verməyə bilməzdi:

"Bildiyiniz kimi, Parlamentdə təmsil olunan siyasi partiya nümayəndələrinin "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclisin sədri Sahibə Qafarovaya müraciətindən sonra spiker siyasi partiyaların təklifini dəstəkləyərək yeni qanun layihəsinin hazırlanması haqqında tapşırıq verdi. İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələri tərəfindən qanun layihəsinin hazırlanması prosesi başlandı.

Deputat vurğulayıb ki, layihə hazırlanarkən dünyanın qabaqcıl ölkələrinin təcrübəsi öyrənildi, ölkənin siyasi sisteminin və milli xüsusiyyətlərinin, bununla yanaşı, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələri nəzərə alındı:

"Milli Məclis ölkədə fəaliyyət göstərən siyasi partiyalara müraciət etdi və 47 siyasi partiyadan 250-dən çox təklif daxil oldu. Bütün bunlar ümumiləşdiriləndən sonra qanun layihəsi geniş ictimaiyyətin müzakirəsinə təqdim olundu. Sonra qanun layihəsi ilə bağlı siyasi partiya təmsilçilərinin və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələrinin iştirakı ilə geniş dinləmələr və müzakirələr keçirildi. Aparılan müzakirələrdə səslənən fikirlər, irəli sürülən təkliflər nəzərə alınmaqla, qanun layihəsi üzərində iş davam etdirildi və sənəd yenilənmiş variantda müzakirəyə çıxarıldı. Milli Məclisin plenar iclasına tövsiyyə olunan qanun layihəsi 66 dəyişiklikdən və 3-cü oxunuşdan sonra qəbul edildi. Düşünürəm ki, "Siyasi partiyalar haqqında" yeni qanun bütün siyasi cameəni qane edən, müasir standartlara cavab verən bir sənəddir".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1067   Tarix: 17 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycan və Türkiyə jurnalistləri üçün Şuşaya mediatur təşkil olunub - Foto/Video

Zəfər Günündə Azərbaycan və Türkiyə mediasının nümayəndələri üçün Şuşa şəhərinə press-tur təşkil olunub. "Report"a istinadən xəbər verir ki, tədbir Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsinin altıncı ildönümünə həsr edilib. Tur Yuxarı Gövhər ağa məscidinin ziyarət edilməsi il

8 noyabr
.

Şəhid Elşən Əhmədlinin anası: "Qəhrəman böyütməyimdən xəbərim olmayıb" - Video

23 yaşında adını Zəfər tariximizə həkk etdi. Vətən müharibəsində döyüşlərə qatıldı, göstərdiyi şücaətlə fərqləndi. Son döyüşü isə noyabrın 8-də oldu. Şuşanın sıldırım qayalıqlarında gedən qızğın döyüşlər zamanı şəhidlik zirvəsinə ucaldı. Zəfər Gününü görə bilməsə də, tarixi qələbəmizin qazanılmasınd

8 noyabr
.

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli Zəfər Günü münasibətilə paylaşım edib

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli 8 Noyabr Zəfər Günü münasibətilə təbrik paylaşımı edib. xəbər verir ki, o, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birliyi, qəhrəman gənclərimizin Şuşa qayalarını fəth edərək tarixi dəyişməsini xüsusi vurğulayıb:. "Zəfər günü bizi

8 noyabr
.

Mətbuat Şurası: " Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar"

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, birliyinin və sarsılmaz mübarizə əzminin təntənəsidir. xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının 8 Noyabr - Zəfər Günü münasibətilə yaydığı məlumatda qeyd olunub. "Prezident, Müzəffər Ali Baş Komanda

8 noyabr
.

Xankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub

Xankəndi şəhərində yerləşəcək Zəfər Muzeyinin məkanı bəlli olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışıb. Dövlətimizin başçısı deyib: "Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm. Bu

8 noyabr
.

Üçrəngli bayrağımız - milli dövlətçiliyimizin, tarixi yaddaşımızın və suverenliyimizin təntənəsi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli özünüdərk tarixində, dövlətçilik ənənələrinin formalaşmasında və müstəqillik ideallarının yaşadılmasında xüsusi yeri olan əlamətdar gündür. Bu tarixə yalnız dövlət rəmzlərindən birinin təsis edildiyi gün kimi yanaşmaq düzgün olmazdı. Azərbayca

9 noyabr
.

Əməkhaqlarında kəskin artım gözlənilir?

Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d

8 noyabr
.

Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı

Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq

8 noyabr
.

Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"

"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf

8 noyabr