Mövlam Şıxəliyevin əmlak davası nə ilə nəticələnəcək?

Mövlam Şıxəliyevin əmlak davası nə ilə nəticələnəcək?Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyev müsadirə olunmuş əmlaklarını geri qaytarmağa çalışır.

Bakı Hərbi Məhkəməsinin barəsində çıxardığı hökmdən apellyasiya şikayəti verərək bəraət tələb edən M.Şıxəliyev paralel olaraq əmlaklarını geri qaytarmaq üçün hüquqi addımlar atmağa başlayıb.

Məlumata görə, Mövlam Şıxəliyevin xanımı Aybəniz Şıxəliyeva və oğlu Elgün Şıxəliyev məhkəməyə müraciət edərək, adlarına olan əmlaklarının geri qaytarılmasını tələb edirlər. Təkcə Elgün Şıxəliyevin tələb etdiyi əmlak 704 985 manat olaraq dəyərləndirilib. Aybəniz Şıxəliyevanın tələb etdiyi əmlakların ümumi maliyyə dəyəri isə milyon manatlarla ölçülür. Onların hər ikisinin iddiasına görə, bu əmlaklar qohumları tərəfindən bağışlanıb.

Lakin Şıxəliyevlərin iddiasının təmin olunacağı inandırıcı görünmür. Çünki Mövlam Şıxəliyev və tabeliyində olan şəxslərin cinayət işi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin ilk iclasında məlum olub ki, M.Şıxəliyevin işçiləri ona qarşı çıxıblar. Digər tərəfdən, prosesə keçmiş MTN rəhbəri Eldar Mahmudovun yaxın adamı kimi tanınan və hazırda axtarışda olan, "Akula Akif" kimi tanınan Akif Mustafayev də qoşulub. Onun vəkili ötən iclasda iştirak edib. Ehtimal olunur ki, növbəti iclaslarda "Akula Akif"in vəkili ilginc açıqlamalarla çıxış edə bilər. Bu isə Mövlam Şıxəliyevin vəziyyətini daha da ağırlaşdıra bilər.

Başqa bir tərəfdən, 36 zərərçəkən Mövlam Şıxəliyevdən onlara dəymiş zərərin ödənilməsini israrla tələb edir. Dəymiş zərərin ümumi maliyyə dəyəri isə 20 milyon manatdan artıqdır.

Rüşvət almaqda, hədə-qorxu yolu ilə başqalarının əmlakını ələ keçirməkdə ittiham olunan Mövlam Şıxəliyev Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilib. Onun general-mayor rütbəsi də alınıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1158   Tarix: 17 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycan və Türkiyə jurnalistləri üçün Şuşaya mediatur təşkil olunub - Foto/Video

Zəfər Günündə Azərbaycan və Türkiyə mediasının nümayəndələri üçün Şuşa şəhərinə press-tur təşkil olunub. "Report"a istinadən xəbər verir ki, tədbir Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsinin altıncı ildönümünə həsr edilib. Tur Yuxarı Gövhər ağa məscidinin ziyarət edilməsi il

8 noyabr
.

Şəhid Elşən Əhmədlinin anası: "Qəhrəman böyütməyimdən xəbərim olmayıb" - Video

23 yaşında adını Zəfər tariximizə həkk etdi. Vətən müharibəsində döyüşlərə qatıldı, göstərdiyi şücaətlə fərqləndi. Son döyüşü isə noyabrın 8-də oldu. Şuşanın sıldırım qayalıqlarında gedən qızğın döyüşlər zamanı şəhidlik zirvəsinə ucaldı. Zəfər Gününü görə bilməsə də, tarixi qələbəmizin qazanılmasınd

8 noyabr
.

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli Zəfər Günü münasibətilə paylaşım edib

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli 8 Noyabr Zəfər Günü münasibətilə təbrik paylaşımı edib. xəbər verir ki, o, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birliyi, qəhrəman gənclərimizin Şuşa qayalarını fəth edərək tarixi dəyişməsini xüsusi vurğulayıb:. "Zəfər günü bizi

8 noyabr
.

Mətbuat Şurası: " Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar"

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, birliyinin və sarsılmaz mübarizə əzminin təntənəsidir. xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının 8 Noyabr - Zəfər Günü münasibətilə yaydığı məlumatda qeyd olunub. "Prezident, Müzəffər Ali Baş Komanda

8 noyabr
.

Xankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub

Xankəndi şəhərində yerləşəcək Zəfər Muzeyinin məkanı bəlli olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışıb. Dövlətimizin başçısı deyib: "Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm. Bu

8 noyabr
.

Üçrəngli bayrağımız - milli dövlətçiliyimizin, tarixi yaddaşımızın və suverenliyimizin təntənəsi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli özünüdərk tarixində, dövlətçilik ənənələrinin formalaşmasında və müstəqillik ideallarının yaşadılmasında xüsusi yeri olan əlamətdar gündür. Bu tarixə yalnız dövlət rəmzlərindən birinin təsis edildiyi gün kimi yanaşmaq düzgün olmazdı. Azərbayca

9 noyabr
.

Əməkhaqlarında kəskin artım gözlənilir?

Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d

8 noyabr
.

Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı

Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq

8 noyabr
.

Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"

"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf

8 noyabr