"Şöbə rəisi deyir ki, bizim istədiyimiz qiyməti göstərməlisən"
Bakı şəhər sakini, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rəfat Mirzəyev Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən get-gələ salındığını deyir.
Sahibkar "Qafqazinfo"ya müraciətində bildirib ki, o, atası Fazil Mirzəyevin adına olmaqla Türkmənistandan Azərbaycana polipropilen un kisələrinin idxalını həyata keçirir.
R.Mirzəyevin sözlərinə görə, DGK-nın Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən onun mallarının gömrükdən qanunauyğun formada buraxılması təmin edilmir: "İdarənin vəzifəli şəxsi Roman Məmmədov mənə qarşı süründürməçilik edir. Səhv etmirəmsə, idarədə maliyyə şöbəsinin rəis müavinidir. Hazırda maliyyə şöbəsinin rəisi yoxdur deyə, o, şöbə rəisi vəzifəsini icra edir. Ona görə də bütün qərarları öz istədiyi kimi verir. Hər dəfə mənim mallarımı dəyərindən artıq göstərməyimi tələb edir. Əks təqdirdə malların gömrükdən çıxarılmasına imkan vermir. Nəticədə malın gömrüyün həyətində qaldığı hər gün üçün 100 dollar cərimə ödəyirəm. Bu da mənim ziyana düşməyimlə nəticələnir. Bütün sənədlərim, bəyannamələr və şirkətdən malı hansı qiymətə aldığıma dair çeklər var. Hətta sonda bezib, malı aldığım şirkətdən rəsmi sənəd də gətirdim ki, malı həqiqətən neçəyə almışam. Bəs eləmədi, Türkmənistandan malları aldığım zavodun rəhbəri gəlib idarə rəisinin müavini ilə görüşdü, vəziyyəti izah elədi. Buna baxmayaraq, mənə qarşı süni manelər yaradılır".
Sahibkar iddia edir ki, ona qarşı yaradılan manelərin səbəbi eyni məhsulları gətirən başqa bir şəxsin Roman Məmmədov tərəfindən himayə olunmasıdır: "Çünki mənim bütün sənədlərimin qaydasında olduğunu görəndə Roman Məmmədov başlayır işə aid olmayan suallar verməyə, vergiyə aid suallar verir. Halbuki bu iş onun səlahiyyətində deyil. Artıq bəlkə də 10-cu dəfədir ki, eyni problemlə qarşılaşıram. Səhər gəlib problemi deyirəm, deyir rəhbərliklə danışıb cavab verəcəyəm. Cavab verənə kimi axşam olur və beləcə 1 gün keçir. Nəzərə alın ki, mən hər gün üçün malların gömrükdə qalmasına görə 100 dollar saxlama pulu ödəyirəm. Hər dəfə bu cür süründürməçiliyə görə əlavə 1000-1500 manat pulum çıxır. Roman Məmmədova deyirəm ki, idarə rəhbərliyi ilə görüşmək istəyirəm. Deyir, get internetdən tap, qəbula yazıl. Sənədlər maliyyə idarəsindən keçəndən sonra heç bir problem yaşamıram".
İddialarla bağlı Dövlət Gömrük Komitəsinə sorğu ünvanladıq. 10 gün keçməsinə baxmayaraq, qurumdan cavab ala bilmədik.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər