"Dəmirli" yatağında törədilən barbarlığın sübutları - VİDEO
"Dəmirli" dağ-mədən kompleksinin tikintisi zamanı onun yerləşdiyi 850 hektardan artıq ərazidəki Qarabağ meşələrinin ən gözəl nümunələrinin yer aldığı 82 hektara yaxın meşə örtüyü məhv edilib.
Baş verən bu ekoloji faciə və mədəniyyət abidələrinin vəhşicəsinə dağıdılması dünya ictimaiyyətindən ustalıqla gizlədilib.
Bunu Strateji Kommunikasiya Mərkəzinin tədqiqatçısı Səbuhi Hüseynov deyib.
Onun sözlərinə görə, aparılan araşdırmaya əsasən, "Dəmirli" mədən yatağının işlənməsinə "Base Metals" şirkəti tərəfindən 2012-ci ildə başlanıb. İlkin dövrdə əldə olunan mis-molibden filizi "Qızılbulaq" mədənində yerləşən zənginləşdirmə zavoduna aparılaraq orada emal edilib. 2014-cü ilin aprelindən "Dəmirli" dağ-mədən kompleksinin tikinti işləri start götürüb.
Tədqiqatçı bildirib ki, hətta "Global Forest Watch" təşkilatına məxsus monitorinq sistemi bu ekoloji faciənin baş verməsini nədənsə, sadəcə, üç hektar meşə örtüyünün itirilməsi kimi göstərməkdədir.
Qanunsuz fəaliyyət zamanı öz işlərinə hüquqi don geyindirməyə cəhd edən şirkət rəhbərləri və Ermənistanın siyasi dairələri isə işğal dövründə dövrdə ərazinin istismarı zamanı heç bir ekoloji fəsadların meydana gəlməyəcəyini bildirirdilər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1458 Tarix: 17 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub
Xankəndi şəhərində yerləşəcək Zəfər Muzeyinin məkanı bəlli olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışıb. Dövlətimizin başçısı deyib: "Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm. Bu
8 noyabrƏməkhaqlarında kəskin artım gözlənilir?
Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d
8 noyabrKombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
8 noyabrŞəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabr