İran-Azərbaycan münasibətləri pik gərginlikdə: Kimdir günahkar?

İran-Azərbaycan münasibətləri pik gərginlikdə: Kimdir günahkar?İranın Azərbaycana qarşı münasibəti getdikçə təhlükəli bir hal alır. Dövlətlər arasında münasibətdə ən vacib məsələlərdən biri dövlətlərin münasibətlərini milli mənafeləri əsasında qurmalarıdır. Bu reallıqdan yola çıxaraq, dövlət öz gücünü və təhlükəsizliyini qorumaq üçün münasibətlərin hansı formada aparılmasını müəyyənləşdirir. Burada həm də milli, eyni zamanda dövlət maraqları əsas məsələyə çevrilir və ölkələrarası münasibətlər tənzimlənir.

Azərbaycan dövləti müstəqillikdən sonrakı dövrdə hər zaman İranı özünə qonşu bir dövlət olaraq görüb, onun daxili işinə qarışmayıb, iqtisadi, siyasi və hətta mədəni zəmində yaxşı münasibətlər qurmağa çalışıb. Eyni zamanda, bugünə qədər bir çox beynalxalq münasibətlərdə İranın maraqlarını zədələməyib.

Hər zaman çalışıb ki, qonşuluq münasibətini qoruyub saxlasın.

Bu sadəcə sözdə deyil, əməldə də reallaşıb.

Azərbaycan bundan sonrakı dönəmdə İranla münasibətlərini necə qurmalıdır?

"İkinci Qarabağ savaşında torpaqlarımızın işğaldan azad olunmasından sonrakı prosseslər və İranın Azərbaycana münasibəti öz iç üzünü biruzə verdi".
Bu barədə bizimyol.info xəbər portalına Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli danışıb.

Onun sözlərinə görə, İran hər zaman çalışıb ki, xarici siyasətində Ermənistana üstünlük versin. Həm siyasi, həm hərbi, həm də iqdisadi yardım göstərsin.

Bu yardımlar həm də ona hesablanmışdı ki, Azərbaycan dövlət olaraq zəifləsin, yəni Azərbaycanın gücü və milli təhlükəsizliyinin zəifləməsi istiqamətində İran ciddi siyasət aparırdı. Bu gün isə bu siyasəti daha çirkin və açıq şəkildə davam etdirir.

"İranın Ermənistan üzərindən Azərbaycan dövlətinə təzyiq göstərməsi artıq gözlə görülən məsələdir.

Azərbaycan ərazisində terrorçuların yetişdirilməsi, Azərbaycan dövlətini, dövlət maraqlarını zədələyə biləcək cəsusluq şəbəkəsinin formalaşdırılması üçün cəhd göstərilməsi, bir sıra terror təşkilat qruplarına yardımların edilməsi, onların təlimatlandırılması, Ermənistan ordusuna hərbi yardımların edilməsi, Azərbaycanın dövlətçilik maraqlarına zidd istiqamətdə atılan addımdır"-deyən siyasi şərhçi bildirib ki, bu səbəbdən də Azərbaycan və İran arasında qısa müddətli və ya uzun müddətli münasibətin qurulması o zaman mümkün olar ki, bu münasibətin qurulmasının Azərbaycanın dövlətçilik maraqlarına hansı faydalar verilə biləcəyi hesablana bilsin.

Fayda gətirəcəkmi?

Nəzər alsaq ki, molla rejimi həm də Azərbaycanın sərhədlərinə yaxın hərbi manevrlər keçirir və Zəngəzur dəhlizini özünə "qırmızı xətt" müəyyən edib, belə olan təqdirdə Azərbaycan gərək dövlət maraqlarını və öz milli təhlükəsizliyini qorumaq üçün real siyasət əsasında İrana qarşı münasibətini ortaya qoymalıdır.

Azərbaycan bunu artıq edir, yəni adekvat addımlar atılır və lazım xəbərdarlıqlar verilir.

"Qarabağ savaşından sonraki prosdeslərdə "3+3" formatlı bir layihənin ortaya qoyulması və burada da ictimai, siyasi, iqdisadi əlaqələrin möhkəmlənməsi, sülhün, sabitliyin qurulması üçün bir sıra əməkdaşlıqların qurulması və digər məsələlər var idi.

Bu məsələlərdə İranın da adı keçirdi. Bu istiqamətdə həm də tələb olunurdu ki, İran Ermənistanla bağlı təxribatçı fəaliyyətlərini dayandırsın. Azərbaycanın Ermənistanla bağlı irəli sürdüyü sülh təklifi qəbul olunsun. Bu əsasda bölgədə sülhün təmin olunması məsələsi həyata keçsin.

Bununla da böyük iqtisadi və digər layihələrin icrası mümkün olsun və İranın da orada payı olsun"-deyən İsabəyli bildirib ki, göründüyü kimi bu məsələlərin hamısına İranın münasibəti birmənalıdır. Düşmən münasibəti!

"Təəssüf olsun ki, İran öz ideoloji və terror fəaliyyətini Azərbaycana qarşı durdurmur"-deyən ekspertin fikrincə, bütün münasibətlərin qarşılıqlı olması önəmli şərtlərdəndir.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 3624   Tarix: 18 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

Lokal antiterror əməliyyatı Azərbaycanın və İlham Əliyevin qüdrətini bütün dünyaya göstərdi - ŞƏRH

"2023-cü il sentyabrın 19-20-də bir sutkadan da az davam edən lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı bölücülüyə və Ermənistanın təcavüzünə birdəfəlik son qoyuldu. Eyni zamanda, Ermənistanın arxasındakı qüvvələrə açıq mesaj verildi ki, Azərbaycanla bu oyunlar dayandırılmalıdır və birdəfəli

19 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr