DSMF-ni məhkəməyə verən metro işçisi Ramiz Rzayevə müraciət etdi

DSMF-ni məhkəməyə verən metro işçisi Ramiz Rzayevə müraciət etdi"Bakı Metropoliteni" QSC-nin bir qrup işçisi (maşınist və köməkçilər) Dövlət Sosial Müdafiə Fondunu məhkəməyə verib.

Həmin şikayətçilərdən biri Fərid Altıbbayev Ali Məhkəməsinin sədri Ramiz Rzayevə müraciət edib. O, müraciətin sürətini də redaksiyamıza göndərib.

Şikayətçi qeyd edib ki, 11 aprel 1962-cı ildə anadan olub: "01.09.1977-28.07.1980-ci il müddət ərzində 2 saylı peşə məktəbində təhsil almışam. 22.05.1980-ci ildə Bakı metropolitenində hərəkət sostavlarının təmiri üzrə elektrik-çilingər işinə qəbul olunmuşam. Sovet Ordu sıraların xidmətdən sonra yenə də Bakı Metropolitenində əmək fəaliyyətimi davam etdirmişəm. 10 oktyabr 1982-ci ildə mən ağır iş şəraitində elektrik qatarı maşinisti köməkçisi sonradan isə maşinisti kimi bu günə kimi əmək fəaliyyətimi davam etdirirəm. 11 aprel 2019-cu il tarixdə, 57 yaşım tamam olduğuna görə güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialına müraciət etdim. Lakin cavabdeh qurum metropolitendə elektrik qatarların maşınistlərinin Nazirlər Kabineti tərəfindən təsdqilənmiş siyahıda olmadığını bildirərək mənə pensiyaya çıxmağa imtina verməyib".

Şikayətçi qeyd edib ki, sosial hüququnun bərpası üçün Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib və məhkəmə onun 57 yaşdan pensiyaya çıxmaq hüququnu tanıyıb: "Məhkəmə mənim iddiamı təmin etdi. Qarşı tərəf apellyasiya şikayəti verdi. Bakı Apellyasiya Məhkəməsində işimə baxan hakim Cahangir Yusifov bildirdi ki, mən haqlıyam, qanunvericiliyin tələbinə görə mənə 57 yaşdan pensiya təyin olunmalıdır, lakin bu işlərə görə Ali Məhkəmə onun qərarlarını ləğv etdiyi üçün birinci instansiya məhkəməsinin mənim xeyrimə çıxarılan qərarı ləğv edəcək. Cahangir Yusifov qərarı qanunsuz olaraq ləğv etdi və mənə hüquqularımı Ali Məhkəmədə bərpa etməyi məsləhət gördü.

Mən apellyasiya məhkəməsinin qərarından kassasiya şikayəti verdim, hazırda mənim işim icraata qəbul olunaraq hakim Nigar Rəsulbəyovaya verilib. İşimə 19 dekabr 2022-ci ildə baxılacaq. Mənim narahatlığım ondadır ki, Nigar Rəsulbəyova biz Bakı metropoliteni maşinistlərə xüsusi qərəz nümayiş etdirərək, Bakı metropoliteni maşınistlərin xeyrinə apellyasiya məhkəməsi tərəfindən qəbul olunmuş qərarlar ləğv edib. Bildirirəm ki, 2020-ci il tarixədək Ali Məhkəmə həmişə Bakı metropoliiteni maşıistlkərin mövqeyini müdafiə edərək qanuni qərarlar çıxarıb, onlar 57 yaşdan pensiyaya çıxıblar. Həmin qərarlar bu günə kimi də qüvvədədir. Belə axırıncı qərarlardan birini qeyd edə bilərəm. Həmin qərarda qeyd olunur ki, adı çəkilən siyahıda metropoliten qatarlarının maşinistləri vəzifəsi zərərli iş kimi göstərilməməsi iddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunmamasına əsas verə bilməz. Bununla əlaqədar qeyd edilməlidir ki, yaşa görə pensiya təminatında əməyin xüsusi şəraiti ilə əlaqədar müəyyən olunan güzəştlərdən istifadə edənlərin dairəsi "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda açıqlanmışdır. Belə güzəştlərdən daha geniş formada yeraltı işlərdə əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilər istifadə edirlər. Metropoliten qatarları, eləcə də yerüstü qatarlar relsli dəmiryol nəqliyyatına aiddir və hər ikisinin iş mexanizmi oxşardır.

Hətta, yeraltı dəmiryol nəqliyyatının əmək şəraitinin yerüstüdəmiryol nəqliyyatından daha ağır olduğu, eləcə də hazırki iş üzrə iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş işin xarakterini izah edən arayış da nəzərə alındıqda iddiaçının Bakı Metroplitenində elektrik qatar maşinisti vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə olduğu, bununla da iddiaçının tələb olunan 12 il 6 ay xüsusi iş stajını topladığı təsdiq olunur.

Hakim Rəsulbəyovayaməhkəmə təcrübəsini dəyişərək qeyd olunan qərarlara tamam zidd qərarqəbul edərək ən başlıca Konstitusiyamızın 25-ci maddəsini (bərabərlik hüququ) pozub.

Sağlam düşüncəli, ağlı başında olan, mühakimə etmək bacarığı olan hər birt şəxs anlayır ki, yerin altında metropolitendə yolunda elektrik qatarları dəmir yolu ilə hərəkət edir.Bakı Metropolitenində yerin altında elektrik qatarın maşınisti eşşək, at arabasını və yaxud digər nəqliyyat vasitəsini sürmür.

Həmin elelktrik qatarın maşınisti "Azərbaycan dəmir yolları" QSC-nin eletrik qatarının maşınistləri kimi eyni nəqliyyat növünü, dəmir relslər üzərində hərəkət edən seksiyalı, sərnişin daşıyan vaqonlardan ibarət olan elektrik qatarını sürür, üstəlik onlar daha da ağır və zərərli iş şəraitində (yerin altında) 8 saat iş rejimi ilə işləyir.

Bunu apellyasiya məhkəməsinin hakimləri dərk etmək iqtidarında olmadığından belə bir qərarın qəbul etməsi inandırıcı deyil.

Bununla belə istər Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2№-li istərsə də Nazirlər Kabimnetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın nəqliyyat (21) metropolitençilər bəndində drezinaçı kimi qeyd olunan işdən də elektrik qatarın maşınistin işi ağırdır. Drezinaçı (dizel mühərrikli) dartıcı (tyaqaç) gündə metropolitendə 2 saat işləyir, elektrik qatarın maşınisti isə yerin altında smendə 8 saat. Yenə də qeyd edirəm ki, dərk etmək qabiliyyəti olan hər bir şəxs elektrik qatarın maşınistinin işinin daha ağır olmasını görürür. Bakı metropolitenində elektrik qatarların maşınistlərinin fuksiyasının nədən ibarət olması, həmin işin "Dəmir yolları" QSC-də eyni nəqliyyat növünün maşımistlərindən yalnız iş şəraiutinə görə (yerin altında və yüksək elektrik sahəsində) fərqləndirilməsi üçün xüsusi bilik və mütəxəsisə ehtiyac qalmır. Bu işin ədalətli yanaşması hakimin qərəzsizliyindən və müatəqil qərar qəbul etməyindən asılıdır".

Qeyd edək ki, "Bakı Metropoliteni" QSC-nin bir qrup işçisi (maşınist və köməkçilər) Dövlət Sosial Müdafiə Fondunu məhkəməyə verib.

İddiaçıların fikrincə, orqanizm üçün zərərli sayılan işdə çalışdıqlarına görə, onların daha tez - 57 yaşında pensiya almaq hüququ var. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi isə bu hüquqlarını tanımaq istəmir.

Qeyd edək ki, dəmir yollarında işləyən şəxslər güzəştli şərtlərlə pensiyaya çıxa bilirlər.

Metropolitendə çalışanların isə bu hüququ 2020-ci ildə onların əllərindən alınıb.

"Vətəndaşların pensiya təminatı haqqında" Qanuna və Nazirlər Kabinetinin qərarına görə:

- kişilər 57 yaşına çatdıqda və 25 il iş stajı olduqda, bu müddətin də azı 12 il 6 ayını zərərli və ağır iş şəraitində çalışdıqda;

- qadınlar 50 yaşına çatdıqda və 20 il iş stajı olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışdıqda güzəştli şərtlərlə pensiya almaq hüquqları yaranır.

Bakı İnzibati Məhkəməsi metropoliten işçilərinin iddiasını təmin edib. Onların güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnu təsdiqləyib.

Lakin Dövlət Sosial Müdafiə Fondu bu qərarlarla razılaşmayıb və apellyasiya şikayəti verib. Apellyasiya instansiyası isə Fondu haqlı sayıb və birinci instansiya məhkəməsinin qərarlarını ləğv edib. İndi tərəflər arasında çəkişmə Ali Məhkəmə müstəvisindədir.

Metropoliten işçilərinin iddiasını qəbul etməyən Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri məhkəmə iclaslarında elektrik qatarlarında çalışan maşınistlərin iş şəraitinin xüsusi zərərli və ağır olduğunu qəbul edib. Lakin onların mövqeyinə görə, Nazirlər Kabineti "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nı təsdiqləyib. Bu siyahıda metropoliten işçilərinin adı yoxdur. Yəni metroda çalışanlar siyahıda ayrıca göstərilmədiyinə görə onlara güzəştli şərtlərlə pensiya düşmür.

Amma şikayətçilər bu arqumenti əsassız sayırlar.

"Dövlət Sosial Müdafiə Fondu dövlətin pulunu vətəndaşa verməmək üçün bu cür qəbuledilməz üsullardan istifadə edir. Bu, məntiqdən uzaq mülahizədir", – şikayətçilərdən Fərid Altınbayev belə deyir.

O, 38 ildən artıq "Bakı Metropoliteni"ndə çalışıb. Deyir ki, iş yerindən məhkəməyə təqdim olunan arayışda da vurğulanıb ki, ağır və zərərli əmək şəraitində çalışıb. Məhz bu səbəbdən əsas əmək məzuniyyətinə əlavə 6 gün verilib. Bundan başqa, xüsusi zərərli iş şəraitində işlədiyinə görə əməkhaqqına tarif maaşının 16 faizi qədər, axşam və gecə saatlarına görə isə əlavə ödənişlər edilib.

Bakı İnzibati Məhkəməsində şikayətçilərin xeyrinə qərar çıxaran hakimlər gəldikləri nəticəni əsaslandırarkən vurğulayıblar ki, "metropoliten qatarları, eləcə də yerüstü qatarlar relsli dəmiryol nəqliyyatına aiddir və hər ikisinin iş mexanizmi oxşardır". Yəni metropoliten maşinistinin vəziyyəti ilə yerüstü qatarların maşinistinin və köməkçilərinin vəziyyəti oxşardır: "Oxşar vəziyyətdə olan şəxslərə münasibətdə fərqli rəftar - güzəştli şərtlərlə pensiya təyinatından imtina əsaslı deyil".

Çünki Dövlət Sosial Müdafiə Fondunun təmsilçiləri deyirlər ki, Nazirlər Kabinetinin siyahısında "Nəqliyyat" bölməsindəki elektrik qatarlarının maşınistləri və köməkçiləri yerüstü dəmiryol nəqliyyatına aiddir. Bunun metropoliten işçilərinə də aid olması üçün ayrıca "metropolitençilər" yarımbölməsi olmalıydı./Teleqraf


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2166   Tarix: 18 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021