DYP-dən kəskin hava şəraiti ilə bağlı sürücü və piyadalara MÜRACİƏT
Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Qurumdan Sonxeber.az-a verilən məlumata görə, müraciətdə deyilir:
"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, dekabr ayının 19-u axşamdan başlayaraq 21-i səhərədək Bakıda və Abşeron yarımadasında havanın küləkli olacağı, respublikanın dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir.
Baş Dövlət Yol Polisi İdarəsi verilən proqnozla əlaqədar sürücülərə müraciət edərək onlardan ehtiyatlı olmağı, küləkli havaya görə avtomobillərini ağacların, iri reklam lövhələrinin, aşma yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya atında saxlamamağı, xüsusilə qoşqulu, tentli və uzun ölçülü yük avtomobillərinin iştirakı ilə baş verə biləcək qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi, dağlıq və dağətəyi zonalarda qarın yağması nəticəsində yolların sürüşkən olacağını nəzərə alaraq həmin ərazilərdə şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər istifadə etməməyi, nəqliyyat vasitələrinin texniki sazlığından əmin olmağı, sürət həddini meteoroloji şəraitə uyğun seçməyi xahiş edir.
Əlverişsiz hava şəraitinin piyadaların hərəkətində də çətinliklər yaradacağını nəzərə alaraq, onlara təhlükəsizlik baxımından məsuliyyətli olmağı, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməyi tövsiyə edir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər