İş yoldaşının çənəsini qıran xəstəxana direktorundan növbəti qalmaqal: Bu dəfə qadını yumruqladı - FOTO/VİDEO
Goranboy Rayon Mərkəzi Xəstəxanasının direktoru Rauf Yahyayev hakim qarşısına çıxarılacaq.
Sonxeber.az Bakupost.az-a istinadla xəbər verir ki, buna səbəb direktorun avqust ayında rayonun Bolsulu kənd sakini Laləzər Əliyevanı yumruqla vuraraq sağlamlığına xəsarət yetirməsi olub. Faktla bağlı Goranboy Rayon Prokurorluğunda İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə iş başlanılıb və onun barəsində tədbir görülməsi üçün rayon məhkəməsinə göndərilib.
Hadisəyə səbəb isə Laləzər Əliyevanın həyat yoldaşı Seymur Məhərrəmova xəstəliyi ilə bağlı Respublika Kliniki Xəstəxanasına göndəriş verilməsi üçün dəfələrlə etdiyi müraciətlərə Rauf Yahyayevin imtina etməsi olub.
Laləzər Əliyevanın həyat yoldaşı Seymur Məhərrəmov 6-20 avqust – 14 gün müddətində Goranboy Mərkəzi Xəstəxanasında xəstəliyi ilə bağlı müalicə alıb və 3 dəfə də xəstə kimi yatıb. Bütün bunlara baxmayaraq, baş direktor R.Yahyayev Seymur Məhərrəmova Bakı şəhərində müalicə almaq üçün göndəriş verilməsinə əngəl yaradıb.
Laləzər Əliyeva Rauf Yahyayev tərəfindən yumruqla vurulduğu üçün DİN-in "102" xidmətinə şikayət etdikdən sonra həyat yoldaşı xəstəxana tərəfindən göndərişlə təmin edilib. Həmçinin xəstə Seymur Məhərrəmovun Goranboy xəstəxanasında həkimlərin səhv müalicə etmələri və bununla da onun xəstəliyinin ağırlaşmasına səbəb olması da ekspertiza rəyində öz təsdiqini tapıb.
Onu da bildirək ki, bu ilin fevral ayında "Goranboy Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin direktoru təyin edilən Rauf Yahyayev bir çox qalmaqalları ilə gündəmə gəlib.
Yahyayev direktor təyin edildikdən iki ay sonra, aprel ayında xəstəxananın həyətində kütləvi şəkildə ağacları kəsdiyinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən cərimələnməsi olub.
2019-cu ildə isə Gəncə şəhər 2 saylı xəstəxanasında cərrahiyyə şöbəsinin müdiri və eyni zamanda Goranboy rayon Dəliməmmədli Şəhər Xəstəxanasında həkim işləyən Rauf Yahyayev iyun ayında Dəliməmmədli xəstəxanasının gözətçisi Teymur Həsənovu vuraraq çənəsini qırıb və ona az ağır xəsarət yetirib.
Həmin vaxt hadisə Goranboy polisi tərəfindən araşdırılıb, Rauf Yahyayevə 127.1 maddəsi ilə cinayət işi açılıb və günahı sübuta yetirilib. Ancaq gözətçi Teymur Həsənov R.Yahyayevi bağışladığı və onunla barışdığı üçün işə xitam verilib. Bundan başqa Rauf Yahyayevin dəfələrlə Gəncə şəhər 2 saylı xəstəxanada vətəndaşlarla dava etdiyi də deyilir.
Rauf Yahyayevin qadını vurmasının video görüntüsünü sizə təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər