"28 May" stansiyasında eskalatorların işləməməsinin səbəbi AÇIQLANDI + FOTO

"28 May" stansiyasında eskalatorların işləməməsinin səbəbi AÇIQLANDI + FOTOBu gün axşam saatlarında "28 May" stansiyasında eskalatorların işləməməsinin səbəbi ilə bağlı açıqlama verilib.

"Bakı Metropoliteni" QSC-dən verilən məlumata görə, iş günlərində gur saatlarda Bakı metropoliteninin bir neçə stansiyalarında xüsusi sıxlıq müşahidə olunur.

"Bu müddətdə həmin stansiyalarda gücləndirilmiş nəzarət mexanizmləri tətbiq edilir. Bu, stansiyalarda sərnişinlərin hərəkət təhlükəsizliyini təmin etmək, xüsusən platforma səviyyəsində ifrat yüklənmənin qarşısını almaq məqsədilə atılan addımdır.

Bu gün axşam gur saat vaxtı "28 May" stansiyasında enişə işləyən eskalatorun dayandırılması zərurəti yaranıb. Əsas səbəb yuxarı doğru hərəkət edən eskalatorlardan birinin dayanması olub. Platforma səviyyəsində sıxlığın ifrat həddə çatmasının qarşısını almaq üçün, metropolitendə təhlükəsizlik qaydalarının tələbinə uyğun olaraq, enişə işləyən eskalator da dayandırılıb.

Üzü yuxarı hərəkət edən eskalatorun dayanmasının səbəbi sərnişin müdaxiləsi olduğu müəyyən edilib və təxminən bir dəqiqə ərzində eskalator yenidən işə salınıb. Bu stansiyada müasir tipli eskalatorlar tətbiq olunur. Onların idarəetmə panelində dayanma səbəbi də göstərilir. Məhz təhlükəsizlik açarından istifadə olunması göstərildiyindən daha uzun müddət çəkən texniki baxışa ehtiyac olmayıb", - deyə qurumdan bildirilib.

Qurum qeyd edib ki, təxminən üç dəqiqəyə yaxın müddət ərzində platforma səviyyəsində sərnişinlərin qismən azalması müşahidə olunduğunda enişə hərəkət edən eskalator da qoşulub.

"Ümumiyyətlə, bu stansiyada baş vermiş hadisə bir daha əyani göstərir ki, ani ehtiyatsızlıq və ya diqqətsizlik sərnişinlərin təhlükəsizliyinə xələl gətirə, hərəkətin normal təşkilinə maneə ola bilər. Bu səbəbdən sərnişinlərdən nəinki stansiya yolunda qatar gözləyərkən və vaqonlara minib-düşərkən, bütün zonalarda, o cümlədən eskalatorlarda ehtiyatlı və diqqətli olmalarını rica edirik.

İstifadə qaydaları,ilk növbədə, hər bir sərnişinin təhlükəsizliyi üçündür. Onlara əməl edək", deyə qurum əlavə edib./Oxu.az

"28 May" stansiyasında eskalatorların işləməməsinin səbəbi AÇIQLANDI + FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1323   Tarix: 19 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan və Türkiyə jurnalistləri üçün Şuşaya mediatur təşkil olunub - Foto/Video

Zəfər Günündə Azərbaycan və Türkiyə mediasının nümayəndələri üçün Şuşa şəhərinə press-tur təşkil olunub. "Report"a istinadən xəbər verir ki, tədbir Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsinin altıncı ildönümünə həsr edilib. Tur Yuxarı Gövhər ağa məscidinin ziyarət edilməsi il

8 noyabr
.

Şəhid Elşən Əhmədlinin anası: "Qəhrəman böyütməyimdən xəbərim olmayıb" - Video

23 yaşında adını Zəfər tariximizə həkk etdi. Vətən müharibəsində döyüşlərə qatıldı, göstərdiyi şücaətlə fərqləndi. Son döyüşü isə noyabrın 8-də oldu. Şuşanın sıldırım qayalıqlarında gedən qızğın döyüşlər zamanı şəhidlik zirvəsinə ucaldı. Zəfər Gününü görə bilməsə də, tarixi qələbəmizin qazanılmasınd

8 noyabr
.

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli Zəfər Günü münasibətilə paylaşım edib

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli 8 Noyabr Zəfər Günü münasibətilə təbrik paylaşımı edib. xəbər verir ki, o, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birliyi, qəhrəman gənclərimizin Şuşa qayalarını fəth edərək tarixi dəyişməsini xüsusi vurğulayıb:. "Zəfər günü bizi

8 noyabr
.

Mətbuat Şurası: " Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar"

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, birliyinin və sarsılmaz mübarizə əzminin təntənəsidir. xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının 8 Noyabr - Zəfər Günü münasibətilə yaydığı məlumatda qeyd olunub. "Prezident, Müzəffər Ali Baş Komanda

8 noyabr
.

Xankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub

Xankəndi şəhərində yerləşəcək Zəfər Muzeyinin məkanı bəlli olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışıb. Dövlətimizin başçısı deyib: "Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm. Bu

8 noyabr
.

Üçrəngli bayrağımız - milli dövlətçiliyimizin, tarixi yaddaşımızın və suverenliyimizin təntənəsi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli özünüdərk tarixində, dövlətçilik ənənələrinin formalaşmasında və müstəqillik ideallarının yaşadılmasında xüsusi yeri olan əlamətdar gündür. Bu tarixə yalnız dövlət rəmzlərindən birinin təsis edildiyi gün kimi yanaşmaq düzgün olmazdı. Azərbayca

9 noyabr
.

Əməkhaqlarında kəskin artım gözlənilir?

Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d

8 noyabr
.

Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı

Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq

8 noyabr
.

Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"

"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf

8 noyabr