Dörd ay öncə "general" rütbəsi alan rəis niyə işdən çıxarıldı? - DETALLAR

Dörd ay öncə "general" rütbəsi alan rəis niyə işdən çıxarıldı? - DETALLARDövlət Sərhəd Xidmətinin rəisi, general-mayor Aqil Babayev DSX Akademiyasının rəisi vəzifəsindən azad edilib.

Axar.az xəbər verir ki, Aqil Babayev bu vəzifəyə qədər "Xudat" sərhəd dəstəsinin rəisi olub. "İgidliyə görə", "Vətən uğrunda" və digər bir sıra orden və medallarla təltif olunub. O, 17 avqust 2022-ci ildə (18 avqust Dövlət Sərhəd Xidməti Günüdür – red.) "general-mayor" rütbəsi alıb. Məhz dörd ay öncə yüksək rütbə verilən şəxsin indi vəzifədən azad edilməsi hazırda müzakirə predmetidir.

Dövlət Sərhəd Xidməti Akademiyasında ilk xoşagəlməz hadisə bu ilin aprelində olmuşdu. Belə ki, Akademiyanın 4-cü kursunda təhsil alan 2001-ci il təvəllüdlü kursant Murad Müslüm oğlu Nağıyev aprelin 13-də dünyasını dəyişmişdi.

DSX Akademiyası kursantın ölümü ilə bağlı yaydığı məlumatda bildirmişdi ki, o, 13 apreldə müalicə aldığı tibb müəssisəsində onkoloji xəstəlikdən dünyasını dəyişib.

Ancaq nə qədər qəribə də olsa, Hərbi Prokurorluğun hələ o zaman yaydığı məlumat diqqət çəkmişdi. Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Firad Əliyev bildirmişdi:

"Daxil olmuş məlumat əsasında Bakı Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış və digər zəruri hərəkətlər icra edilmişdir. Fakt üzrə Bakı Hərbi Prokurorluğunda başlanılan araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcəkdir".

Maraqlıdır: xəstəxanada onkoloji xəstəlikdən dünyasını dəyişən kursantla bağlı Hərbi Prokurorluq əməkdaşları "hadisə yerinə" niyə baxış keçirir, iş üçün əhəmiyyət kəsb edən hansı predmetlər maddi sübut kimi götürülür, kimlərdən və niyə izahatlar alınır? Hər halda "hadisə yeri" xəstəxana çarpayısı, "maddi sübut" dərmanlar deyildi və həkimlərdən də izahat alınmamışdı. Əks halda "hadisə yerinə" hərbi prokurorlar deyil, məhkəmə-tibb ekspertləri gələrdilər. Əgər hadisə yeri varsa, bu o deməkdir ki, ölüm hadisəsi müalicə müəssisəsində baş verməyib.

Məsələ də ondan ibarətdir ki, həmin ölümün DSX Akademiyasındakı kütləvi dava nəticəsində baş verdiyi haqda Akademiyanın rəsmi açıqlamasından öncə məlumat yayılmışdı. Bildirilirdi ki, kütləvi davada bir kursant ölüb, bir neçəsi yaralanıb. Ancaq DSX Akademiyasının yaydığı məlumatda kursantın "müalicə müəssisəsində" öldüyü iddia edilirdi ki, əslində, bu iddia da Hərbi Prokurorluğun rəsmi açıqlaması ilə darmadağın olurdu.

Hərbi Prokurorluğun istintaqının nəticəsi haqda heç bir məlumat yayılmadı, ölümün dəqiq başvermə səbəbi, hadisə yeri, maddi sübutların aqibəti barədə də ictimaiyyət məlumatlandırılmadı. Ancaq şübhəsiz ki, ölüm faktı araşdırılıb və DSX Akademiyasının rəsmi qurumlar və ictimaiyyətə yalan açıqlama verməsi təsdiqlənib.

İkinci, ictimaiyyətə bəlli olan daha ciddi hadisə 6 dekabr 2022-ci ildə baş verdi. DSX Akademiyası yenidən gündəmə gəldi – bu dəfə yanğınla. Akademiyanın inzibati binasında irimiqyaslı yanğın baş verdi və ciddi ziyan dəydi. Yanğının miqyası kifayət qədər böyük idi – o qədər ki, hadisə yerinə DSX rəisi Elçin Quliyev şəxsən özü gəlmişdi.

DSX-nin olayla bağlı yaydığı açıqlamada yanğın zamanı Akademiya binasının dam örtüyünün 50 kvadratmetr hissəsinə ziyan dəydiyi, cəmi üç nəfərin tüstüdən zəhərləndiyi bildirildi. Əlbəttə ki, DSX bu məlumatı Akademiyadan alaraq yaymışdı.

Ancaq bu məlumatın həqiqəti əks etdirmədiyi üzə çıxdı. Belə ki, TƏBİB yanğın zamanı 14 nəfərin tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanalara yerləşdirildiyini bildirdi.

Yanğının nə qədər sahəni əhatə etdiyi barədə isə FHN yox, DSX Akademiyasının məlumat yayması da müzakirələr yaratdı. Belə ki, yanğının, deyildiyi kimi, "dam örtüyünün 50 kv.m sahəsinə ziyan vurduğu" həddən artıq "yumşaldılmış" təsiri bağışlayırdı. Videolardan da aydın idi ki, yanğın daha geniş əraziyə yayılıb.

Bu isə DSX Akademiyası haqda növbəti mənfi təəssürat doğururdu.

Görünür, bütün bunlar və mediaya qapalı olan digər məlumatların nəticəsi olaraq DSX rəisi Elçin Quliyev Akademiya rəhbərliyinin dəyişdirilməsi üçün təqdimat hazırlayıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2222   Tarix: 20 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Xankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub

Xankəndi şəhərində yerləşəcək Zəfər Muzeyinin məkanı bəlli olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışıb. Dövlətimizin başçısı deyib: "Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm. Bu

8 noyabr
.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto

"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər

8 noyabr
.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr
.

Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml

8 noyabr
.

PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı

"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk

8 noyabr
.

Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"

"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf

8 noyabr
.

Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı

Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq

8 noyabr
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

9 noyabr
.

Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı

Azərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib. "Yeni Sabah" xəbər verir ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb. Bu qayğı modeli valideynlərin

8 noyabr