Tanınmış müğənni Səlim Müslümovun cinayət işi üzrə dindirildi
Müğənni Dəniz Əsədova sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə dindirilib.
Bu barədə Lent.az-a müğənni özü məlumat verib.
O qeyd edib ki, saxta əlillik düzəltmək adı ilə vətəndaşlardan pul alınması faktı üzrə istintaqın suallarını cavablandırıb:
"Heç bir günahım olmadan Səlim Müslümovun işinə görə məni istintaqa cəlb elədilər. Məni dələduzluqda ittiham edirdilər. Halbuki əlimdə sübutlarım da var idi ki, işi görən Mehparə, Rauf, Rüfət, Şahin və Eldəniz adlı həkimlər olub. Bildirdim ki, mənə qarşı ittihamlar yalan və böhtandır. Adını çəkdiyim həkimlər tanıdığım adamlardan pul alıblar. Mənə qarşı ittihamlar sübuta yetirilmədi. Üç il bu işin üstündə vaxtımı aldılar, çox çək-çevir etdilər, həm mənəvi, həm maddi zərər vurdular. O vaxtı çox imkanlı olmuşam, halal pulumu qazanmışam. Heç kim deyə bilməz ki, haram pul qazanıram. Əlimdə də kifayət qədər sübutlarım var. İstər səs yazıları, istərsə də yazışmalar. Sübutsuz heç vaxt addım atmaram. Bu gün də alnım açıq, üzüm ağdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4030 Tarix: 20 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kürdə suyun səviyyəsi artdı, Qarqar çayında bənd yarıldı (YENİLƏNİB/FOTO)
Ağcabədi rayonunda Qarqar çayının mühafizə bəndinin bir hissəsi yarılıb. APA-ya istinadən xəbər verir ki, hadisə Kür çayında suyun səviyyəsinin artması nəticəsində baş verib. Kür-Araz çaylarında bəndlərin istismarı idarəsinin rəisi Elman Nuriyevin sözlərinə görə, Kürdə suyun səviyyəsinin yüksəlməsi səbəbində
23 aprelSabah hava necə olacaq?
Aprelin 24-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duma
23 aprelXəzər dənizində zəlzələ oldu
Xəzər dənizində 3,3 maqnitudalı zəlzələ qeydə alınıb. Qaynarinfo xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 14:07-də qeydə alınıb. Zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib
22 aprelDörd azərbaycanlının 41 milyard dollar sərvəti var
"Forbes" jurnalı Rusiyanın ən varlı iş adamlarının yeni siyahısını təqdim edib. Qaynarinfo xəbər verir ki, siyahıda 4 Azərbaycan əsilli milyarder də yer alıb. Ən varlı Azərbaycan əsilli rusiyalı Vahid Ələkbərov olub. "Lukoyl"un keçmiş sahibi, "Gələcəyimiz" Fondunun İctima
23 aprelXəzərdə yenidən zəlzələ oldu
Xəzər dənizində zəlzələ olub. Qaynarinfo xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. Məlumata görə, maqnitudası 3.2 olan yeraltı təkan yerli vaxtla saat 09:57-də qeydə alınıb. Zəlzələ ocağı 20 kilometr dərinlikdə yerləşi
23 aprel"WhatsApp"dan sürpriz qərar: Buna görə pul ödəyəcəyik
"WhatsApp" messeceri interfeysin fərdiləşdirilməsi üçün genişləndirilmiş imkanlar nəzərdə tutan "WhatsApp Plus" adlı ödənişli abunəliyin sınaqlarına başlayıb. Şirkət məhdud sayda sınaqların keçirildiyini təsdiqləyərək qeyd edib ki, abunəlik könüllü xarakter daşıyır və istifadəçi təcrübəsin
22 aprelMəhbus həbsxanada qəfil öldü
Şəkidə yerləşən cəzaçəkmə müəssisəsində məhbus ölüb. "Qafqazinfo" xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Şəki Penitensiar Müəssisəsində saxlanılan Oğuz rayon sakini 1971-ci il təvəllüdlü Elşad Məmmədhənifə oğlu Cabbarov qəfil vəfat edib. Onun ürək çatışmazlığından öldüy
23 aprel