"Atam mənimlə qürur duyur" - İcra başçısının polis oğlu

Azərbaycanlı idmançısı Şəhriyar Hüseynzadə İtaliyanın Karara şəhərində keçirilən "Kungfu-Sanda" üzrə dünya çempionatında 90 kiloqram çəki dərəcəsində 18 nəfər arasında ikinci yeri tutub. Şəhriyar Hüseynzadə finalda Fransalı idmançıya uduzaraq gümüş medala layiq görülüb.

Qeyd edək ki, Azərbaycan bayrağını İtalyada yüksəyə qaldıran Ş. Hüseynzadə Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseyinzadənin oğludur. O, Neftçala Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin axtariş üzrə əməliyyat müvəkkili, polis leytenantıdır.

Sonxeber.az bildirir ki, Ş. Hüseynzadə qələbə sevincini AzVision.az-la bölüşüb

-Əvvəlcə sizi təbrik edirik. Nə vaxtdan idmanla məşğul olursunuz?

-11 yaşımdan 18 yaşıma qədər Sambo ilə məşğul olmuşam. İki dəfə Bakı çempionu, 3 dəfə isə Respublika çempionu olmuşam. Avropada gənclər arasında keçirilən yarışlarında bürünc mükafata layiq görülmüşəm. Daha sonra təhsilimlə əlaqədar idman fəaliyyətimə bir müddət fasilə verdim. 4 il olar ki, yenidən idman sahəsinə- "Kungfu-Sanda" , "Uşu- Sanda"ya qayıtmışam. Elşad müəllimlə birlikdə yarışlara hazırlaşıram. "Kungfu" idaman növü ürzə Respublika birincisi olmuşam.

Qrupda 18 rəqibim vardı. Üç rəqibə qalib gəldim. Sonuncu rəqibim olan fransız idmançının çəkisi məndən artıq idi. Onun 147 kiloqram çəkisi, 1.92 boyu var. Birinci raundda xal üstünlüyü məndə idi. İkinci raundda çiynimdən zədə aldım. Nəticədə həkim yenidən döyüşü davam etdirməyimə icazə vermədi.

-Atanızın reaksiyası necə oldu?

- Atam bütövlükdə dövlətçiliyə xidmət edən adamdır. Azərbaycan bayrağını yüksəltdiyimə görə atam çox sevindi. Bu xəbəri zəng edib, onun bölüşəndə, kövrəldi. Atam mənimlə qürur duyur.

-Yarış sizdə hansı təəsürratları oyatdı?

-Təsəvvür edin ki, böyük arenada baş tutan yarışlarda 100-ə yaxın ölkədən minlərlə idmançı iştırak edir. Bbütün idmançılar Azərbaycanı tanıyırdılar. Bakıda keçirilən Yay Olimpiya oyunlarının sayəsində onlar Azərbaycanı daha yaxından tanıyıblar. İdmançılar Avropa oyunlarının möhtəşəm təşkilindən, Bakının gözəlliyindən danışırdılar. Bütün bunlar ölkə başçısının idmana göstərdiyi diqqət və qayğının təzahürüdür.

-İş yoldaşlarınız sizi təbrik etdimi?

-Onlarda qələbəmi böyük sevinclə qarşıladılar. Rəisim də məni təbrik etdi. Yəqin ki, cənab nazirin qəbulunda olacağıq. Bir daha bizə dəstək olan bütün xalqımıza təşəkkür edirəm.
"Atam mənimlə qürur duyur" - İcra başçısının polis oğlu"Atam mənimlə qürur duyur" - İcra başçısının polis oğlu


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 3485   Tarix: 02 noyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Milan"ın baş məşqçisi mövsümün sonunda klubu tərk edəcək

"Milan"ın baş məşqçisi Stefano Pioli mövsümün sonunda klubu tərk edəcək. Bu barədə insayder Fabritsio Romano sosial şəbəkələrdə məlumat verib. O qeyd edib ki, yaxın həftələrdə "Milan" rəhbərliyi mütəxəssislə əməkdaşlığa vaxtından əvvəl son qoymaq üçün lazımi addımlar atacaq. İtaliy

20 aprel
.

Hacı Əliyevin son durumu AÇIQLANDI

"Özümü yaxşı hiss edirəm". Bu barədə İdman.biz-ə güləş üzrə 3 qat dünya və 4 qat Avropa çempionunu Hacı Əliyev özü məlumat verib. H.Əliyev bildirib ki, hazırda səhhəti yaxşıdır:. "Gözümün müalicəsi artıq bitib, üzümdəki şiş də artıq gedib. Müəyyən zədələrim var ki, qalmaqda davam edir

25 aprel
.

Azərbaycan cüdo üzrə Avropa çempionatında tarixi qələbəyə imza atıb

Azərbaycanın cüdo üzrə milli yığması aprelin 25-dən 27-dək Zaqrebdə keçirilən Avropa çempionatında iki qızıl və bir gümüş medal qazanaraq bu günə qədər ən yaxşı nəticəni əldə edib (1993-cü ildən bəri). -ın məlumatına görə, Elcan Hacıyev 90 kq çəki dərəcəsində Azərbaycanın ilk Avropa çempionu kimi tarix

28 aprel
.

"Real"ın futbolçuları mənə abi deyir" - Video

"Modriç mənə abi deyəndə təəccüblənirəm". "Qafqazinfo" xəbər verir ki, bunu "Real"ın türkiyəli oyunçusu Arda Gülər "Kafa Sports"a müsahibəsində deyib. Sözügedən müsahibənin anonsu verilib. O, "Real"ın futbolçularının ona münasibətindən danışıb: "Hamıs

29 aprel
.

Acun yeni klub alır

Türkiyəli iş adamı Acun Ilıcalı daha bir futbol klubu alır. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Sloveniyanın "Maribor" klubu ilə danışıqlar aparır. A.Ilıcalı klub haqqında fikirlərini bildirib: "Sloveniyada hansı klubun bizə daha uyğun olduğunu araşdırdırdıq

30 aprel
.

Futbolçu meydanda yıxıldı, köməksiz qalıb öldü - dəhşətli FAKT

İtaliyalı futbolçu meydanda yıxılıb və səhlənkarlıq səbəbilə ölüb. xarici mediaya istinadla bildirir ki, hadisə İtaliya çempionatının 5-ci turunun bazar günü "Castelfiorentino United" və "Lanciotto Campa" komandaları arasında keçirilən matçda baş verib. Meydan sahiblərinin futbolçus

20 aprel
.

"Fənərbağça"nın penaltilərini çıxaran qapıçının SİRRİ: Atası oyundan əvvəl…

"Fənərbağça" - "Olimpiakos" matçına damğasını vuran və 3 penalti vuruşunu qurtaran Konstantinos Tzolakislə bağlı çox danışılan fakt üzə çıxıb. bu barədə xarici mətbuata istinadən xəbər verir. Tzolakis matçdan sonra verdiyi açıqlamada məşqçilərlə analiz apardıqlarını və penaltilərdə

19 aprel
.

"Real" Türkiyə klubunun qapıçısını alır

"Real Madrid" uzunmüddətli perspektivdə Tibo Kurtuanı əvəz edə biləcək qapıçı axtarır. Andrey Luninin müqaviləsi ilə bağlı vəziyyəti nəzərə alan Madrid klubu diqqətini Türkiyə Superliqasının və "Trabzonspor"un qapıçısı Onuralp Çevikkana yönəldib. xarici mediaya istinadla bildiri

30 aprel
.

"Formula 1": Çin Qran-prisinin mükafatçıları müəyyənləşib

'Formula 1" üzrə Çin Qran-prisinin mükafatçıları bəlli olub. "Report"un məlumatına görə, "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen birinci yeri tutub. "Maklaren"in ingiltərəli sürücüsü Landro Norris ikinci, Ferstappenin meksikalı komanda yoldaş

21 aprel