Azərbaycanda gələn il karantin rejimi ləğv olunacaq? - AÇIQLAMA

Azərbaycanda gələn il karantin rejimi ləğv olunacaq? - AÇIQLAMAMəlum olduğu kimi, Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2023-ci il 1 yanvar saat 06:00-dək uzadılıb. Dünyanın digər ölkələrində də pandemiya davam edir. Ölkədə koronavirus infeksiyasına gündəlik yoluxma sayında azalma müşahidə edilir və ölüm halları minimal həddə çatıb. Buna baxmayaraq ölkə üzrə xüsusi karantin rejimi qalmaqdadır.

Bunun səbəbi nədir, Azərbaycanda karantin rejimi ləğv oluna bilərmi?

Mövzu ilə bağlı BiG.AZ-a danışan həkim-infeksionist Mərdan Əliyev bildirib ki, dünyada koronavirus təhlükəsi davam etdiyinə görə xüsusi karantin rejimi ləğv edilmir:

"Karantin rejiminin ləğv edilməsi üçün koronavirus infeksiyasının təhlükəsi tamamilə aradan qalxmalıdır. Amma bu təhlükə hələ ki aradan qalxmır. Bunun da səbəbi dünyada koronavirusla bağlı problemlərin olmasıdır. Xüsusən də hazırda ən böyük problemlər Çindədir. Orada sırf dözümlülük prinsipi ilə siyasət həyata keçirirlər. Orada maksimal dərəcədə karantin qaydası tətbiq edirlər ki, koronavirus infeksiyası heç kəsə yoluxmasın. Sonradan omikron variantı ortaya çıxdı və bu variant daha sürətli yayıldığı üçün bunun qarşısını ala bilmədilər. Əvvəl qarşısını alırdılar, lakin sonradan bu, mümkün olmadı. İndi dünyada pandemiya bitmək üzrə olduğu halda Çində artıq yenidən alovlanma müşahidə edilir. Orada çox güclü karantin rejiminə rəğmən çox sürətli yoluxma qeydə alınır. Təbii ki, bunun da bizə təsiri var.

Artıq bizim ölkəmizdə cüzi də olsa artım müşahidə edilir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən elan olunmalıdır ki, pandemiya bitdi və bundan sonra da bizim ölkədə xüsusi karantin rejimi ləğv edilə bilər. Amma indi hələ ki, koronavirusla bağlı təhlükə qalmaqdadır. Bizim ölkədə elə çox ciddi təsiri olacağını gözləmirik. Yəni rəqəmlərdə bir qədər artım müşahidə edilə bilər, amma ki, bu rəqəmlər çox ciddi olmayacaq. Təəssüf ki, bu problem hələ qalmaqdadır".

İnfeksionist bildirib ki, Azərbaycanda xüsusi karantin rejiminin sərtləşdirilməsinə və sərt karantin qaydalarının yenidən tətbiq olunmasına ehtiyac yoxdur:

"Düşünürəm ki, artıq sərt karantin tətbiq edilməyəcək. Çünki artıq yanvar ayına doğru gedirik. Yəni geridə qoyduğumuz payız fəslində çox ciddi artım olmadı deyə indi də olacağını gözləmirik. Lakin dediyim kimi müəyyən artımlar ola bilər. Bu, çox ciddi artım olmayacaq. Ona görə sərt karantin rejimi gözlənilmir".
Azərbaycanda gələn il karantin rejimi ləğv olunacaq? - AÇIQLAMA


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1544   Tarix: 21 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Xankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub

Xankəndi şəhərində yerləşəcək Zəfər Muzeyinin məkanı bəlli olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışıb. Dövlətimizin başçısı deyib: "Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm. Bu

8 noyabr
.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto

"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər

8 noyabr
.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr
.

Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml

8 noyabr
.

PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı

"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk

8 noyabr
.

Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"

"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf

8 noyabr
.

Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı

Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq

8 noyabr
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

9 noyabr
.

Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı

Azərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib. "Yeni Sabah" xəbər verir ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb. Bu qayğı modeli valideynlərin

8 noyabr