Azərbaycanda ən çox qohumla evlənənlər hansı bölgədə yaşayırlar?

Azərbaycanda ən çox qohumla evlənənlər hansı bölgədə yaşayırlar?Azərbaycanda hər 12 nəfərdən biri talassemiya xəstəsidir.

Bizim.Media xəbər verir ki, bu, Azərbaycan Hematoloqlar və Transfuzioloqlar Cəmiyyətinin gəldiyi qənaətdir.

Bu xəstəliyin daşıyıcıları arasında evlənmə ehtimalı da çox yüksəkdir. Onların isə dünyaya xəstə uşaq gətirmə ehtimalı 25 faizdir. Uşaqların ana bətnində ölməsi, hamiləliyin erkən bitməsi, ölü doğulma, ürək qüsuru, uşaqların aşağı çəki ilə dünyaya gəlməsi faktlarına ən çox qohum nikahlarda rast gəlinir.

Bəs dünyada vəziyyət necədir?

Qərb ölkələrində qohum evliliklərə az rast gəlinir. Məsələn, İngiltərədə əhalinin 0,5 faizi, Niderlandda 0,3 faizi öz qohumu ilə evlənir. Dünyanın ən xoşbəxt millətlərindən biri sayılan isveçlilərdə isə bu rəqəm 0,9 faizdir.

Rəqəmlərin xeyli yüksək olduğu ölkələr də var. Almaniyada yəhudilərin 35,8 faizi, Küveytdə 54,3 faizi öz qohumu ilə evlənir. Yəni təxminən əhalinin yarıdan çoxu.

ABŞ-ın 24 ştatında isə ən yaxın qohumların evliliyi rəsmi şəkildə qadağan edilib. Əmi, dayı, xala, bibi uşaqlarıyla, yəni 1-ci dərəcəli qohumlarla ailə qurmaq qadağandır. 6 ştatda evlənmək istəyən qohumların qarşısına bəzi şərtlər qoyulub. Məsələn, Arizonadakı qaydalara görə, yaşın 65-i keçibsə və ikinizdən biriniz sonsuzsunuzsa, onda evlənə bilərsiniz.

Ona görə də amerikalılar əvvəldən beşiyin başında bizdəki kimi göbəkkəsdi etmirlər.

Katoliklər 4-cü nəslə qədər qohumların nikahlarını kəsmirlər. Onlara görə, dördüncü nəslə qədər evlilik insest, yəni, ailə üzvlərindən sayılır. Pravoslavlarda və protestantlarda da bu qaydalar mövcuddur.

Lakin Asiya və İslam ölkələrində qohumlar arası evliliklərə daha çox rast gəlinir. Şərq ölkələri sıralamasında Türkiyə bütün ölkələri geridə qoyub.

Türkiyənin müxtəlif bölgələrində aparılan sorğuya görə, ümumilikdə hər 100 evlilikdən 15-i qohumlar arasında olur. Təkcə Türkiyənin Trakya bölgəsində qohumlar arası evliliyə müsbət rəy vermirlər. Onlar yeddinci nəsildən sonra bir-biri ilə evlənirlər. Çünki yeddinci nəsildən sonra insanlar yad sayılırlar.

Türkiyədə aparılan sorğuda qohum evlilərə "indi belə bir evliliyə razı olardınızmı?" sualı verilib.

Əksəriyyət çox peşman olduğunu, "bugünkü ağlımızla heç vaxt evlənməyə razı olmazdıq" deyiblər.

Ən çox qohumla evlənənlər hansı bölgədə yaşayırlar?

Respublikamızda isə qeydə alınan nikahların 56 faizi qohumlar arasındadır. Qohumlar arasında nikahlar daha çox Şəki, Masallı və Bakıda yayılıb. BMT-nin Əhali Fondu Reproduktiv Sağlamlıq üzrə Milli Ofisinin məlumatına görə, həmin bölgələrdə irsi xəstəliklərin yayılma tempi 15 faiz təşkil edir. Bunlar arasında ən çox yayılanı talassemiyadır.

Müəyyən olunub ki, Azərbaycanda 10-dan çox irsi xəstəlik mövcuddur. Bu xəstəliklərlə doğulan uşaqların sayı isə ilbəil artır.

Qohumla evlilik təkcə genetik və irsi xəstəliklərə yol açmır, həm də yeni nəslin cırlaşmasına səbəb olur. Məsələn, dünyanın ən uzunboylu insanlarının yaşadığı Niderlandda cəmi 0,36 faiz, İsveçdə isə 0,90 faiz sakin qohumla nikaha girir.

Bəs, yaxın qohumla nikaha girmək daha hansı fəsadlar törədir?

Tanınmış pediatr Vaqif Qarayev qohum evliliyinin təbabətdə normal qəbul edilmədiyini söyləyib:

"Əmioğlu-əmiqızı, xalaoğlu-xalaqızı və bu kimi yaxın qohumların evliliyindən doğulan uşaqlarda irsi, genetik xəstəliklər olması hər zaman gözləniləndir. Ən pisi də odur ki, əgər qohumlardan birində hansısa xəstəlik varsa, onun doğulacaq uşağa keçməsi riski çox böyükdür. Ümumiyyətlə, praktika göstərir ki, yaxın qohumların evliliyindən doğulan uşaqların böyük hissəsi hansısa xəstəlikdən əziyyət çəkir. Elə Ailə var ki, bir yox, bütün uşaqları genetik xəstəliklə doğulur. Qısası, təbabət 2 daşıyıcının evlənməsini məsləhət görmür. 2 daşıyıcıdan doğulan uşağın talassemiya xəstəsi olması qaçılmazdır".

Vaqif Qarayev qohum evliliyinin mental dəyərlərdən qaynaqlandığını bildirib:

"Ona görə də bu ənənədən imtina indiki halda heç də real görünmür. Amma yaxşı olar ki, təkcə qohumlar deyil, bütün yeni evlənənlər nikahdanqabaq müayinədən keçsinlər. Bu çox vacibdir. Bu, həmin cütlüyü ən azı gələcək xoş olmayan sürprizlərdən qoruyur".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3210   Tarix: 21 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Üçrəngli bayrağımız - milli dövlətçiliyimizin, tarixi yaddaşımızın və suverenliyimizin təntənəsi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli özünüdərk tarixində, dövlətçilik ənənələrinin formalaşmasında və müstəqillik ideallarının yaşadılmasında xüsusi yeri olan əlamətdar gündür. Bu tarixə yalnız dövlət rəmzlərindən birinin təsis edildiyi gün kimi yanaşmaq düzgün olmazdı. Azərbayca

9 noyabr
.

PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI

Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya

8 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır

Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. "Report" Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müəssisələrdə ümumilikdə 6 576 şagird və uşaq təhsil alır. Təhsil infrastrukturunun inkişafı doğm

8 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib - Foto

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Türkiyə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib. "Qarabağın azadlığının altıncı ildönümündə qardaş Azərbaycan xalqını və dövlətini Zəfər Günü münasibətil

8 noyabr
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

8 noyabr
.

Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA

Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə

8 noyabr