"Azərbaycan Dəmir Yolları"nda kütləvi İXTİSAR – 35 nəfərin işinə niyə XİTAM VERİLDİ?

"Azərbaycan Dəmir Yolları"nda kütləvi İXTİSAR – 35 nəfərin işinə niyə XİTAM VERİLDİ?"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində kütləvi ixtisarlar başlayıb. Quruma iki ay əvvəl təyin edilmiş yeni sədr ömrünü Azərbaycan Dəmir Yollarına həsr etmiş köhnə kadrları işdən çıxarmağa başlayıb.

Bu iddia ilə Bizim.Media-ya 31 il "Azərbaycan Dəmir Yolları" QSC-də Təsərrüfat Departamentinin sədr müavini kimi çalışan, hazırda isə işdən çıxarılan Mehman Əliyevin həyat yoldaşı Elnarə Əliyeva çıxış edib.

O, qeyd edib ki, qurumun Təsərrüfat Departamentinin 35 nəfərinə müqavilə müddətinin bitməsi səbəbindən işlərinə xitam veriləcəyi ilə bağlı onlara xəbərdarlıq edilib:

"Yoldaşım ömrünü Azərbaycan Dəmir Yollarına həsr edib və 8 rəhbər dəyişib. Bu illər ərzində problemsiz işləyib və bir dəfə də olsun töhmət almayıb. Yeni rəhbər gələndən bütün düzən pozulub. Əsassız yerə işdən kənarlaşdırıldığı üçün yoldaşımın səhhəti pisləşib və hazırda xəstəxanadadır. İlin günün bu vaxtı biz nə edək? Özümüz isə məcburi köçkünlər evimizi zəbt etdiyi üçün kirayədə qalırıq. Mehman 27 ildir "Azərbaycan Dəmir Yolları" nda ev növbəsində dayanıb. Cavid Qurbanovun vaxtında evlər aidiyyəti olmayan şəxslərə verildi, gözlədik. Bu gün isə 27 illik ev həsrətinə də son qoyuldu.

İndi kirayə haqqını necə ödəyəcəyik, nəylə dolanacağıq?"

Elnarə Əliyeva qeyd edib ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin yeni rəhbəri Rövşən Rüstəmov qurumun Təsərrüfat Departamentinin rəisini işdən çıxararaq, yerinə Fərid Hüseynovu təyin edib:

"Köhnə kadrları işdən çıxarırlar. Yoldaşım kirayədə qaldığını, başqa dolanacaq yeri olmadığını Fərid Hüseynova izah edib. O, isə "əmr belədir, bizə dəxli yoxdur" deyə cavab verib. Bayramqabağı idarədə aləm bir-birinə qarışıb. İşlərinə xitam verilənlər təşvişə düşüb, nə edəcəklərini bilmirlər. Qurumun elə işdən çıxarılanları var ki, deyir, özümə qəsd edəcəyəm. 31 ilin kadrını çölə atmaq nə deməkdir? Bundan sonra 55 yaşında olan adam harda, necə işləsin?"

Şikayətçi hüquqi baxımdan köhnə kadrın müqaviləyə görə işdən çıxarılmasının qanunsuz olduğunu və bununla bağlı məhkəməyə müraciət edəcəklərini bildirib.

Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-yə müraciət etdik.

Qurumun mətbuat katibi Sənubər Nəzərova sorğunu rəsmi email ünvanlarına göndərməli olduğumuzu bildirib.

Xatırladaq ki, oktyabrın 26-da "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə Rövşən Mürvət oğlu Rüstəmov sədr təyin edilib.

Dekabrın 2-də isə "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natavan Bayramova işdən çıxıb. O, bu vəzifəyə 2019-cu ildə təyin olunmuşdu.

Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-nin mövqeyini dərc etməyə hazırıq. Mövzunu diqqətdə saxlayacağıq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1914   Tarix: 21 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Xankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub

Xankəndi şəhərində yerləşəcək Zəfər Muzeyinin məkanı bəlli olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışıb. Dövlətimizin başçısı deyib: "Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm. Bu

8 noyabr
.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto

"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər

8 noyabr
.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr
.

Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml

8 noyabr
.

PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı

"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk

8 noyabr
.

Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"

"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf

8 noyabr
.

Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı

Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq

8 noyabr
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

9 noyabr
.

Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı

Azərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib. "Yeni Sabah" xəbər verir ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb. Bu qayğı modeli valideynlərin

8 noyabr