İntim videoları yayılan FHN polkovnikinə YENİ İTTİHAM - 10 min AZN...
Fövqəladə Hallar Nazirliyindəki (FHN) xidməti otağında intim videolar çəkən polkovnik Zaur Mirzəyevin daha bir cinayət əməli üzə çıxıb.
Sonxeber.az "qafqazinfo"ya istinadən xəbər verir ki, o, Xidmət rəisi Füzuli Əsədovla qohumluq münasibətlərindən istifadə edərək Biləsuvar sakini Murad Qəfərzadəyə Dövlət Yanğından Mühafizə Xidmətinin Biləsuvar rayon şöbəsində işə qəbul etdirəcəyinə dair vəd verib. İş yoldaşı A.Nəsirova vasitəsilə 2019-cu ilin ortalarında Muradın atası Şahəddin Qəfərovdan 10 min manat pul alıb.
O, Xidmət rəisinin qərarına təsir etmək imkanlarından istifadə etməklə Murad Qəfərzadəni bu vəzifəyə təyin etdirə biləcəyini deyib. Pulu aldıqdan sonra işə qəbulla bağlı sənədləri Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinə təqdim edib. Daha sonra M.Qəfərzadə həqiqətən də yanğınsöndürən kimi işə qəbul olunub.
Murad Qəfərzadənin atası Şahəddin Qəfərov dindirilmə zamanı Zaur Mirzəyevə çatdırılması üçün pulu onun dediyi şəxsə verdiyini etiraf edib. Z.Mirzəyev isə sözügedən ittihamları qəbul etmir.
Bu əmələ görə, FHN polkovnikinin ittiham olunduğu maddələr arasına Cinayət Məcəlləsinin 312-1.1-ci (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə-nüfuz alveri) maddəsi də əlavə olunub. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Qeyd edək ki, Zaur Mirzəyev FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədovun əmisi qızı ilə evlidir. F.Əsədov isə keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovun qardaşıdır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 6163 Tarix: 22 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya
8 noyabrADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabrTürkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib - Foto
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Türkiyə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib. "Qarabağın azadlığının altıncı ildönümündə qardaş Azərbaycan xalqını və dövlətini Zəfər Günü münasibətil
8 noyabrZəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
8 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabr