"Xankəndi-Laçın yolunda keçirilən aksiya bizim tələblərimizin yerinə yetirilməsi ilə sonlanacaq" - DEPUTAT

"Xankəndi-Laçın yolunda keçirilən aksiya bizim tələblərimizin yerinə yetirilməsi ilə sonlanacaq" - DEPUTATQarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 11 gündür ki, davam edir. Hava şəraitinin soyuq olmasına baxmayaraq, fasiləsiz dinc aksiyaya qoşulanların sayı da getdikcə artmaqdadır.

Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, qarlı havaya baxmayaraq Xankəndi-Laçın yolunda keçirilən aksiya 11 gündür ki, davam edir:

"Qarlı və şaxtalı hava belə insanlarımızın iradəsini qıra bilmədi.11 gündür davam edən aksiya Azərbaycan xalqının mərdliyini və sınmaz iradəsini bir daha bütün dünyaya göstərdi. Xalqımızın 44 günlük Vətən müharibəsindəki həmrəyliyi bizə möhtəşəm zəfəri yaşatdı. Bu gün insanlarımız yenidən bir olaraq Qarabağdakı ekoloji terrora və oradakı təbii sərvətlərimizin ermənilər tərəfindən talan olunmasına dur deyirlər. Təəssüf ki, bu gün Rusiya sülhməramlıları onlara olan inam və güvəni itiriblər. Rusiya sülhməramlıları nəyinki üzərlərindəki öhdəliyi yerinə yetirmədilər, hətta erməni terrorçuların Qarabağdakı özbaşınalıqlarına göz yumaraq, onların müxtəlif təxribatları üçün şərait yaratdılar. Təəssüf ki, bu gün də Qarabağda erməni silahlı terrorçuları qalmaqdadır. Rusiya sülhməramlıların bu iki il ərzində erməni terrorçularını torpaqlarımzdan çıxarmaması haqlı olaraq onlara olan inamı itirib. İki il ərzində Qarabağdan çıxarılmalı olan erməni silahlı birləşmələri niyə hələdə oradadırlar? Onlar necə silahlandırılır? Bax, bu iki sualla bir çoxlarımız hələ də cavab tapa bilməyib. Görünür, Rusiya sülhməramlıların erməni terrorçularla əlbir olması və ordakı təbii sərvətlərimizin onlar tərəfindən də talan edilməsi fikirləri həqiqətdir".

Deputat qeyd edib ki, Qarabağda ermənilərin və Rusiya sülhməramlıların yol verdiyi qanun pozuntularının qarşısının alınması üçün dövlət qurumlarımızın oradakı fəaliyyəti vacibdir:

"Əminəm ki, 44 günlük Vətən müharibəsindəki möhtəşəm zəfəri bir daha yaşayacağıq. Xankəndi-Laçın yolunda keçirilən aksiya bizim tələblərimizin yerinə yetirilməsi ilə sonlanacaq".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1608   Tarix: 22 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Üçrəngli bayrağımız - milli dövlətçiliyimizin, tarixi yaddaşımızın və suverenliyimizin təntənəsi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli özünüdərk tarixində, dövlətçilik ənənələrinin formalaşmasında və müstəqillik ideallarının yaşadılmasında xüsusi yeri olan əlamətdar gündür. Bu tarixə yalnız dövlət rəmzlərindən birinin təsis edildiyi gün kimi yanaşmaq düzgün olmazdı. Azərbayca

9 noyabr
.

PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI

Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya

8 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır

Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. "Report" Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müəssisələrdə ümumilikdə 6 576 şagird və uşaq təhsil alır. Təhsil infrastrukturunun inkişafı doğm

8 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib - Foto

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Türkiyə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib. "Qarabağın azadlığının altıncı ildönümündə qardaş Azərbaycan xalqını və dövlətini Zəfər Günü münasibətil

8 noyabr
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

8 noyabr
.

Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA

Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə

8 noyabr