"Məhkəmələr və hakimlər haqqında qanuna dəyişikliklər edilə bilər" - DEPUTAT

"Məhkəmələr və hakimlər haqqında qanuna dəyişikliklər edilə bilər" - DEPUTAT"Sabah parlamentin plenar iclasında "Məhkəmələr və hakimlər haqqında" Qanuna dəyişikliklər birinci oxunuşda müzakirə olunacaq. İlk dəyişiklik Qanunun hakim vəzifəsinə namizədlərə aid tələblərin ehtiva olunduğu 93-cü maddəsindədir və uyğunlaşdırma xarakterlidir. Qanunun həmin müddəasında deyilir ki, "Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin birinci hissəsinə uyğun olaraq yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər". Amma məlumdur ki, 2016-cı il referendumunda "yaşı 30-dan aşağı olmayan" ifadəsi Konstitusiyadan çıxarılıb və bu mənada Məhkəmələr və hakimlər haqqında Qanunun müvafiq müddəasının da Konstitusiyaya uyğunlaşdırılmasına ehtiyac var".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
"Məhkəmələr və hakimlər haqqında qanuna dəyişikliklər edilə bilər" - DEPUTATO bildirib ki, digər dəyişiklik isə "Məhkəmələr və hakimlər haqqında" qanunun 94-cü maddəsinə təklif olunur.

"Belə ki, hazırda qüvvədə olan müddəanın məzmunu ondan ibarətdir ki, yuxarı instansiya məhkəmələrin hakimi vəzifələrinə bir qayda olaraq ən azı 5 il birinci instansiya məhkəmələrinin hakimi işləmiş şəxslər təyin oluna bilərlər.
Amma bildiyiniz kimi, Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanunun 64.4-cü maddəsində tələb var ki, "Normativ hüquqi aktda dövlət orqanının səlahiyyətlərinin həddindən artıq ümumiləşdirilmiş formada müəyyən edilməsinə, "orqan edə bilər", "bir qayda olaraq", "müstəsna hallarda yol verilir", "orqan öz səlahiyyətləri daxilində", "zərurət olduqda" və bunlara bənzər qeyri-müəyyən ifadələrdən istifadə olunmasına yol verilmir". Bu mənada "Məhkəmələr və hakimlər haqqında" qanunun 94-cü maddəsindəki "bir qayda olaraq" ifadəsi çıxarılır.
Qanunda dəyişikliyin digər mühüm istiqaməti isə yuxarı instansiya məhkəmələrin hakimi vəzifələrinə təyinatla bağlı məhkəmə hakimlərinə qoyulmuş 5 illik tələbin 3 ilə endirilməsidir ki, bunun da kifayət qədər obyektiv səbəbləri var.
Birincisi, Qanunun 96-cı maddəsinə müvafiq olaraq hakim vəzifəsinə hakimlər ilk dəfə üç il müddətinə təyin olunurlar. Həmin müddətin sonunda hakimlərin fəaliyyəti qiymətləndirilir və peşəkar çatışmazlıq aşkar edilməzsə Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyətləri son yaş həddinədək uzadılır. Yəni hesab edirik ki, hakim əgər 3 ilin sonunda özünü doğruldursa artıq onun irəliləməsi üçün hər hansı maneə qoyulmasına zərurət yoxdur. Digər tərəfdən, məhkəmə hakimiyyətinin nüfuzunun yüksəlməsi, hakimlərin maddi təminatının yaxşılaşdırılması, say tərkibinin artırılması ilə iş yükünün azaldılması istiqamətində atılan addımlar fonunda bu sahəyə marağın artması, alimlərin, vəkillərin, digər təcrübəli hüquqşunasların hakimliyə üz tutması şəraitində müvafiq üç ilkin sınaq müddətini başa vuran hakimin irəli çəkilməsi üçün daha iki il gözləməsinin lüzumu yoxdur. Yəni hakim artıq ən kritik dönəmdə özünü təsdiqləyir. Üstəlik, nəzərə alaq ki, bu hakimlərin mütləq əksəriyyəti məhkəmə zalı ilə hakim kimi fəaliyyətə başladıqdan sonra tanış olmurlar, onların arasında illərlə məhkəmə iclas katibi, hakim köməkçisi kimi məhkəmədə yetişmiş insanlar var.
Bu dəyişiklik fonunda diqqət çəkən başqa bir məqam, məlumdur ki, əvvəllər son yaş həddinə çatmış hakimin peşəkarlığından istifadə edilməsinə ehtiyac olduqda Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyət müddəti 70 yaşınadək artırıla bilərdi. 30 dekabr 2014-cü il tarixli dəyişiklikdən sonra isə, hazırda Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68, digər instansiya məhkəmələrinin hakimləri üçün 66 yaşdır. Yəni peşəkar hakimlərin bilik, bacarıq və təcrübəsindən istifadə imkanlarımız ən azı iki il azalmışdı. Bu gün isə biz yuxarı instansiya məhkəmələrin hakimi vəzifələrinə təyinatla bağlı məhkəmə hakimlərinə qoyulmuş 5 illik tələbi 3 ilə endirməklə həm də hakimlərin, xüsusən təcrübəli hüquqşunasların yuxarı instansiya məhkəmələrində töhfə vermək imkanlarını daha da artırmış oluruq".
AYSEL ƏKBƏR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2599   Tarix: 22 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Üçrəngli bayrağımız - milli dövlətçiliyimizin, tarixi yaddaşımızın və suverenliyimizin təntənəsi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli özünüdərk tarixində, dövlətçilik ənənələrinin formalaşmasında və müstəqillik ideallarının yaşadılmasında xüsusi yeri olan əlamətdar gündür. Bu tarixə yalnız dövlət rəmzlərindən birinin təsis edildiyi gün kimi yanaşmaq düzgün olmazdı. Azərbayca

9 noyabr
.

PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI

Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya

8 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır

Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. "Report" Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müəssisələrdə ümumilikdə 6 576 şagird və uşaq təhsil alır. Təhsil infrastrukturunun inkişafı doğm

8 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib - Foto

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Türkiyə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib. "Qarabağın azadlığının altıncı ildönümündə qardaş Azərbaycan xalqını və dövlətini Zəfər Günü münasibətil

8 noyabr
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

8 noyabr
.

Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA

Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə

8 noyabr