"Medical Plaza"da 4500 AZN alıb qan köçürdülər, qolu bu vəziyyətə düşdü"

"Medical Plaza"da 4500 AZN alıb qan köçürdülər, qolu bu vəziyyətə düşdü""Qan azlığından əziyyət çəkən atam Habil Mehdiyevi "Baku Medical Plaza"da ağır vəziyyətə salıblar. Damarı tapmadıqlarından qanı dəri altına vurublar, nəticədə bir qolu qızarıb və şişib. Qızartı getdikcə yuxarıya doğru yayılır və həmin hissədən qanlı su gəlir".

Sonxeber.az xəbər verir ki, bu şikayətlə "qafqazinfo"ya zərərçəkənin oğlu Rövşən Mehdiyev müraciət edib.

O bildirib ki, xəstəxana bu xidmət üçün onlardan 4500 AZN pul alıb:

"Atam qanazlığından əziyyət çəkir. Dekabrın 18-i səhhətində problem yarandı, həmin gün bazar günü olduğuna görə dövlət xəstəxanaları işləmirdi və məcbur olub "Baku Medical Plaza"nın Babək prospektində yerləşən filialına müraciət etdik. Atamı gecə saatlarında ambulansla xəstəxanaya apardılar. Orada bizdən 5 min AZN depozit istədilər və o məbləği ödədik. Dekabrın 20-si səhər zəng elədilər ki, sizin depozitdən cəmi 400 manat qalıb. Pulumuz qurtardığına görə onu xəstəxanadan çıxarmalı olduq. Evə gətirəndə gördük ki, qolu bu vəziyyətdədir".
Ətraflı

Şikayətçi bildirir ki, bu müddətdə onlara atasının səhhəti ilə bağlı məlumat verilməyib. Yalnız evə gəldikdən sonra vəziyyətdən xəbərdar olublar:

"Xəstəxana ilə əlaqə saxlamaq da mümkün deyildi. Bu müddətdə cəmi bir dəfə Gülnar adlı həkimi ilə danışa bilmişik, sonra dedilər ki, tez-tez zəng etməyin. Özləri də zəng edib məlumat vermirdilər. Atamın qanı düşmüşdü, xəstəxanada ona bu gün yarım ərzində ancaq qan vurulub. Xəstəxananın verdiyi kağızları başqa həkimə də göstərdik, məlum oldu ki, bir analizi 3 dəfə götürüblər. Yəni, bu məbləğ müqabilində göstərdikləri xidmət ancaq qan köçürülməsidir ki, onu da belə ediblər. Hazırda atam evdədir qolu isə getdikcə pisləşir və qızartı yayılır. Bunun fəsadları yəqin ki, sonradan çıxacaq, dəri altına yığılmış qan çürümə də verə bilər".

Şikayətlə bağlı "Baku Medical Plaza"dan məsələyə belə münasibət bildirilib:

"Xəstə Habil Mehdiyev 18.12.2022 tarixində klinikamıza huşsuz komatoz vəziyyətdə, kəskin böyrək və tənəffüs yetərsizliyi ilə qəbul olunub. Aktiv reanimasion müdaxilələrdən sonra pasiyentin vəziyyəti nisbi stabilləşib, tənəffüs problemi, kəskin böyrək yetərsizliyi aradan qaldırılıb. Xəstənin vəziyyəti stabilləşdiyi üçün 20.12.2022 tarixində xəstə yaxınları xəstəni başqa tibb müəssisəsinə köçürməyə qərar veriblər. Xəstənin qolu xəstəxanadan çıxarkən o vəziyyətdə olmayıb".

Müalicə xərcinin 4500 AZN olmasına gəlincə isə, tibb müsəssisəsindən bildirilib ki, bu məbləğ təkcə qanköçürmə üçün olan ödəniş deyil:

"Xəstə huşsuz vəziyyətdə xəstəxanaya daxil olub və reanimasiyaya yerləşdirilib. Qeyd edilən depozit reanimasiya üçün alınıb və xəstə evə buraxılanda yaxınlarına hesab-faktura verilib. Həmin hesab-fakturada məbləğin nəyə xərcləndiyi görünür".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2481   Tarix: 22 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Üçrəngli bayrağımız - milli dövlətçiliyimizin, tarixi yaddaşımızın və suverenliyimizin təntənəsi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli özünüdərk tarixində, dövlətçilik ənənələrinin formalaşmasında və müstəqillik ideallarının yaşadılmasında xüsusi yeri olan əlamətdar gündür. Bu tarixə yalnız dövlət rəmzlərindən birinin təsis edildiyi gün kimi yanaşmaq düzgün olmazdı. Azərbayca

9 noyabr
.

PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI

Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya

8 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır

Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. "Report" Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müəssisələrdə ümumilikdə 6 576 şagird və uşaq təhsil alır. Təhsil infrastrukturunun inkişafı doğm

8 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib - Foto

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Türkiyə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib. "Qarabağın azadlığının altıncı ildönümündə qardaş Azərbaycan xalqını və dövlətini Zəfər Günü münasibətil

8 noyabr
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

8 noyabr
.

Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA

Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə

8 noyabr