Vasif Talıbovun səhhətinin pisləşdiyi, oğlunun infarkt keçirdiyi xəbəri yayıldı
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun istefası ölkədə gündəmin əsas mövzularından biri olaraq qalır. Naxçıvanda yüksək rütbəli məmurların həbsi Ali Məclis sədrinin getməsini zəruri etsə də, bunun belə tezliklə baş verəcəyi az ehtimal olunurdu.
Xatırladaq ki, Naxçıvan Ali Məclisinin mətbuat xidməti Vasif Talıbovun istefasının səbəbinin onun səhhətində yaranmış problemlə əlaqədar olduğunu bildirib.
Bu məlumat ictimaiyyət tərəfindən inandırıcı qəbul olunmasa da, Vasif Talıbovun uzun müddətdir şəkərli diabetdən əziyyət çəkdiyi məlumdur. Amma məlumatlara görə, onda şəkərin miqdarı yüksək olmayıb. O, qida rejiminə əməl etməklə uzun illər ərzində eyni çəkidə qalmağı bacarıb.
Dünən istefa verdikdən sonra isə Vasif Talıbovun və onun oğlu Seymur Talıbovun səhhətinin gecə saatlarında qəfil pisləşdiyi iddia edilir.
"AzPolitika.info" xəbər verir ki, mərkəzdən Talıbovun evinə həkimlər göndərilib. Bundan bir neçə saat sonra, səhərə yaxın isə onun oğlu Seymurun vəziyyətinin də pisləşdiyi bildirilir.
"Həkimlərin müayinəsindən sonra Seymur Talıbovun kiçik infarkt keçirdiyi müəyyən olunub" - deyə, məlumatda vurğulanır.
Ancaq rəsmi mənbələr tərəfindən bu məlumatlar təsdiqlənməyib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4087 Tarix: 22 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya
8 noyabrADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabrTürkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib - Foto
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Türkiyə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib. "Qarabağın azadlığının altıncı ildönümündə qardaş Azərbaycan xalqını və dövlətini Zəfər Günü münasibətil
8 noyabrZəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
8 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabr