Gömrük Akademiyasında Mediasiya Şurası ilə görüş keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında Mediasiya Şurası ilə görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Akademiyanın əməkdaşları, Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova, Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov və Bakı 2 saylı mediasiya təşkilatının sədri, Mediasiya Şurası Etika Komitəsinin sədri İlhamə Həsənova iştirak ediblər.
Akademiyanın rəisi Qulu Novruzov qonaqları salamlayaraq onları rəhbərlik etdiyi təhsil müəssisəsində görməkdən məmnun olduğunu bildirib. Q.Novruzov digər ixtisaslarla yanaşı hüquqşünaslıq ixtisası üzrə kadr hazırlayan və tələbələrin nəzəri biliklərlə yanaşı praktik bacarıqlarının inkişaf etdirilməsinə xüsusi önəm verən Gömrük Akademiyası ilə Mediasiya Şurası arasında əməkdaşlığın gələcək perspektivlərindən bəhs edib.
Daha sonra tədbirdə Akademiyanın fəaliyyəti, beynəlxalq əməkdaşlıq sahəsində nailiyyət və prioritetləri, xarici ali təhsil müəssisələri və gömrük təlimi strukturları, digər beynəlxalq qurumlarla əlaqələr və layihələr haqqında təqdimat nümayiş olunub.
Akademiyanın fəaliyyətini yüksək qiymətləndirən Ədliyyə Nazirliyinin idarə rəisi Aynur Sabitova yeni fəaliyyətə başlamış Mediasiya Şurası ilə həyata keçirilən qarşılıqlı fəaliyyətdən söz acaraq, Akademiya ilə birgə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindən bəhs edib.
Görüşdə çıxış edən Şuranın İdarə Heyətinin sədri Nadir Adilov görüşün əhəmiyyətindən danışaraq qurumun yaranma tarixi, əsas funksiyaları haqqında məlumat verib.
Daha sonra görüş çərçivəsində Mediasiya Şurası tərəfindən Akademiyanın hüquqşünaslıq ixtisasının tələbələri üçün "Azərbaycanda mediasiya islahatları" mövzusunda maarifləndirici seminar keçirilib.
Seminarda tələbələrə mediasiya anlayışı, mediatorların fəaliyyəti, ölkəmizdə mediyasiyanın inkişaf tarixi barəsində məlumat verilib.
Təlimdə həmçinin Mediasiya Şurası Etika Komitəsinin sədri İlhamə Həsənova mediasiyanın məqsəd və prinsipləri, qanunvericiliyi, mediasiyanın mərhələləri barəsində geniş bəhs edərək mövzu üzrə tələbələri maraqlandıran sualları ətraflı cavablandırıb.
Sonda Akademiya rəisi tələbələrin maarifləndirilməsi istiqamətində təşkil edilən seminarın əhəmiyyətini vurğulayaraq qonaqlara geniş və maraqlı çıxışları üçün öz təşəkkürünü bildirib və yeni formalaşan Mediasiya Şurasının fəaliyyətinə uğurlar arzulayıb.






Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK