"Anar Kərimov Prezidentin tapşırıqlarını yerinə yetirə bilmədi"
"Xalq artisti kimi yox, bir vətəndaş kimi deyirəm ki, bu gün Azərbaycan mədəniyyəti çox pis gündədir".
Sonxeber.az xəbər ki, bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev deyib.
O, Anar Kərimovun mədəniyyət naziri kimi fəaliyyəti dövründə heç bir irəliləyişə nail olunmadığını vurğulayıb:
"Azərbaycanın mədəniyyət sahəsi həmişə göz qabağında olub. Anar Kərimovun dövründə heç bir inkişafı görə bilmədik. Prezident İlham Əliyev onun nazir vəzifəsindən azad olunması ilə bağlı Sərəncam imzaladı. Düzdür, cənab Prezident ona müəyyən tapşırıqlar vermişdi, amma görünür yerinə yetirə bilmədi və onu vəzifəsindən azad etdi. Təbii ki, belə məsləhət bildi və onu müzakirə etməyə dəyməz. Özü bilən məsələhətdir.
Bəzi nazirliklər var ki, onların gördüyü işi millət, kütlə görmür. Amma, mədəniyyət sahəsini milyonlar görür. Ola bilsin ki, çox savadlı bir şəxsdir, ancaq idarəçilik tamamilə başqadır. Hətta, bəzən bu sənətin yiyəsi də rəhbərliyə gələ bilər, lakin orada inkişaf yox, əksinə geriləmə olar. Yəni, idarəçilik də bir vergidir və hər adamın təşkilatçılığı olmaya da bilər".
Qeyd edək ki, ötən gün mədəniyyət naziri Anar Kərimov Prezident İlham Əliyevin Sərəncamı ilə vəzifəsindən azad olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1434 Tarix: 23 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya
8 noyabrADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabrTürkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib - Foto
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Türkiyə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib. "Qarabağın azadlığının altıncı ildönümündə qardaş Azərbaycan xalqını və dövlətini Zəfər Günü münasibətil
8 noyabrZəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
8 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabr