"Bandotdel"dən əməliyyat: Saxlanılan var - FOTO/VİDEO
Paytaxtda yerləşən restoran və dönərxanalardan bəzilərinə qidaya yararsız at və mal əti satan şəxs saxlanılıb.
Sonxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.
Məlumata görə, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ("Bandotdel")Qida Təhlükəsizliyi Agentliyi ilə birgə vətəndaşların ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirib. Tədbir zamanı Biləsuvar rayonunda qidaya yararsız, ölü at və iribuynuzlu heyvan ətinin satışı ilə məşğul olan Zaur Rüstəmov saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs Biləsuvar və ətraf rayonlardan xəstə, artıq təsərrüfatda istifadə edilməyən, ölmüş atları ucuz qiymətə alaraq həyətyanı sahəsində toplayıb və kəsimi həyata keçirilib. Qidaya yararsız at ətinin sümükləri ayrılandan sonra mal əti adı ilə Zaur Rüstəmov tərəfindən Bakı şəhərində fəaliyyət göstərən müxtəlif restoran, dönərxana və ictimai iaşə obyektlərinə satılıb. Baş İdarənin əməkdaşları və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən Zaur Rüstəmova məxsus fermaya və saxlama yerlərinə baxış keçirilərkən qidaya yararsız külli miqdarda mal və at əti aşkar olunaraq maddi sübut kimi götürülüb. Təyin olunmuş müvafiq ekspertizalarla aşkar olunmuş ətin qidaya tam yararsız və insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi olması təsdiq edilib.
Faktla bağlı araşdırmalar və əməliyyat-axtarış tədbirləri davam etdirilir.



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1913 Tarix: 23 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya
8 noyabrADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabrTürkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib - Foto
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Türkiyə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib. "Qarabağın azadlığının altıncı ildönümündə qardaş Azərbaycan xalqını və dövlətini Zəfər Günü münasibətil
8 noyabrZəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
8 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabr