Deputat parlamentdə göz yaşlarını saxlaya bilmədi: "Yalvarıram…"
Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən Tahir Kərimli autizm xəstələrinin üzləşdiyi problemlərindən danışarkən göz yaşlarını saxlaya bilmədi.
Çıxış edən deputat Tahir Kərimli autizm xəstələri üçün xüsusi binanın tikilməsinin zəruriliyini qeyd edib.
"Autizm xəstələrinin reabilitasiya mərkəzi 8 ildir bina ilə təmin etmək üçün müraciət etmədikləri ünvan yoxdur. Amma onların müraciəti cavabsız qalıb. Axı belə ola bilməz. Mən autizm xəstələrinin çətinliklərini görməsəydim, onu ürəkağrısı ilə burada qaldırmazdım. Ağsuda ana öz övladını evdə kəndirləyib otaqda bağlı vəziyyətdə saxlayır. Autizm xəstələrinin analarının göz yaşlarını görmək dəhşətdir.
Bu xəstələrin reabilitasiyası üçün xüsusi bina lazımdır. Bu o qədər də böyük vəsait tələb etmir. Kimsə restoran tikdirmək istəsə, ona yer ayrılır, amma bu cür problemli xəstələr üçün bina tikilməsinə yer verilmir. Məsələyə bu cür biganə yanaşmaq olmaz.
Sabah bizim də övladlarımız belə xəstə ola bilərlər, kimsə buna zəmanət verə bilməz. Odur ki, mən aidiyyəti qurumlara yalvarıram, onlardan xahiş edirəm, həmin xəstələr üçün bina tikilməsinə şərait yaradılsın", - deputat qeyd edib.
///Ölkə.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2867 Tarix: 23 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya
8 noyabrADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabrTürkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib - Foto
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Türkiyə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib. "Qarabağın azadlığının altıncı ildönümündə qardaş Azərbaycan xalqını və dövlətini Zəfər Günü münasibətil
8 noyabrZəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
8 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabr