Rəqqasə Sevda ikinci ərinin ailəsini dağıdıb, əkizlərini atasız qoyub - ŞOK İTTİHAM
Tanınmış müğənni Sevda Sanaliyevanın həyat yoldaşının birinci ailəsi olduğu hər kəsə məlumdur. Birinci evliliyinə son verib, müğənni S. Sanaliyeva ilə ailə quran Cəmil bəyin valideynləri və ilk həyat yoldaşı Lalə xanım bu izdivacla hələ də razılaşa bilmirlər.
Sonxeber.az bildirir ki, BiG.AZ-a bu gün gələn telefon zəngi bütün suallara son qoyub. Belə ki, Sevda xanımın hal-hazırda həyat yoldaşı Cəmil bəyin eks qaynanası Gülənbər xanım açıqlamasında bildirib ki, Cəmil bəyin onun qızı Lalə ilə boşanmasının səbəbkarı müğənni Sevda Sanaliyevadır. Ağlayaraq dərdini əməkdaşımıza danışan Gülənbər xanım ifaçı S. Sanaliyevanı "yuvayıxan" adlandırıb:
" Sizə zəng edən Gülənbər xanımdır. Müğənni - rəqqasə Sevda Sanaliyevanın indi yanına salıb, ərim - ərim dediyi kişinin qaynanasıdır. Mənim qızımı boşayıb, gedib küçədə qalmışın birini aldı. Necə də utanmır, heç kişi də belə iş görər ? Kürəkənim Cəmil 10 il idi ki, qızım Lalə ilə evli idi.
Gözümün ağı-qarası bir qızımı bədbəxt etdi. Bütün Şamaxı bu əclaflığa görə ondan üz çevirib. Hətta Cəmilin öz ata-anası da ona nifrət edir, onu bağışlamır. Qızım Lalə hal-hazırda qaynanasının yanındadır. Onlarla birgə qalır.
Amma 30 yaşında, ərsiz bədbəxt qaldı. Allah bu zülmü götürməz. Onu orada gözüyaşlı qoyub, efirə çıxıb deyir ki, mən ailəmlə xoşbəxtəm. Qızımla iki əkiz balası var. Bir qız, bir oğlan uşağı ... O uşaqlar da o verilişə baxırdılar.
Belə nadürüstlük olmaz axı ... İnsan necə vicdansız olar axı ? 9 milyon insan bilsin ki, o ər dediyi Sevdanın əri deyil, mənim qızımın əridir. Heç nəyin üstündə mənim qızımı boşadı, getdi Sevdanı aldı. Bir günün içində Cəmil evdən əşyalarını yığıb, çıxıb gedib. Mən indi də qızıma deyirəm ki, ondan sənə ər olmayıb, olmayacaq da... Özümü xəstəliyə saldı, gözümün ağı-qarası bir balamı rüsvay etdi. tək qoydu. İki balasına da yazığı gəlmədi. Düz bir ildir ki, qızımla Cəmili Sevda boşatdırıb. Utanmır efirdə ərim-ərim də deyir ... .




Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Firəngiz Mütəllimova Yaşar Nuridən yazdı: "Kaş sağ olardın..." - FOTO
Bu gün Xalq artisti, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı Yaşar Nurinin anadan olmasının 70-ci ildönümüdür. xəbər verir ki, Xalq artisti Firəngiz Mütəllimova sosial şəbəkədə sevilən aktyorla bağlı paylaşım edib. F.Mütəllimova Xalq artistinin fotosunu yayımlayaraq bunları yazıb:. "Əvəzolunma
3 sentyabr 2021Yaqub Zurufçu və Səyyad Əlizadə peyvənd olunublar - Ailələrindən açıqlama
Xəbər verdiyimiz kimi, əməkdar artist Yaqub Zurufçu koronavirusdan vəfat edib. Digər sənətçi Səyyad Əlizadənin də vəziyyəti ağırdır, suni tənəffüs aparatına qoşulub. Bəs, görəsən iki sənətçi peyvənddən sonra yoluxub?. xəbər verir ki, Y.Zurufçunun xanımı Aynur Zurufçu " "a mərhumun peyvənd olunduğun
15 sentyabr 2021Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?
Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən
16 sentyabr 2021Sənubər İsgəndərli aparıcılıq edəcək
Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündür başlayıb. Yaxın günlərd
17 sentyabr 2021Yaqub Zurufçunun SON DURUMU - Həyat yoldaşı DANIŞDI
"Yaqub Zurufçunun vəziyyəti stabil ağırdır". xəbər verir ki, bu sözləri Əməkdar artistinin həyat yoldaşı Aynur Zurufçu deyib. O, Yaqub Zurufçunun səhhətində hələ ki, bir dəyişikliyin olmadığını bildirib:. "Daim həkim nəzarətindədir, səhhəti stabil ağır olaraq qalsa da, həkimlər tərəfində
12 sentyabr 2021Flora Kərimova küçədə mahnı oxudu – VİDEO
Xalq artisti Flora Kərimova küçədə mahnı oxuyub. Belə ki, xalq artisti küçə ilə gedərkən musiqi səsi eşidib və musiqi səsi gələn tərəfə yönəlib. O, küçədə gitara çalıb mahnı oxuyan gənclərlə birgə duet oxuyub. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri təqdim edirik:
8 sentyabr 2021Jan-Pol Belmondo vəfat etdi
Dünya və Fransa kinosunun məşhur simalarından olan Jan-Pol Belmondo 88 yaşında vəfat edib. Bu barədə onun vəkili məlumat yayıb. Qeyd edək ki, aktyor 1933-cü ildə Fransanın Neyi-sür-Sen bölgəsində anadan olub. O, karyerası ərzində daha çox komediya və döyüş filmlərində çəkilib. Belmondo "Qızıl palm
6 sentyabr 2021Kənan MM-ə AĞIR İTKİ - FOTO
Rejissor və aktyor Kənan M.M (Kənan Mahmudov) ağır itki üz baş verib. xəbər verir ki, aktyorun qayınatası koronavirusdan vəfat edib. O, bu barədə məlumatı "Facebook" hesabında paylaşıb
7 sentyabr 2021