Ali Məhkəmə deputat Etibar Əliyevin ittihamlarına cavab verib

Ali Məhkəmə deputat Etibar Əliyevin ittihamlarına cavab veribAli Məhkəmə Milli Məclisinin deputatı Etibar Əliyevin parlamentin 23 dekabr tarixində səsləndirdiyi fikirlərə münasibət bildirib.

Sonxeber.az Ali Məhkəməyə istinadən xəbər verir ki, Etibar Əliyev məlum çıxışından bir müddət əvvəl, yəni 2022-ci ilin 22 aprel tarixində Ali Məhkəmənin hakimi Abiddin Hüseynovun mobil telefon nömrəsinə dəfələrlə zəng etdikdən və buna cavab verilməməsindən sonra, "WhatsApp" vasitəsilə göndərdiyi mesajla özünü təqdim edib, telefon əlaqəsi yaratmasını xahiş edib.

"Sonradan baş tutmuş telefon danışığında deputat Etibar Əliyev hakimin icraatında olan bir mülki iş üzrə iddiaçıya köməklik göstərilməsini xahiş edib və hakim tərəfindən buna cavab olaraq iş üzrə qanuni və əsaslı qərarın qəbul ediləcəyi bildirilib.

Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (məruzəçi hakim Hüseynov Abiddin Qabil oğlu) 2022-ci il 13 iyun tarixli qərarı ilə, həmin iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilib, iş üzrə yeni qərar qəbul edilməklə, deputat Etibar Əliyevin köməklik göstərilməsini xahiş etdiyi tərəfin iddiası əsassız olduğundan rədd edilib.

Qəbul edilmiş qərardan narazı qalan deputat Etibar Əliyev ilk fürsətdə ona deputat kimi təqdim edilmiş Milli Məclisin tribunasından öz şəxsi məqsədləri üçün istifadə edərək, Ali Məhkəmənin hakimi Abiddin Hüseynov barəsində qarayaxma kampaniyasına başlayıb", - Ali Məhkəmənin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, Ali Məhkəmənin digər hakimləri kimi Mülki kollegiyanın hakimi Abiddin Hüseynov da yüksək ixtisasa və zəruri peşəkarlığa malikdir.

Ali Məhkəmədən onu da bildiriblər ki, o, Azərbaycan Respublikasının Ədliyyə Akademiyasında hakimliyə namizədlərin və hakimlərin tədrisi qrupunun üzvüdür, habelə 2020-ci ildən ADA Universitetinin Hüquq fakültəsində Mülki proses fənnini tədris edir:

"Xüsusi olaraq bir daha vurğulanmalıdır ki, hakimlərin fəaliyyətinə kənar müdaxilə qanunla qadağan edilib və Azərbaycan Respublikasının Ali Məhkəməsi məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması istiqamətində öz səylərini davam etdirəcək.

Vəzifə borcunu vicdanla yerinə yetirən hakimə qarşı ədalətsiz və qərəzli hücumlar qətiyyətlə pislənir və media nümayəndələrinə dərc olunan məlumatları tam, hərtərəfli və obyektiv araşdırmaq, həqiqətə uyğun olmayan, dəqiqləşdirilməmiş, məhkəmə hakimiyyətinin nüfuzuna və cəmiyyətdə məhkəmələrə etimada zərbə vuran bu məlumatları yaymamaq tövsiyə olunur.

Milli Məclisin deputatı Etibar Əliyevin qərəzli ittihamları və hərəkətləri ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumuna müraciət ediləcək".

Eyni zamanda, Ali Məhkəmə hakim Abiddin Hüseynovun diplomunun saxta olması ilə bağlı deputatın iddialarına cavab olaraq onların surətini də yayımlayıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1335   Tarix: 29 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Üçrəngli bayrağımız - müstəqilliyimizin və milli qürurumuzun simvolu - KÖŞƏ YAZISI

Bayraq sadəcə bir dövlətin rəmzi deyil. O, bir xalqın tarixini, milli kimliyini, azadlıq arzusunu və gələcəyə olan inamını özündə birləşdirir. Azərbaycan bayrağı da xalqımızın keçdiyi çətin və şərəfli yolun, müstəqillik uğrunda mübarizəsinin ən böyük simvollarından biridir. Hər il noyabrın 9-da qey

8 noyabr
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

8 noyabr
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

8 noyabr
.

Azərbaycan və Türkiyə jurnalistləri üçün Şuşaya mediatur təşkil olunub - Foto/Video

Zəfər Günündə Azərbaycan və Türkiyə mediasının nümayəndələri üçün Şuşa şəhərinə press-tur təşkil olunub. "Report"a istinadən xəbər verir ki, tədbir Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsinin altıncı ildönümünə həsr edilib. Tur Yuxarı Gövhər ağa məscidinin ziyarət edilməsi il

8 noyabr
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

8 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib - Foto

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Türkiyə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib. "Qarabağın azadlığının altıncı ildönümündə qardaş Azərbaycan xalqını və dövlətini Zəfər Günü münasibətil

8 noyabr
.

İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır

Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. "Report" Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müəssisələrdə ümumilikdə 6 576 şagird və uşaq təhsil alır. Təhsil infrastrukturunun inkişafı doğm

8 noyabr
.

Azərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə

8 noyabr