Rza Talıbov Röyaya 8 milyonluq mülk bağışlayıb - VİDEO
Əməkdar artist Röya Ayxan Naxçıvanda konsert verib, bundan əvvəl isə Bakıda ona 8 milyon manat dəyəri olan ağ saray bağışlanıb.
BiG.AZ "Yeni Müsavat"a istinadla xəbər verir ki, Bakı-Buzovna yolunda, Zaqulba prospektində yerləşən ağ saray 20 sot torpaqda inşa olunub. İçində 3 yataq otağı olan ağ sarayın həyətində 180 ton su tutumu olan hovuzu və qulluqçular üçün ayrıca ev də var.
"Şağan City" elit yaşayış kompleksinin yaxınlığında yerləşən ağ saraya Röya Ayxana Vasif Talıbovun oğlu Rza Talıbovun inşa etdirib bağışladığı da bildirilir.
Röya Ayxan Naxçıvanda 2019-cu ilin avqustunda konsert verib. Bu konsertin təşəbbüskarının da Rza Talıbovun olduğu bildirilir. O zaman Röya Ayxanın Naxçıvandakı konserti haqda "Yeni Sabah" xəbər yaymışdı. Sayt yazırdı ki, konsert Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun ailə biznesinə daxil olan "Saat Meydanı" turistik istirahət mərkəzində keçirilib.
Sayt xüsüsi olaraq qeyd edirdi ki, Röya Ayxan vaxtilə Vasif Talıbovun oğlu Rza Talıbovun sevgilisi olub.
Rza Talıbovun müğənniyə bağışladığı iddia olunan ağ sarayla bağlı müzakirələr efirlərdə (https://www.youtube.com/watch?v=7Aa-491JPXM ) də müzakirə olunub.
"Həmin Zaur" verlişində aparılan müzakirədə bir villa fotosu sərgilənib. Verlişdə qonaq olan şairə Nazilə Səfərli Röya Ayxanın Buzovnada tikilən bağ evindən danışıb. Verlişdə Nazilə Səfərli bu sözləri deyib: "Adamın evini göstərməklə nə olur ki... Mən Röya Ayxanın darvazasını çəkmişdim. Maşallah, mənim evim də balaca deyil. Gözüm yoxdur ki, xalqın evini görməmiş kimi çəkim. Mənim evim Novxanıdadır. Mərtəbəmiz eynidir, mənim evimə nə olub... Mən onu paparazzi kimi çəkməmişəm. Həyətdə iki ev var idi, biri yəqin ki, gözətçilər üçündür".
Hazırda Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri olan Rza Talıbov Vasif Talıbovun iki oğlundan biridir. 40 yaşlı Rza Talıbovun vikipediyakı məlumatlarında Naxçıvanda rus məktəbini bitirdiyi xüsusi vurğulanır, onun 3 övlad atası olduğu qed olunur. Onun qardaşı Seymur Talıbov ataları Naxçıvan Ali Məclisini sədri olduğu müddətdə Naxçıvan Dövlət Universitetinin prorektoru idi. Hazırda Seymur Talıbovla Vasif Talıbov Naxçıvandakı qəsrlərindən sovetdən qalma, dəyəri Röya Ayxana bağışlanan ağ saraydakı qarovulçu evindən də ucuz evlərinə köçürülüblər.
Rza Talıbov isə Bakıda qalıb, "atamın işlərinə qarışmıram" şəklində açıqlamalar verməklə gün keçirir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər