Azərbaycanda 800 manata orqan satışı: Qadınlar dönüşü olmayan təhlükə ilə üz-üzədirlər - FOTO

Azərbaycanda 800 manata orqan satışı: Qadınlar dönüşü olmayan təhlükə ilə üz-üzədirlər - FOTOSon zamanlar sosial şəbəkələrdə süni mayalanma ilə bağlı yumurtalıq follikulu donorlarının tələb olunması barədə paylaşımlar edilir.

Donor olacaq şəxslərə 400-700 manat pul ödəniləcəyi bildirilir.

"Siz də 10 gün ərzində 400, 800 manat qazana bilərsiniz" başlıqlı paylaşımda 18-30 yaşında xanımların tələb olunduğu qeyd edilib.

Belə ki, donor olmaq istəyən xanımlar həmin şəxslər tərəfindən klinikaya dəvət edilir və ultrasəs müayinəsindən (USM) keçirilirlər. Əgər xanım onlara uyğundursa, 10 gün eyni saatda klinikaya gəlir və göbək hissəsindən iynə vurulur.

Azərbaycanda 800 manata orqan satışı: Qadınlar dönüşü olmayan təhlükə ilə üz-üzədirlər - FOTODaha sonra follikul toplanması olur və həkim xəstəyə narkoz verməklə 10 dəqiqə ərzində follikulları toplayır.

Donor olan şəxs iki saat xəstəxanada qalır və özünü yaxşı hiss etdikdə pulunu alır. Pul follikul sayına görə verilir.

Bəs bu hal qadınların sağlamlığına təhlükəlidirmi? Qadınların donor olmaları qanunla tənzimlənirmi?

Mama-ginekoloq Ləman Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, xanımların donor olmaları üçün müəyyən müalicə aparılır:

"Hormonal dərmanlarla follikulu yetişdirir və yumurtanı yığırlar. Həmin müalicə qadınlarda digər xəstəliklərin yaranmasına səbəb olur. Mən heç bir qadına belə addım atmağı məsləhət görmürəm.

Azərbaycanda 800 manata orqan satışı: Qadınlar dönüşü olmayan təhlükə ilə üz-üzədirlər - FOTOQadının orqanizmində follikul yetişdirmək qabiliyyəti tükənməz bir proses deyil. Hər dəfə stimulyasiya edib yığanda yumurtalığın follikul yetişdirmə qabiliyyəti geri dönməz hala girərsə, bundan sonra qadın heç vaxt ana ola bilmir".

Vəkil Tural Hüseynov deyir ki, donor xidməti qarşılığında hər hansı ödənişin olması qanunvericilikdə nəzərdə tutulmayıb:

"Orqan satışı bütün hallarda qanunsuzdur və yolverilməzdir. Follikulların pulla alınması süni mayalanmaya aiddir. Bu xidmətin də reklam olunması, reklam haqqında qanunvericiliyə görə, qadağandır.

O bildirib ki, canlı donordan transplantasiya digər tibbi üsullar mümkün olmadıqda, meyit donordan orqan transplantasiyası insan sağlamlığını bərpa etməyə qadir olmadığı halda və yalnızca canlı donorun özünün razılığına əsasən yolveriləndir:

"Bu halda yalnız müəyyən kateqoriya orqanlar götürülə bilər, müvafiq siyahı üzrə xəstəliyi olan şəxslərdən belə orqanların götürülməsinə yol verilmir və bu yalnız siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş tibb müəssisələrində həyata keçirilə bilər. Cinayət qanunvericiliyinə görə, canlı donordan götürülmüş orqanın alqı-satqısı cinayət əməli hesab olunur.

Eləcə də siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş tibb müəssisələrindən kənarda transplantasiyanın aparılması və siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş xəstəliyi olan şəxslərdən orqan nəqli də cinayət əməli hesab olunur. "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Qanunun 6.1-ci maddəsinə əsasən, canlı donordan transplantasiya məqsədilə yalnız böyrəyin biri, ağciyərin bir payı, qaraciyərin bir hissəsi, mədəaltı vəzin bir hissəsi, nazik bağırsağın bir hissəsi, dərinin bir hissəsi, sümük iliyi, kök hüceyrələr götürülə bilər.

Həmin qanunun 7.2-ci maddəsinə əsasən, donor orqanların transplantasiyası siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilən ixtisaslaşdırılmış tibb müəssisələrində həyata keçirilir. Həmin qanunun 16.1-ci maddəsinə əsasən, digər tibbi üsullarla və meyit donor orqanları vasitəsi ilə insan həyatının xilas edilməsi və ya sağlamlığının bərpası mümkün olmadıqda resipiyentə canlı donordan donor orqanların transplantasiyasına yol verilir.

Azərbaycanda 800 manata orqan satışı: Qadınlar dönüşü olmayan təhlükə ilə üz-üzədirlər - FOTOCinayət Məcəlləsinin 137.1-ci maddəsinə əsasən, insan orqanlarının və toxumalarının, həmçinin donor orqanların alqı-satqısı - altı min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Eyni zamanda, həmin Məcəllənin 137.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıya daxil olmayan tibb müəssisələrində və tibb müəssisələrindən kənarda donor orqanların götürülməsi və ya transplantasiyasının həyata keçirilməsi - on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır".

Ekspertlərin sözlərinə görə, bu cür paylaşımların qarşısını almaq üçün "Reproduktiv sağlamlıq" haqqında qanun layihəsinin qəbul edilməsi vacibdir. Təəssüf ki, illərdir bu layihənin müzakirəsi yubadılır.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva saytımıza bildirib ki, sözügedən qanun layihəsi hələ müzakirəyə çıxarılmır:

"Artıq payız sessiyası bitdi. Yaz sessiyası başlansın və planı bizə təqdim edilsin. Ondan sonra bu məsələ barədə danışarıq".

Azərbaycanda 800 manata orqan satışı: Qadınlar dönüşü olmayan təhlükə ilə üz-üzədirlər - FOTOXanımların bu şəkildə donor olmalarının cinayət məsuliyyəti daşıması ilə bağlı Daxili İşlər Nazirliyinə ünvanladığımız sorğumuza isə heç bir cavab verilmədi.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2101   Tarix: 29 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Üçrəngli bayrağımız - müstəqilliyimizin və milli qürurumuzun simvolu - KÖŞƏ YAZISI

Bayraq sadəcə bir dövlətin rəmzi deyil. O, bir xalqın tarixini, milli kimliyini, azadlıq arzusunu və gələcəyə olan inamını özündə birləşdirir. Azərbaycan bayrağı da xalqımızın keçdiyi çətin və şərəfli yolun, müstəqillik uğrunda mübarizəsinin ən böyük simvollarından biridir. Hər il noyabrın 9-da qey

8 noyabr
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

8 noyabr
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

8 noyabr
.

Azərbaycan və Türkiyə jurnalistləri üçün Şuşaya mediatur təşkil olunub - Foto/Video

Zəfər Günündə Azərbaycan və Türkiyə mediasının nümayəndələri üçün Şuşa şəhərinə press-tur təşkil olunub. "Report"a istinadən xəbər verir ki, tədbir Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsinin altıncı ildönümünə həsr edilib. Tur Yuxarı Gövhər ağa məscidinin ziyarət edilməsi il

8 noyabr
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

8 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib - Foto

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Türkiyə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib. "Qarabağın azadlığının altıncı ildönümündə qardaş Azərbaycan xalqını və dövlətini Zəfər Günü münasibətil

8 noyabr
.

İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır

Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. "Report" Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müəssisələrdə ümumilikdə 6 576 şagird və uşaq təhsil alır. Təhsil infrastrukturunun inkişafı doğm

8 noyabr
.

Azərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə

8 noyabr