Apteklərdə bəzi dərmanlar tapılmır, nazirlik rəsmisi isə qıtlıq olmadığını deyir

Apteklərdə bəzi dərmanlar tapılmır, nazirlik rəsmisi isə qıtlıq olmadığını deyirSon zamanlar Azərbaycanda bəzi dərman vasitələri, eləcə də onların əvəzediciləri tapılmır.

"Report"un apardığı araşdırma zamanı "Paraferin", "Panadol", "Nurofen", "Lazolvan" şərbətlərinin, "Diazolin" və "Pankreatin" tabletkalarının, "Taufon" göz damcısının, "Natrium xlorid" infuziya üçün məhlulun, "Depakin xrono" 300 mg, "Depakin xrono" 500 mg tabletkalarının, "Depakin" siropunun, "Mezaton" ampulasının və s. dərmanların apteklərdə satışda olmadığı aşkarlanıb.

Araşdırma adları çəkilən və başqa dərmanların ümumiyyətlə depolarda da tükəndiyini üzə çıxarıb.

Əczaçı Tofiq Abdullayev "Report"a bildirib ki, Azərbaycanda bəzi dərmanların tapılmamasının bir neçə səbəbi var. Onun fikrincə, bunlar arasında dünyanın əczaçılıq bazarında baş verən qiymət artımını, Tarif Şurasının əvvəllər müəyyənləşdirdiyi qiymətlərin hazırda firmalar üçün sərfəli olmamasını, Rusiya-Ukrayna mübaribəsinin bu sahəyə mənfi təsirini qeyd etmək olar.

"Çünki bunlar ölkəyə dərman gətirən şirkətlərə təsir edir. Onlar qiymət artımını əsas gətirərək ziyanla işlədiklərini bəyan edirlər. Bu səbəbdən ya az dərman gətirilir, ya da ümumiyyətlə gətirilmir. Misal olaraq, xeyli vaxtdır qrip əleyhinə olan tozlardan bir neçəsi Azərbaycana gətirilmir. Hesab edirəm ki, bu, həmin dərman preparatlarını istehsal edən firmanın qiymətləri artırması ilə əlaqəlidir.

Müharibəyə görə Rusiya və Ukraynadan Azərbaycana dərman gətirilməməsi başadüşüləndir. İndi həmin ölkələrdən dərman gətirilsə də, sayı və miqdarı əvvəlki dövrlərlə müqayisədə azdır. Depolar da dərmanları limitlə satır. Adi yodu və ya brilliant, yaşıl alkoqol həlli (zelyonka) belə məhdud sayda verirlər".

Əczaçı əlavə edib ki, hazırda depolarda "Korqlikon" ampulası, "Vikasol" tabletkası və iynəsi, "Eufillin" tabletkası, "Indometacin" mazı tapılmır.

"Report" məsələ ilə bağlı Səhiyyə Nazirliyinə sorğu verib. Qurumun Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Mətin Məcidli deyib ki, ölkədə kütləvi dərman qıtlığı yoxdur və məsələnin belə qiymətləndirilməsi doğru deyil.

O bildirib ki, apteklərdə tapılmayan "Paraferin" şərbətindən bu ilin sentyabr ayının 28-də Azərbaycana 29 941 flakon, dekabrın 6-da isə 49 920 flakon gətirilib: "Panadol" şərbəti dekabrın 15-də 1 512, dekabrın 26-da isə 3 120 flakon, "Nurofen" şərbəti oktyabrın 24-də 7 380, dekabrın 21-də isə 26 976 flakon ölkəyə idxal olunub. "Lazolvan" şərbəti isə sonuncu dəfə avqust ayında Azərbaycana idxal olunub. Belə ki, adıçəkilən şərbət bu ilin iyul ayında 15 120, avqust ayında isə 8 400 flakon gətirilib. Həmin adda şərbətlər gətirilməsə də, onunla eyni tərkibdə olan "Sekrazol" şərbəti sentyabrın 23-də 15 960, dekabrın 26-da isə 29 800 flakon idxal olunub".

Şöbə müdiri vurğulayıb ki, "Diazolin" tabletkası bu ilin noyabın 18-də 21 375 qutu, noyabrın 23-də isə 10 000 qutu, "Pankreatin" tabletkası dekabrın 15-də 20 384 qutu, dekabrın 16-da isə 10 080 qutu, "Taufon" göz damcısı fevralda 5000, dekabrın 27-də 20 000 flakon, "Natrium xlorid" (infuziya üçün məhlul) noyabrın 22-də 714, dekabrın 13-də 10 032 şüşə gətirilib: "İdxal rəqəmləri onu göstərir ki, Azərbaycana dərman gətirilməsi ilə bağlı problem yoxdur".

Qeyd edək ki, Baş nazir Əli Əsədov Milli Məclisin dekabrın 9-da keçirilən plenar iclasında çıxışı zamanı Azərbaycanda bir neçə adda dərmanın çatışmazlığının, təchizatı məsələsində yaranan problemlərin aradan qaldırıldığını bildirmişdi. O qeyd etmişdi ki, hökumət məsələni ciddi nəzarətə götürüb: "Azərbaycanda həyati vacib dərman təminatında hər hansı ciddi çətinlik müşahidə olunmur. Azərbaycanda əhalinin istifadə edə biləcəyi dərman vasitələrinin 95 faizindən çoxu idxal edilir. Dərmanların yarısı Türkiyə, Almaniya, Birləşmiş Krallıq, Ukrayna və Belarusun payına düşür. Sadalanan ölkələrdən beynəlxalq səviyyəli səbəblərdən dərman qiyməti və təminatında mənfi təsirlər müşahidə olunur".

Tarif (qiymət) Şurasının ötən gün keçirilən iclasında yeni dövlət qeydiyyatına alınan daha 149 dərman vasitəsinin qiyməti təsdiq edilib. Bununla da qiymətləri tənzimlənən dərman vasitələrinin sayı 13 642-yə çatıb: "Dövlət tənzimləməsinin məqsədi iqtisadi əsaslar olmadan qiymətlərin bahalaşmasının qarşısını almaq və optimal qiymətlərin, yəni, əhalinin dərman vasitələri ilə etibarlı təchizatına və sahibkarlıq subyektinin ağlabatan rentabelliyinə imkan verən minimal qiymətlərin tətbiqinə nail olmaqdır. Bununla yanaşı, son zamanlar baş verən qlobal geosiyasi hadisələr, enerji daşıyıcılarının bahalaşması, xammalın və qablaşdırma materiallarının qiymətinin və ölkəyə dərman vasitələrinin idxalında logistika xərclərinin kəskin artması bəzi dərman vasitələrinin qiymətinə yenidən baxılması zərurəti yaradıb. Qeyd edilən məsələlər, həmçinin dərman təchizatında fasilələrin yaranmasına səbəb olur".

Şuradan vurğulanıb ki, dərman qıtlığının qarşısının alınması və əhalinin etibarlı təchizatının təmin olunması məqsədilə idxalçı şirkətlər mövcud qiymətlərə yenidən baxılması üçün Tarif (qiymət) Şurasına müraciət ediblər: "Əhalinin sağlamlığı baxımından mühüm əhəmiyyət kəsb edən, idxalı iqtisadi cəhətdən səmərəli olmayan dərman vasitələri üzrə etibarlı təminat məqsədilə Səhiyyə Nazirliyinin rəyi də nəzərə alınmaqla 202 dərman vasitəsinin qiymətinə yenidən baxılıb".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 749   Tarix: 30 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Tanınmış aktyor da "Bəy Mamed"dən şikayətçidir: MTK sahibi nə cavab verdi? - Video

Səbail rayonunun Əhəd Yaqubov küçəsi, 17 ünvanında yerləşən "Ulubəy" MTK yaşayış kompleksinin sakinləri bir sıra problemlərlə bağlı narazılıqlarını bildiriblər. Baku TV-yə istinadən xəbər verir ki, sakinlər binada su təminatı ilə bağlı ciddi problem yaşandığını deyiblər. Onlar bildiriblər ki

21 sentyabr
.

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ

Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqət

20 sentyabr
.

Azərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Təkcə avqustda isə ölkədə 118 min cüt ayaqqabı istehsal edilib. Bu, 1 il əvvələ nisbətə

20 sentyabr
.

269 saylı uşaq bağçası baxımsız vəziyyətdədir (VİDEO)

Nə pilləkanı var, nə qapısı, nə də hasarı. Rənglənmiş və yüngülvari dekor edilmiş divarlarından bağçaya bənzətmək olur. Görüntülər Suraxanı rayonundakı 269 saylı körpələr evi uşaq bağçasındandır. Yolu bu ünvandan keçəndə, övladı bu tərbiyə müəssisəinə gələn də, elə ərazidə yaşayanlar da bağçanın həyətini

21 sentyabr
.

"Zəfər, suverenlik və diplomatik güc: Azərbaycan 2020-ci ildən 2026-cı ilə hansı yolu keçdi?" - David Seliverstovla geniş MÜSAHİBƏ

David Seliverstov: "Azərbaycan 2020-ci ildə hərbi-siyasi reallığı dəyişdi, 2023-cü ildə suverenliyini tam bərpa etdi, indi isə bu nəticələri diplomatik və iqtisadi gücə çevirir". Magen David Azerbaijan insan hüquqlarının müdafiəsi və xeyriyyəçilik cəmiyyətinin sədri David Seliverstov -ın sualların

21 sentyabr
.

Neftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu

Bu gün Azərbaycanda Neftçilər Günü qeyd edilir. Bu, Azərbaycanın iqtisadi suverenliyinin və gücünün bünövrəsini yaradan, gecə-gündüz fədakarcasına əmək sərf edən neft-qaz sahəsi mütəxəssislərinin şərəfinə keçirilən müqəddəs peşə bayramıdır. Hər xalqın tarixində elə tarixi anlar mövcuddur ki, onlar yalnı

20 sentyabr
.

Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqlar

21 sentyabr
.

Bu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq

Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir

20 sentyabr
.

Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?

Yeni tədris ili ilə birlikdə məktəblərdə şagirdlər üçün müxtəlif iş dəftərlərinin alınması məsələsi də gündəmə gəlir. Bəzi hallarda valideynlərdən konkret nəşriyyatın və ya müəllimin tövsiyə etdiyi iş dəftərini almağın tələb edildiyi bildirilir. Halbuki iş dəftərlərinin istifadəsi ilə bağlı rəsmi izahlard

21 sentyabr