Qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına qarşı yeni üsulla mübarizə aparılacaq
Dövlət Gömrük Komitəsi növbəti illərdə qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına qarşı daha güclü və özünü doğruldan üsullarla mübarizə aparacaq.
Bunu İTV-yə açıqlamasında Komitə sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bildirib.
"Gömrük qaydalarının pozulmasına qarşı preventiv tədbirlər həyata keçirmək üçün planlarımız var. Hesab edirik ki, həm maarifləndirmə, həm də iqtisadiyyatın müxtəlif sahələrində olan sahibkarlarla dialoq aparmaqla qarşılıqlı təmas əsasında yarana biləcək təhlükənin qarşısını vaxtında ala biləcəyik", - deyə o qeyd edib.
DGK sədri əməkdaşlarının bilik və bacarıqlarının artırılmasına da xüsusi diqqət yetiriləcəyini qeyd edib: "Biz bilik və bacarıqların genişləndirilməsinə xüsusi diqqət yetiririk. Burada şəffaflığın artırılması ilə yanaşı, hər-hansı qeyri-normal halların mövcud olmasına qarşı kəskin mübarizə aparacağıq. Hesab edirik ki, bu çox vacib bir istiqamətdir. Bununla yanaşı təlimlərə xüsusi diqqət yetirəcəyik. Əməkdaşlarımız Gömrük Akademiyası vasitəsi ilə yaxud hər hansı istiqamətlər üzrə dünya səviyyəsində keçirilən, təşkil olunan konfranslara, seminarlara və təlimlərə cəlb ediləcəklər. Eləcə də dayanıqlığın təmin olunması üçün kompleks tədbirlər həyata keçirəcəyik. Bura gömrük dəyərinin düzgün müəyyən olunması və onun metodologiya əsasında həyata keçirilməsi, dövlət-özəl sektor arasında dialoqun daha da artırılması, bu dialoq nəticəsində ortaya çıxan və təkmilləşdirilməsi daxildir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər